Tərbiyə və şəxsiyyətin inkişafı İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi



Yüklə 30,11 Kb.
səhifə4/6
tarix26.06.2022
ölçüsü30,11 Kb.
#90117
1   2   3   4   5   6
Tərbiyə və şəxsiyyətin inkişafı

Fiziki tərbiyə.

Fiziki tərbiyə hərtərəfli və ahəngdar inkişafın mühüm keyfiyyətlərindəndir. Fiziki tərbiyənin vəzifəsi yetişən nəsli əməyə, Vətənin müdafiəsinə hazırlamaq, orqanizmin sağlamlığına, iradi keyfiyyətlərin və əqlin formalaşdırılmasına kömək etməkdir. Fiziki tərbiyə vasitəsilə uşaqlarda fiziki təkmilləşmə, möhkəm gigiyenik vərdişlər, qüvvət, dözümlülük yaranır və idmana maraq güclənir. Gənc dövlətimizde uşaqların, xüsusilə məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsinə yüksək qayğı göstərilir. Bu uşaqların yaş xüsusiyyətləri ile sıx bağlı sürətdə həyata keçirilir.

Məktəbəqədər dövrdə orqanizm hələ kamilləşmədiyi üçün fiziki tərbiyəyə daha çox ehtiyac duyulur. Uşaqların sağlamlığının qorunması, orqanizmin bütün üzvlərinin eyni vaxtda normal inkişafı, hərəkətlərdə mədəni vərdişlərin yaranması, dözümlülük, cəsaretlilik və s. daha yaxşı formalaşır. Məktəbəqədər yaşlı uşaqların fiziki sağlamlığına xüsusi diqqet yetirilməlidir. Uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmaqla proqram tərtibində hərəki üzvlərin sağlam fəaliyyəti, mədəni-gigiyenik vərdişlərin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. İbtidai siniflərdə bədən tərbiyəsinə, kütləvi-idman, sağlamlığa aid sinifdenxaric tədbirlərə, oyuna və əyləncəli idmana geniş yer verilir. Bu tədbirlər yuxarı siniflərdə genişləndirilir.

Əxlaq tərbiyəsinin vəzifələri.

Uşaqları məktəbəqədər yaş dövründən başlayaraq sadə exlaqi keyfiyyətlərə yiyələndirməyin çox mühüm əhəmiyyəti var. Həyatının birinci ilindən başlayaraq uşağın emosiyalarında, münasibətində sadə şəkildə olsa da, exlaqi keyfiyyətləri vərdiş halında formalaşdırmaq lazımdır. Azərbaycan xalqının milli adət-ənənəsində körpə uşaqların əxlaq tərbiyəsi özünə geniş yer tapmışdır. Uşaq dil açmağa başlayanda ona salam verməyi, el ile görüşməyi, nəvazişlə “sağ ol" deməyi öyrədirlər. Bu cür nəvaziş, şən münasibət uşaqlarda xoş emosiyaların, sadə əxlaqi vərdişlərin möh- kəmlənməsinə səbəb olur. Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsini vaxtında başlayıb, pedaqoji yolla düzgün aparmaq lazımdır.

Uşaqlarda böyüklərə hörmət, nəzakətli münasibət, mədəni davranmaq vərdişləri tədricən tərbiyə edilir, doğruçuluq, düzlük, sadəlik, mehribançılıq, gülərüzlülük, dostluq, yoldaşlıq kimi əxlaqi keyfiyyətləri inkişaf etdirilir. Məhz, bu yaşda uşaqlar doğru danışmağa, düzgün hərəkət etməyə, uşaq bağçası avadanlığı ilə mədəni davranmağa, adamlara qarşı nəzakətli olmağa daha yaxşı alışır. Uşaqlarda xarakterin, iradi keyfiyyətlərin və intizam tərbiyəsinin tədricən formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Fəaliyyət zamanı qarşıya məqsəd qoymaq, ona nail olmaq üçün səy göstərmək, çətinlik maneələri aradan qaldırmaq, ədəb qaydalarına sərbəst riayət etmək, verilmiş tələbləri icra etmek məktəbəqədər yaş dövrü üçün xarakterik əlamətlərdir.

Əlbəttə, bu yaşda uşaqlar hərəkətlərini ləngitməkdə çətinlik çəkir, emosionallığını və qeyri-iradeliyini bəzən açıq-aşkar göstərir. Bu yaş dövründə uşaq bağçası və ailə uşaqlarda vətənpərvərlik hissinin formalaşmasına, öz ailəsinə, doğma uşaq bağçasına, el-obasına dərin məhəbbət oyatmalı, milli həmrəylik, humanizm tərbiyəsinə diqqətlə yanaşmalıdırlar. Tərbiyəçi və valideyn öz nəcib exlaqi keyfiyyətləri ilə uşaqlara həmişə nümunə olmalıdır.




Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə