Temperaturun öLÇÜLMƏSİ plan temperatur şkalaları və temperatur kəmiyyət vahidləri. Mexaniki kontakt termometrləri



Yüklə 5,22 Mb.
səhifə10/23
tarix05.08.2023
ölçüsü5,22 Mb.
#120374
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
nöc 1

Mühazirə 7, 8.
MÜQAVİMƏT TERMOÇEVİRİCİLƏRİ


PLAN
1. İş prinsipi.
2. Müqavimət termoceviricilərinin tipləri.
3. Müqavimət termoçeviricilərin konstruksiyaları.
4.Müqavimət termoçeviriciləri dəstində işləyən ikinci dərəcəli cihazlar.


ƏDƏBİYYAT
1. Чистофорова Н.В., Колмогоров А.Г. Технические измерения и приборы. Часть 1. Измерение теплоэнергетических параметров. Учебное пособие. 2008 г. АГТУ.

Müqavimət termoçeviricilərinin (MTÇ) işi (müqavimət termometrlərinin –MT) metal və yarımçeviricilərinin elektrik müqavimətlərini temperaturun dəyişməsindən asılı olaraq dəyişməsi xüsusiyyətinə əsaslanmışdır.


Məlumdur ki, əksər metallar müsbət temperatur elektrik müqavimət əmsalına malikdir. Bu onunla əlaqədardır ki, metallardaelektrik yükü daşıyıcıları-elektronların miqdarı çox böyükdür və temperaturdan asılı deyildir. Metallarda elektrik müqaviməti temperaturun yüksəlməsi ilə artır, buna səbəb kristal qəfəslərin qeyri bircinsliyə malik olmasından elektronların artan səpələnməsi onların öz tarazlıq vəziyyətində ionlarının istilik dalğalanmasının artmasına gətirir. Yarımçeviricilərdə fərqli səhnə müşahidə olunur –belə ki, temperaturun yüksəlməsi ilə elektron keçiriciliyi də kəskin artır. Odur ki, nümunəvi yarımkeçiricilərdə elektrik müqaviməti kəskin olaraq (adətən exponensial qanunla) onların qızmasında azalır. Bu onu göstərir ki, yarımkeçiricilərin (YK) temperatur elektrik müqavimət əmsalı –“TEMƏ” saf metallara nisbətən dəfələrlə yüksək olur.
Əgər MTÇ –nin elektrik müqaviməti Rt və onun t temperaturu arasındakı asılılıq (Rt = f (t) – dərəcələnmə xarakteristikası) məlumdursa, onda Rt –ni ölçməklə mühitin temperaturunu ölçə -təyin edə bilərik.
Metallik müqavimət termometrlərinin statik xarakteristikası düştur kimi də yazıla bilər:


  (1)

burada α - temperatur müqavimət əmsalıdır, Om/oC;


Ro - to temperaturunda termometrin müqavimətidir, Om;
R - t temperaturunda termometrin müqavimətidir, Om.
Müqavimət termometrləri -260...+850oC intervalında temperaturların ölçülməsində geniş tətbiq edilir. Bəzi hallarda hətta 10000C temperaturların ölçülməsində də tətbiq olunur.
Metallik müqavimət termometrlərin üstünlüklərinə aid etmək olar:
• temperatur ölçmələrinin yüksək dəqiqlik dərəcəsi;
• istənilən temperatur intervalına malik standart dərəcələnmiş şkalalı ölçücihazının buraxılmasının mümkünlüyü;
•qarşılıqlı əvəz olunan bir neçə müqavimət termometrinin birləşdirilərək bir ÖC –na qoşularaq temperatura nəzarətin mərkəzləşməsinin mümkünlüyü.

Yüklə 5,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə