Tərbiyə və şəxsiyyətin inkişafı İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi



Yüklə 30,11 Kb.
səhifə5/6
tarix26.06.2022
ölçüsü30,11 Kb.
#90117
1   2   3   4   5   6
Tərbiyə və şəxsiyyətin inkişafı

Əmək tərbiyəsi.

Məktəbəqədər yaşlı uşaqların tərbiyə prosesində əmək tərbiyəsinin də mühüm əhəmiyyəti var. Uşaqların əmək tərbiyəsinin pedaqoji yolla həyata keçirilməsi prosesində uşaqlarda əməksevərlik kimi yüksək əxlaqi keyfiyyət formalaşdırılır.

Məktəbəqədər yaş dövründə əmək tərbiyəsi uşaqlarda əməyə, əmək adamlarına rəğbət hissi yaratmaq, əmək məhsullarından qənaətlə istifadə etmek, işgüzarlıq, çətinlikdən qorxmamaq, dözümlülük, qayğıkeşlik, özünə xidmət və faydalı işindən fərəhlənmək kimi nəcib exlaqi keyfiyyətləri tərbiyə edir. Bu yaşlı uşaqlar sadə əməklə məşğul olmaq vərdişlərinə yiyələnirlər. Əmək faliyyeti uşağa hərtərəfli təsir göstərən amildir. Uşağın gücüçatan əmək fəaliyyətində iştirakı onun orqanizminin normal inkişafını təmin edir, onda ictimai fəallıq, müşahidə qabiliyyəti kimi vərdişlər yaradır və get-gedə inkişaf edib formalaşır.





Estetik tərbiyə.

Estetika yunanca -"estanomaj"sözündən götürülüb, lüğəti mənası hisslərlə qavramaq deməkdir. Estetika varlığın insan tərəfindən bedii sürətdə qavranılmasının ümumi qanunauyğunluqlarından bəhs edən bir elmdir. Estetik tərbiyə isə pedaqoji məfhumdur. O, inkişafda olan gənc nəsli gözəllik aləminə yaxınlaşdırır, həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, sevmək və qiymətləndirmək qabiliyyətini onlara bəxş edir. Estetik tərbiyə yaşlılarda olduğu kimi uşaq və yeniyetmələrdə həssaslığı artırır, mənəvi aləmə güclü təsir göstərməklə onu daha da nəcibləşdirir. Buna görə pedaqogikada estetik tərbiyəyə müstəsna əhəmiyyət verilir.

Uşaq bağçasında estetik tərbiyənin vəzifəsi uşaqlara cəmiyyətdə, təbiətdə gördüklərini, insanların yaratdıqları maddi nemətləri qiymətləndirməyi, onların başa düşə bildikləri incəsənət əsərlərindəki gözelliyi duymağı və hiss etməyi öyrətməkdir. Bunun üçün uşaqları təbiətin qoynuna çıxarmaq, bedii əsərlərlə musiqi və rəsm əsərləri ilə tanış etmək mühüm əhəmiyyət kəsb edir. Estetik tərbiyə həm də uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirir, onlarda bədii estetik zövqün formalaşmasında mühüm rol oynayır.




Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə