Tərbiyə və şəxsiyyətin inkişafı İnsanın sosial, bioloji inkişafı və tərbiyəsi


Məktəbəqədər yaş dövründə tərbiyənin vəzifələri



Yüklə 30,11 Kb.
səhifə2/6
tarix26.06.2022
ölçüsü30,11 Kb.
#90117
1   2   3   4   5   6
Tərbiyə və şəxsiyyətin inkişafı

Məktəbəqədər yaş dövründə tərbiyənin vəzifələri


Tərbiyə işinin mahiyyəti.

Bəşəriyyət yaranandan həmişə körpə uşağın, yeni dünyaya gələn nəslin tərbiyə olunmasına ən müqəddəs iş kimi baxılmışdır. Tərbiyənin sosial funksiyası əmək fəaliyyəti sahəsində toplanan təcrübənin nəsildən-nəslə verməklə bilik, bacarıq və vərdişləri möhkəmləndirməkdən ibarət olmuşdur. Çünki cəmiyyətin mövcudluğu, onun gələcəyi yetişən nəslin elmi biliklərin mənimsənilməsi, əmək bacarığı və vərdişlərinə, əxlaq normalarına və mədəni davranışa sahib olması ilə bağlıdır. Tərbiyə bəşəriyyətin yaranma tarixindən mövcud olan bir prosesdir. Tərbiyə anlayışının tarixi, onun elm kimi meydana gəlmə tarixindən cox qədimdir. Hələ bəşəriyyətdə dövlət quruluşu mövcud olmamışdan qabaq tərbiyə anlayışının məqsədyönlü məzmununu tayfaların, qəbilələrin başçıları, mömin və müdrik ağsaqqalları tərəfindən müəyyən edilən adət-ənənələr təşkil etmişdir.


İctimai-iqtisadi münasibətlər inkişaf etdikcə dövlət quruluşunun yaranmasına səbəb olur. Dövlətçilik yaranandan sonra uşaqların tərbiyə olunması strateji əhəmiyyətli bir iş kimi dövlətin himayəsinə keçmişdir. Əslində belə də olmalıdır. Çünki terbiyeetme anlayışında meqsədyönlülük, idarəetmə, rəhbərlik etmə, qayda-qanunlara alışdırma xarakteri var. Yəni, insan fərdi bioloji varlıq deyil, ictimai varlıqdır. Müəyyən tayfa, qəbilə, kollektiv, dövlət, ictimai quruluşda, cəmiyyət daxilində fəaliyyət göstərən bir varlıqdır, bəşər övladıdır, şəxsiyyətdir, vətəndaşdır. Əsas məqsəd isə uşağı böyüdüb ictimai həyata hazırlamaqdır. O tərbiyə olunmalıdır. O yalnız ictimai şüura qadir olmaq imkanları ilə dünyaya gəlir. Bu səbəbdən də tərbiyə zəruri ictimai hal kimi tarixən mövcud olmuş, mövcuddur və nə qədər ki, bəşər övladı var tərbiyə də zeruri ictimai hal kimi mövcud olacaqdır.
Digər tərəfdən qeyd olunmalıdır ki, uşaq tərbiyə olunmaq zərurəti ilə dünyaya gəlir. Onu yaşlı nəsil (valideyn, dayə, tərbiyəçi, müəllim və.s) həmin cəmiyyətin, millətin, dövlətin qayda-qanunları əsasında tərbiyə edir. Bu da tərbiyədə dövlətçilik, hakimiyyətlilik, rəhbərlik, böyüklük, idarəetmə anlayışının olduğunu sübut edir. Zəruri ictimai hal hesab olunan tərbiyə prosesi bu gün də əyani olaraq həyat tərzimizdə, ailədə, uşaq bagçalarında, məktəblərdə, idarələrdə, müəssisələrdə, ictimai kollektivlərdə və dövlətçiliyimizdə də mövcuddur.Tərbiyə təsadüfi anlayış deyil, hər bir dövlətin daxilində mövcud olan xalqın mənəvi, hüquqi, siyasi, iqtisadi, tarixi, milli və s. qanunları əsasında həyata keçirilən bir prosesdir. Odur ki, pedaqoji fəaliyyətdə tərbiyənin məqsədini aydın dərk etmək çox vacibdir. Tərbiyəçi-müəllim pedaqoji proses zamanı nəyə nail olacağını, uşaqlarda hansı keyfiyyətləri yaradacağını və necə yaradacağını müvəffəqiyyətlə həyata keçirməyi bacarmalıdır. Terbiyənin məqsədi tərbiyəçi üçün aydın olduqda, öz fəaliyyətini həmin məqsədə uyğun qurur və müxtəlif vasitələrdən istifadə edərək yaxşı nəticələr əldə edir. A.S.Makarenko yazırdı: "..hər bir tərbiyəçi tərbiyənin məqsədlərini həmişə aydın hiss etməlidir. Bu məqsədlər pedaqoji işin ana xettini təşkil edir"!.
Tərbiyənin məqsədi kimsə tərəfindən uydurulmur.O, xalqın, dövlətin və millətin obyektiv həyat şəraitindən və tələbatından asılıdır. Hər bir ictimai quruluşda, yaranan dövlətdə tərbiyənin qarşısına qoyulan məqsəd və vəzifələr həmin quruluşun şərait və ehtiyacı ilə,ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə şərtlənir. Respublikamızda uşaq bağçalarında və məktəblərdə tərbiyənin məqsədi dövlətimizi qoruya bilən və onun gələcək inkişafını təmin edə biləcək yüksək milli mənəvi intellektə malik olan kamil nəsil yetişdirməkdir. Belə adamlar öz vəzifəsini layiqincə yerinə yetirən, qarşıya çıxan çətinlikləri aradan qaldırmağa qabil, əqli cəhətdən kamil, mənəvi cəhətdən zəngin, fiziki cəhətdən ahəngdar inkişaf eden, yüksək estetik zövqe malik, ideyasiyasi əlamətlərinə görə mətin olmalıdır. Hərtərəfli inkişaf etmiş insan yüksək intellekt, iqtisadi, siyasi və texniki əsaslar üzərində qurulan müasir əməyə elmi-nəzəri və praktik cəhətdən hazır olan mədəni vətəndaşdır. O öz əxlaqını, dövlətinin mənafeyini, müstəqilliyini, mənəvi, siyasi, hüquqi cəhətdən daim qoruyub saxlamağı və inkişaf etdirməyi bacarır. Şübhəsiz şəxsiyyətin hərtərəfli inkişafını yalnız tərbiyənin tərkib hissələrindən səmərəli istifadə etməklə həyata keçirmək olar.Bu fəsildə məqsəd tərbiyənin mühüm tərkib hissələri haqqında qısa anlayış yaratmaqdır.

Yüklə 30,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə