Tərbiyə və şəxsiyyətin inkişafı İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi



Yüklə 30,11 Kb.
səhifə6/6
tarix26.06.2022
ölçüsü30,11 Kb.
#90117
1   2   3   4   5   6
Tərbiyə və şəxsiyyətin inkişafı

Ekoloji tərbiyə.

Təbiətin mühafizəsi qlobal və ümumbəşəri problem olmaqla indi bütün dünya xalqlarını düşündürür. Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur.

Ekoloji tərbiyə insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılayır. Uşaqlar hələ erkən yaşlarından təbiətin taleyi haqqında düşünməyi bacarmalı və ətraf mühitin qorunmasında fəal iştirak etməlidirlər. Respublikamızda son illər sənaye və kənd təsərrüfatı müəssisələri ekoloji qaydalara lazımı səviyyədə əməl etmirlər. Sənaye tullantıları, əkin sahələrinə səpilən zəhərli maddələr torpağı, havanı, dənizi, çayları həddən artıq çirkləndirir, ekologiyaya ciddi ziyan vurur. Bu isə öz növbəsində təbiətdə insanların və canlı aləmin yaşayış şəraitini pisləşdirir, meşə və bitki örtüyünə xeyli ziyan vurur. Ekologiya- yunan sözü olub, mə’nası "ekos"-ev, "logiya" (loqos) isə- elm deməkdir. Lakin bu gün ekologiya elmi canlı təbiətin inkişafının və insanların ona münasibətini öyrənən elmə deyilir. Ekologiya sözünü elmi termin kimi ilk defe 1861-ci ilde alman bioloqu Emest Hekkel işlətmişdir. Insanların yaşayış və maddi rifah halı təbiətlə, ondan səmərəli istifadə ile sıx bağlıdır. Təbiət ne qədər zəngin olarsa, maddi nemətlər də bir o qədər bol olar. Ekoloji mühit nə qədər təmiz olarsa, insanlar da sağlam və uzunömürlü olar. Xəzər dənizinin ildən-ilə çirklənməsi çox böyük həyacan doğurur. Hər il Xəzərə 12 milyard kub metr çirkab axıdılır. Bunun 11 milyard kub metri Volqa çayının payına düşür. Kür çayı, əsasən, Gürcüstanda, Araz və onun qolları isə Ermənistan ərazisində çirkləndirilir. Əgər Ermənistan Atom Elektrik Stansiyası işə salınsa bu çirklənmə 4-5 defe artacaq. Son illərdə Ermonistanda çaylara axıdılan çirkab sular daha çox qərəzçilik və düşmənçilik xarakteri daşıyır.

Respublikamızın ərazisində atmosfer təbəqəsi Bakı, Sumqayıt, Əlibayramlı, Gəncə və Mingəçevir şəhərlərində daha da ağırlaşmışdır.

Məhz buna görə də, gənc ekoloji tərbiyəsi müasir mərhələdə daha çox əhəmiyyət kəsb edir. Uşaqların ətraf mühiti qoruması, təbiətə qayğı və məhəbbət ruhunda tərbiyə edilməsi işini məktəbəqədər tərbiyə müəssisələrindən başlamaq əsas vəzifə kimi qarşıya qoyulmalıdır. Uşaqlar məktəbəqədər yaş dövründən başlayaraq, anlaq seviyyələrinə və güclərinə müvafiq təbiətin qorunması işlərinə cəlb olunmalıdırlar ki, məktəb illərində bu sahədə daha səmərəli iş görə bilsinler. Bu məqsədlə də məktəbəqədər tərbiyə müəssisələrində təbii sərvətlərin qorunmasına, məhəbbət ruhunda tərbiyə işi aparmaq, bitki və heyvanat aləminin əhəmiyyətini onlara izah etmək, təbiətə qarşı mərhəmətli ve qayğıkeş olmaq hissi aşılamaq lazımdır. Uşaqlarda kiçik yaşlardan təbiəti qorumaq bacarığı yaratmaq çox faydalıdır. Onlar bilməlidir ki, təbii tarazlığın pozulması böyük fəlakətlərə səbəb ola bilər.

Təbiətin faydalı olduğunu başa düşən uşaq onun gözəlliklərini dərk edərək, qorumağa can atır və bu ruhda böyüyür. Məktəbəqədər yaşlardan uşaqları təbiətə münasibətdə rehmli, canıyanan, qayğıkeşlik ruhunda tərbiyə etmək üçün onlara təbiət haqqında maraqlı söhbətlər etmək və torpağın, suyun, havanın insan həyatındakı əhəmiyyəti barədə maraqlı melumatlar vərmək lazımdır.

Əxlaqi söhbətlər zamanı təbiət və ətraf aləmlə tanışlıq məşğələsində, uşaqlar üçün təşkil olunmuş bədii oxu zamanı təbiətin füsunkarlığı, cazibədarlığı, sehrli aləmi onlara izah olunmalıdır. Bu məqsədlə parklara, xiyabanlara, dənizin sahilinə, meşəyə, çay kənarına, meyve bağlarına, əkin sahələrinə, bulaq başına gəzinti ve ekskursiyalar təşkil etmək lazımdır. Ekoloji tərbiyənin effektli olması üçün bağban, meşəbəyi, təbiətşünas alimlər ve təbiətsevər şairlərlə görüşlər keçirmək, təbiətdən bəhs edən cizgi, qısametrajlı, sənədli və bədii filmlər nümayiş etdirmək daha məqsədəmüvafiqdir.




Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə