Sərbəst iş Tələbə: Kazımov Ömər



Yüklə 37,97 Kb.
tarix28.11.2023
ölçüsü37,97 Kb.
#133425
DOC-20231016-WA0022.



Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Dövlət Universitetinin nəzdində
Rabitə və Nəqliyyat kolleci


Sərbəst iş
Tələbə: Kazımov Ömər
İxtisas: Komputer sistemləri ve kompleksləri
Qrup: 263
Tədris ili: 2023-2024
Fənn: Tarix
Sərbəst işin mövzusu: Azərbaycanda formal müstəqilliyin ləğvi. Sovet idarəçiliyinin yaradılması. İlk konstitusiyanın qəbul edilməsi
Müəllim: A.Günel


Bakı-2023
Azərbaycan Sovet Sosialist Respublikası yarandığı gündən sözdə müstəqil olsa da, faktiki Sovet Rusiyasının əlində oyuncaq qurum idi. Çünki Azərbaycan SSR-in qurucusu Azərbaycan xalqı deyildi. Bu qurumu ərazilərimizi işğal etmiş Sovet Rusiyası yaratmışdır.
1920-1922-ci illərdə SSRİ təşkil edilmədiyi dövrlərdə Azərbaycan SSR də formal olaraq müstəqil idi. Lakin tezliklə Rusiyadan siyasi asılılığın ardınca hərbi və iqtisadi asılılış rejimi də yaranmağa başlandı. Çevrilişdən heç bir ay da keçməmişdi ki, Rusiya hökuməti Azərbaycana nota verib, onu daimi qarşılıqlı münasibət formaları yaratmaq üçün dərhal danışıqlara çağırdı. 1920-ci il sentyabrın 30-da RSFSR və Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə bağlandı. Azərbaycan Ordusu, xalq təsərrüfatını və xarici ticarəti idarə edən orqanlar, təchizat orqanları, dəmiryol və su nəqliyyatı, poçt-teleqraf idarələri, maliyyə işləri Moskvaya tabe edildi.
Azərbaycan SSR-in siyasi rəhbərliyi rus və gürcü bolşeviklərinin, bolşevik cildinə girmiş daşnakların və onlara qoşulmuş bir qrup Azərbaycan kommunistinin əlində idi. Ölkəmiz Rusiyanın göndərdiyi xüsusi və fövqəladə səlahiyyətli S.Orconikidze, A.Mikoyan, S.Kirov, Sarkis, L.Mirzoyan, V.Polonski tərəfindən idarə olunurdu.
Sovet Rusiyası Azərbaycanda kütləvi ruslaşdırma siyasəti yeridirdi. Sənədləşmə işləri, demək olar ki, ana dilində aparılmırdı. Rus dili dövlət dili səviyyəsinə qaldırılmışdı. Milli kadr qıtlığı bəhanəsi ilə rəhbər vəzifələrə qeyri-azərbaycanlılar gətirilirdi. Bakı “beynəlmiləl” şəhər elan olunmuşdu. 1921-ci il iyulun 5-də MK-nın Qafqaz bürosunun plenumu PK(b)P MK-nın rəyini nəzərə alaraq aşağıdakı qərarı qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın; ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla, geniş vilayət müxtariyyatı verilsin».
1921-ci il sentyabr ayında AK(b)P MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağa geniş vilayət Muxtariyyatı verilməsi haqqında məlum qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi qərarda deyilirdi ki, Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyatının verilməsi məqsədəuyğun hesab edilməsin.
PK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MİK 1923-cü il iyulun 7-də Azərbaycan SSRin tərkibində mərkəzi Xankəndi olmaq şərti ilə «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli fərmanla bu qədim Azərbaycan şəhərinə xalqımızın qəddar düşməni olan Şaumyanın şərəfınə Stepanakert adını verdilər (1991-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisi bu qərarı ləğv etdi və yaşayış məntəqəsinə əvvəlki adı verildi). Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun verilməsi Azərbaycan tərəfındən bu torpaqların ermənilərə məxsus olmasının qismən də olsa etirafı idi. Rusiya hərbi qüvvələrinin köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci ilin əvvəllərində Dağlıq Qarabağdakı azərbaycanlıları yaşadıqları sonuncu yaşayış məntəqəsini tərk etməyə məcbur etdi. Rusiyanın hərbi qüvvələrinə və Qərb himayədarlarına arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını işğal etdi və bir milyon insan öz vətənində qaçqına çevrildi. Dünyanın gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən Azərbaycana qarşı «məkrli niyyətlərini» həyata keçirilməsi üçün yararlanmağa çalışırlar.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.


Yüklə 37,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə