Tərbiyə və şəxsiyyətin inkişafı İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi



Yüklə 30,11 Kb.
səhifə3/6
tarix26.06.2022
ölçüsü30,11 Kb.
#90117
1   2   3   4   5   6
Tərbiyə və şəxsiyyətin inkişafı

1. Əqli tərbiyəsi
2. Fiziki tərbiyəsi
3. Əxlaq tərbiyəsi
4. Əmək tərbiyəsi
5. Estetik tərbiyəsi
6. Ekoloji tərbiyəsi
Məktəbqədər yaşlı uşaqların tərbiyə prosesinin istiqamətləri bölməsində tərbiyənin tərkib hissələri ayrı-ayrı fəsillərlə geniş şərh olunur.
Əqli tərbiyə. Əqli yaxud zehni tərbiyə insan intellektinin inkişafında ən mühüm əlamətdir və anatomik-fizioloji varlığın bəşəri varlıq kimi inkişafında ilkin əhəmiyyətə malikdir. Onun vasitəsilə uşaqlar elmi biliklərə yiyələnir, təbiəti, cəmiyyəti, əməyi, iqtisadiyyatın başlıca qanunlarını, ictimai və siyasi həyatı, bütövlükdə dünyanı dərk edir, yüksək mənəviyyata sahib olur. Ulularımız, aqil və müdrik babalarımız həmişə uşaqların əqli tərbiyəsinə yüksək qayğı ilə yanaşmağı, imanı kamil etməyi tövsiyə etmişlər. Ulu peyğəmbərimiz Məhəmməd Əleyhissalam demişdir: "Bələkdən qəbr evinə kimi elm öyrənməli". Dahi Nizami Gəncəvi demişdir: "İnsana arxadır onun kamalı, Ağıldır hər kəsin dövləti malı". Böyük Füzuli demişdir: “Təriqi elmi ədəb öyrən,eyləmə ehmal”. Əlbəttə, müasir pedaqogika elmi də tələb edir ki, uşaqların əqli terbiyəsində xüsusi metodiki qanunlara ciddi əməl olunsun. Məktə bəqdəryaşlı uşaqların eqli tərbiyəsi onların yaş və anlaq səviyyələrinə uyğun olmalıdır. Təbiət hadisələrinə, ictimai həyata, əmək fəaliyyətinə, adamlar arasında qarşılıqlı ünsiyyətə uşaqlarda kiçik yaşdan maraq oyatmaq lazımdır. Əqli tərbiyə uşaq bağçasının məktəbə hazırlıq illərində daha geniş vüsət alır. Müxtəlif fənnler əsasında aparılan təlim prosesində uşaqlarda təbiət,cəmiyyət və insan təfəkkürü haqqında müvafiq biliklər yaranır. Əqli fealiyyeti uşaqlarda vaxtında, düzgün ve səmərəli inkişaf etdirməyin əhəmiyyəti çoxdur. Əqli tərbiyə uşaqları əmək fəaliyyətinə yaxşı hazırlayır, onlarda təbiət hadisələrinə qarşı müəyyən anlayış formalaşdırır, nəcib əxlaqi keyfiyyətlərə yiyələndirir, zehni qabiliyyətlərini, ferdi psixi xüsusiyyətlərini sistem halında istiqamətləndirir. Əqli tərbiyə uşaqlarda hər şeyi bilmək marağını, fikir fəallığını inkişaf etdirərək, ən sadə ümumiləşdirmə qabiliyyətini, həyat hadisələri arasındakı əlaqəni başa düşmək qabiliyyətini inkişaf etdirir.Biliklərin artırılması prosesində tərbiyəçi uşaqların söz ehtiyatının zənginləşməsinə, onların rabitəli, düzgün nitqə yiyələnmələrinə, sözləri təmiz tələffüz etməyi öyrənmələrinə qayğı göstərməlidir. Uşaq cism və hadisələrlə tanış olur, həyat hadisələrini müşahidə edərək yeni sözlər öyrənir, yenini əvvəl öyrətdikləri ilə müqayisə edir, gördükleri haqqında düşünür.Bütün bunlar uşaq təxəyyülünün inkişafına yaxından köməklik göstərir. Buna görə də tərbiyəçi uşağı təxəyyülü yarada bilən işlərə celb etmeli, etraf mühit haqqında təsəvvürünü zənginləşdirməli, müşahidəçiliyi, yaradıcılıq qabiliyyətini inkişaf etdirməlidir.Əqli tərbiyə prosesində uşaq fantaziyasının inkişaf etdirilməsinə, hafizə və diqqətin formalaşdırılmasına da xüsusi diqqət yetirilməlidir.Müşahidəçiliyi, düşünmək qabiliyyətini inkişaf etdirmək, faydalı vərdişlər yaratmaq, uşaqlarda şüurlu davranış tərbiyəsi üçün çox lazımdır. Eyni zamanda, ixtiyari diqqətin yenicə inkişaf etməyə başladığını nəzərə alaraq, həmişə uşaqların maraq dairəsini genişləndirmək və müsbət emosiyaların yaradılmasına çalışmaq lazımdır.

Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə