32
t – Repo müddəti (günlərlə);
r – Repo faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
44.4. Repo faiz dərəcəsi Birja tərəfindən aşağıdakı qaydada hesablanır:
r = (
P
b
− P
a
P
a
) ×
T
t
× 100
r – Repo faiz dərəcəsi;
Pb – Repo bağlanış əqdinin qiyməti;
Pa – Repo açılış əqdinin qiyməti;
t – Repo müddəti (günlərlə);
T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
44.5. Repo açılış və Repo bağlanış əqdlərinin qiymətləri nominaldan faizlə əks olunur və
0.0001-dək yuvarlaqlaşdırılır.
45. Təminat əmsalı
45.1. Repo müddəti ərzində Repo predmeti olan investisiya qiymətli kağızlarının bazar
qiymətinin aşağı düşməsi zamanı repo üzrə öhdəliklərin yerinə yetirilməməsi risklərinin
qarşısının alınması məqsədi ilə Birja Repo açılış qiymətinin hesablanması zamanı təminat
əmsalından istifadə edir. Təminat əmsalı aşağıdakı qaydada hesablanır:
k =
P
c
− P
a
P
c
× 100
Pa – Repo açılış əqdinin qiyməti;
Pc – Repo predmeti olan investisiya qiymətli kağızlarının cari qiyməti;
k – təminat əmsalı (faizlə).
45.2. Təminat əmsalı bu Qaydaların 42-cu bəndi ilə müəyyən olunmuş investisiya qiymətli
kağızları üzrə klirinq təşkilatı ilə razılaşdırılaraq birja tərəfindən müəyyən olunur.
46. Repo əməliyyatı üzrə təminatın həcmi və hesablaşmaların keçirilməsi
46.1. Repo əməliyyatı üzrə təminat olaraq Repo açılış əqdi zamanı Repo predmeti olan
investisiya qiymətli kağızları çıxış edir.
46.2. Repo açılış əqdi zamanı Repo predmeti olan investisiya qiymətli kağızları Birjada Repo
əqdinin bağlanılması təsdiq edildikdən sonra Repo satıcısının hesabında klirinq təşkilatının
tapşırığına əsasən depozitar tərəfindən dondurulur.
46.3. Repo müddəti ərzində Repo təminatının Birja tərəfindən hesablanmış bazar dəyəri Repo
bağlanış əqdi qiymətinə nəzərən aşağı düşdükdə Repo satıcısı klirinq təşkilatına əlavə
təminatlar təqdim etməlidir. Əlavə təminatlar pul və ya bu Qaydaların 42-ci bəndində
göstərilən qiymətli kağızlar ola bilər. Repo təminatının Birja tərəfindən hesablanmış bazar
dəyəri Birjada bağlanılmış əqdlərin orta çəkili qiyməti əsasında hesablanır və gündəlik olaraq
Birjanın ticarət sistemi vasitəsi ilə açıqlanır. Əlavə təminatın həcmi aşağıdakı qaydada
33
hesablanır:
M
c
= QP
m
− [CF
1
× (1 +
t′ × r%
T
)]
Mc - əlavə təminat məbləği (manatla);
Q – Repo predmeti olan investisiya qiymətli kağızlarının həcmi, əlavə təminatlar daxil olmaqla
(ədəd);
Pm - Repo predmeti olan investisiya qiymətli kağızlarının bazar dəyəri;
CF1 – Repo açılış əqdinin məbləği;
t' – Repo açılış əqdi tarixindən əlavə təminatın hesablandığı tarixədək olan günlərin sayı;
r – Repo faiz dərəcəsi;
T – 360 və ya 365 (Repo predmeti olan istiqrazların buraxılış şərtlərindən asılı olaraq.
46.4. Əlavə təminat olaraq pul vəsaitləri çıxış etdikdə, əlavə təminatın məbləği klirinq təşkilatı
tərəfindən repo satıcının müvafiq hesabında dondurulur.
46.5. Əlavə təminat olaraq bu Qaydaların 42-ci bəndində göstərilən qiymətli kağızlar olduqda
əlavə təminatın məbləği, əlavə təminatın hesablandığı günün repo açılış qiymətinə bölünərək
hesablanır. Hesablamalar zamanı əlavə təminat qismində çıxış edəcək qiymətli kağızların
həcmi tam ədədədək yuvarlaqlaşdırılır. Əlavə təminat qismində çıxış edən qiymətli kağızlar
Repo satıcısının hesabında klirinq təşkilatının tapşırığına əsasən depozitar tərəfindən
dondurulur.
46.6. Repo satıcısının hesabında dondurulmuş qiymətli kağızların dondurmadan azad edilməsi
yalnız klirinq təşkilatının tapşırığına əsasən depozitar tərəfindən həyata keçirilir.
46.7. Repo satıcısının hesabında dondurulmuş qiymətli kağızların o cümlədən, əlavə təminat
kimi təqdim edilmiş pul vəsaitlərinin dondurmadan azad edilməsi aşağıdakı hallarda həyata
keçirilə bilər:
46.7.1. Repo bağlanış əqdi icra olunduqda;
46.7.2. Məhkəmənin qərarı ilə;
46.7.3. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
46.8. Repo əməliyyatları üzrə hesablaşmalar t+0 tarixində klirinq təşkilatı tərəfindən həyata
keçirilir.
46.9. Reponun bağlanış tarixi qeyri-iş gününə düşdüyü halda, əqd növbəti ilk iş günü
öhdəliklər dəyişilmədən icra edilir.
46.10 . Repo əməliyyatı üzrə öhdəliklərin qismən icra olunmasına yol verilmir.
47. Repo Baş Razılaşması
47.1. Repo Baş Razılaşmasında aşağıdakı müddəalar öz əksini tapmalıdır:
47.1.1. Razılaşmanın predmeti;
47.1.2. Repo əməliyyatlarının bağlanması və öhdəliklərin icrası şərtləri;
47.1.3. Repo açılış və bağlanış qiymətlərinin hesablanması qaydası;
47.1.4. Repo əməliyyatları üzrə öhdəliklərin müəyyən edilməsi qaydası;
34
47.1.5. Repo əməliyyatı üzrə təminatların formalaşması qaydası;
47.1.6. Repo əməliyyatı üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə görüləcək tədbirlər;
47.1.7. Məsuliyyət məsələləri;
47.1.8. Tərəflərin zəruri hesab etdiyi digər müddəalar.
48. Repo əməliyyatları üzrə öhdəliklərin icrasına nəzarət
48.1. Repo satıcısı Repo bağlanış əqdi üzrə öz öhdəliklərini Repo bağlanış əqdi tarixində
ticarət sessiyasının sonunadək yerinə yetirmədikdə, Birja tərəfindən ona qarşı aşağıdakı
sanksiyalar tətbiq edilir:
48.1.1. Bir günlük Repo faiz dərəcəsi həcmində maliyyə sanksiyası;
48.1.2. Repo bağlanış əqdinin 0.1% həcminədək maliyyə sanksiyası;
48.1.3. Birja üzvünün və ya onun müştərisinin Repo əməliyyatlarının keçirilməsindən
müəyyən müddətə kənarlaşdırılması;
48.1.4. Repo Baş Razılaşmasının ləğv olunması.
48.2. Repo satıcı öz öhdəliklərini növbəti gün saat 12:00-dək yerinə yetirmədikdə Repo açılış
əqdi zamanı Repo predmeti olan investisiya qiymətli kağızları klirinq təşkilatı tərəfindən
Birjada satışa çıxarılır. Repo predmeti olan investisiya qiymətli kağızların satışı Repo bağlanış
əqdi üzrə öhdəliklərin icra edilməsi üçün yetərli olmadıqda, Repo əməliyyatı üzrə təminat
kimi çıxış edən digər qiymətli kağızlar da eyni qaydada satışa çıxarıla bilər.
48.3. Repo predmeti olan qiymətli kağızların klirinq təşkilatı tərəfindən satışı Repo Baş
Razılaşmasına uyğun həyata keçirilir.
49. Repo əməliyyatları üzrə məlumatların açıqlanması və hesabatlılıq
49.1. Birja Repo əməliyyatları üzrə aşağıdakı məlumatları açıqlayır:
49.1.1. Repo predmeti olan investisiya qiymətli kağızları;
49.1.2. Təminat əmsalı (faizlə);
49.1.3. Repo predmeti ola bilən investisiya qiymətli kağızlarının cari qiyməti;
49.1.4. Repo açılış qiyməti;
49.2. Repo əməliyyatlarına dair məlumatlar Birjanın məlumatların açıqlanmasına dair daxili
Qaydalarına və Repo Baş Razılaşmasına müvafiq olaraq açıqlanır və təqdim olunur.
Maddə 11
İNVESTİSİYA QİYMƏTLİ KAĞIZLARININ YERLƏŞDİRİLMƏSİ
50. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi üzrə ümumi müddəalar
50.1. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə
üsulu ilə həyata keçirilir.
Dostları ilə paylaş: |