Telman orucov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə162/171
tarix17.11.2017
ölçüsü5,01 Kb.
#10701
1   ...   158   159   160   161   162   163   164   165   ...   171

324 
 
qarşısında  hesabat  verməkdə  çətinlik  çəkməməlidir.  Belə  perspektivin 
mövcudluğunu nəzərə almaqla, onu hər cür qınaq təsadüflərindən birinci növbədə 
öz yazısındakı məsuliyyət dərəcəsi qorumalıdır. 
Jurnalist  ifşa  etmək,  qeyzli  yazı  üslubundan  istifadə  etmək  hüququna 
malikdir, lakin bu zərbə endirmək anında da ölçü hissi gözlənilməlidir, özü də bu 
ifşa obyektinə mərhəmət, mülayim münasibət göstərmək mənasında deyil, söyüşə, 
təhqirə,  şəxsi  ləyaqəti  alçaltmağa  keçmək  həvəsinə  qarşı  bir  immunitetə  malik 
olmaq qaydasında özünü büruzə verməlidir. Axı ən qatı rəqibə qarşı da mübarizə 
halal  oyun  qaydalarında  getməlidir,  burada  məkrli,  iftira  yazı  vasitə 
sayılmamalıdır. Elə idman oyunlarında olduğu kimi, professionallıq defisiti həmişə 
qayda  pozuntuları  ilə  kompensasiya  edilir.  Səriştə, peşəkarlıq  əlilliyindən  əziyyət 
çəkən  jurnalist  vulqar  üsullara  əl  atır,  hədyan  ifadələrə  geniş  meydan  verir, 
beləliklə  heç  vaxt  yararsız  həll  yolu  hesabına  nəcib  niyyətə  çatmağa  müyəssər 
olmur.  Ləyaqətsiz  vasitə  ucbatından  qarşıya  qoyulmuş  məqsəd  də  qərəzlilik 
dumanında itib batır. Bu onun peşəkarlıq zəifliyindən xəbər verir. Xüsusən belələri 
siyasi  sifariş  yerinə  yetirdikdə,  qulluq  göstərmək  canfəşanlığı  hesabına  biabırçı 
vəziyyətə  düşür.  Çox  vaxt  qərəzlə  rüsvay  etmək  istədiyi  adamın  əvəzinə,  qeyri-
iradi  olaraq  özünü  ifşa  edir.  Daha  yaxşı  olardı  ki,  qələm  əhli  hətta  sifariş  yerinə 
yetirəndə  də  nökərçilik  əhval-ruhiyyəsinin  təsiri  altına  düşməsin.  Belə  adamlar 
canfəşanlıq  göstərmək  ehtirasına  tutulduqda  daha  nümayişkaranə  qaydada  öz 
qüsurlarını, anadangəlmə ləkələrini açıb göstərirlər. 
Qarışqalarda,  termitlərdə  təşkil  olunma  quruluşunun  xüsusiyyəti  ondan 
ibarətdir ki, dəstələr kastalara, zümrələrə bölünür. Burada təchizatçılar, döyüşçülər 
kastası  mövcuddur.  Kiçik  bir  zümrə  isə  nəsli  artıran  ana  qarışqaya  xidmət 
göstərməklə məşğul olur. Həmin qarışqalar daha yaxşı xidmət göstərmək naminə o 
qədər  canfəşanlıq  göstərirlər  ki,  mövcudluqlarının  mənasını  yalnız  dəstənin 
kraliçasına  xidmət  etməkdə  görürlər.  Buna  görə  hətta  öz  qidalanmalarını  da 
unudaraq,  taqətdən  düşüb  ölürlər.  Nökər  qarışqa  timsalında  davranışı  özünə  rəva 
bilənlər  heç  bir  hörmətə  layiq  olmamalıdır.  Qələm  əhlinin,  sözdən  silah  kimi 
istifadə  etmək  imkanında  olanların  samuray  xidmətində  olması  cəmiyyətin  ciddi 
eyiblərindən xəbər verir. 
Rəngkarlıqda  rəssam  yerinə  düşməyən  bir  yaxmaya  yol  verdikdə,  bu 
tablonun qiymətini azaldır, bəzən bütün zəhməti yerə vurur. Qəzetdə, televiziyada 
və  radioda  işləməsindən  asılı  olmayaraq  jurnalist  ədəbsiz,  hədyan,  təhqiramiz  bir 
ifadə işlətməklə öz hədəfindən daha artıq özünə zərbə vurur, təkcə öz şəxsiyyətini 
deyil,  həm  də  təmsil  etdiyi  kollektivi  hörmətdən  salır,  rəqiblərinin  də  vura 
bilmədiyi yaranı özünə vurur. Daha xoşagəlməz cəhət isə ondan ibarətdir ki, vulqar 
üslubla  silahlanan  jurnalist  öz  oxucusunu,  tamaşaçısını,  dinləyicisini,  bir  qədər 
geniş  miqyasda  götürdükdə  bütün  cəmiyyəti  təhqir  edir.  Bu  məsələdə 
televiziyaların yaradıcı kollektivləri daha ehtiyatlı davranmalıdır. Çünki günün hər 
bir anında evə qədəm basan qonaq kimi, teleefir çoxsaylı dinləyicisinin diqqətinə 
hakim  kəsilə  bilir.  Teleaparıcının  öz  geniş  əhatəli  tribuna  imkanlarından  sui-
istifadə  etməsi  xüsusilə  yolverilməzdir.  Çünki  onun  atdığı  daş  nəzərdə  tutulan 
adamla  yanaşı,  hətta  bəzən  ondan  yan  keçib,  yüz  minlərlə  adamın  ürəyinə  dəyib, 


325 
 
heysiyyatına  toxunur.  Həm  də  cəmiyyətdəki  mənəvi  mühitin  korlanmasına  şərait 
yaradır. 
Bu  fikrə  etiraz  edənlər  yəqin  ki,  cəbbəxanalarında  olan  bir  arqumenti  irəli 
sürə  bilərlər  ki,  qərəzli  məqalə  və  telemonoloq  daha  yüksək  maraq  doğurur. 
Təəssüf  ediləcək  bu  faktı  inkar  etmək  düzgün  olmazdı.  Marağın  mövcudluğu  ilə 
yanaşı,  əksəriyyət  qərəzlilik  atmosferinin boğucu havasını  yaxşı  duyur və qərəzli 
məhsul  buraxan  müəlliflərə  hörmətdən  çox  uzaq  olan  münasibət  bəslənilir. 
Xoşbəxtlikdən  belələrinin  fəallığı,  çılğıncasına  coşması  da  qorxulu  yoluxucu 
xəstəliklər  kimi  xeyli  uzun  fasilələrdən  sonra,  ölkə  siyasi  epidemiyalara 
sirayətləndikdə  baş  verir.  Əksər  oxucu  və  dinləyici  onları  heç  də  ciddi  müəllif, 
nüfuzlu  söz  sahibi  kimi  qəbul  etmir.  Əlbəttə,  onlar  müəyyən  dövr  üçün  ucuz 
populyarlıq da qazanırlar. Lakin bu zahiri effektə, mövsümi dəbə əsaslandığından 
həmin  “şöhrətin”  ömrü  də  bir  günlük  kəpənəklər  kimi  qısa  müddətli  olur. 
Mahiyyəti söyüş toplumuna dəyişənlər əslində bumeranq zərbəsinə məruz qalırlar. 
KİV-in nisbətən cavan növü olan elektron informasiya vasitələri – televiziya 
və  radio  olduqca  böyük  və  əslində  qarşısını  almağın  qeyri-mümkün  olduğu  bir 
qüvvəyə malikdir. Onların ürəklərə və beyinlərə təsir göstərmək sahəsindəki böyük 
qüdrəti ilə yanaşı, axı hiss, ehtiras, ekspressiya bəxş edirlər, səfehlik təlqin etmək, 
mənəviyyatı  və  əxlaqi  deqradasiyaya  uğratmağa  meyl  etmək  kimi  imkanları  da 
vardır. Onu da qeyd etmək lazımdır ki, bu hal heç də lokal xarakter daşımır, xırda 
istisnalarla  yanaşı  az  qala  qlobal  problemə  çevrilir.  Ümumilikdə  götürdükdə  isə 
əgər  kütləvi  informasiya  vasitələri  ağ  yalanı  həqiqət  kimi,  beyni  zəhərləyən 
ifadələri  könülə  şəfa  verən  həb  kimi  sırımaq  həvəsinə  düşürsə,  bunları  həzm 
etdirməyə çalışırsa, əslində adamları mədə xorasından da qorxulu və çətin sağalan 
mərəzlərə  yoluxdururlar.  Cəmiyyətin  dərdlərini,  bəlalarını  kənara  atıb,  hansısa 
uydurulmuş  bir  hədəfə  hücum  etmək  və  ya  rəqibə  xaincəsinə  zərbə  endirmək, 
mətbuatın öz ali məqsədlərinə xilaf çıxmasından, özünün nəcib imkanlarına məhəl 
qoymamasından  xəbər  verir.  Belə  xoşagəlməz  meyllər  gücləndikdə  KİV  az  qala 
kütləvi  qırğın  silahı  kimi  mənfur  bir  alətə  çevrilmək  şansı  qazanır.  Bəzi  nüvə 
bombaları tikililərə toxunmayıb canlıları məhv etdiyi kimi, bu silah da bədənlərə 
xətər toxundurmadan şüura, mənəviyyata sağalmaz yara vurur. 
Mətbuat  xalqın  azadlıq  və  demokratiya  barədəki  düşüncələrinə  hörmətlə 
yanaşmalı,  bu  ali  məqsədi  hansısa  korporativ  maraqlara  qurban  verməməlidir. 
Xalqın ümdə mənafeyinə aid olan nə varsa siyasi əqidəsindən asılı olmayaraq hər 
bir  mətbuat  işçisi  onların  öncüllüyünü  qəbul  etməli,  xalqın  mənafeyinə  zidd  olan 
mövqedən  daim  uzaq  olmalıdır.  Cəmiyyət  qarşısında  öz  məsuliyyətini  dərk  edən 
jurnalist  hansısa  saxta  fikri  və  yanlışlığı  xalqın  amalı,  istəyi  şəklində  təqdim 
etməməlidir.  Mətbuat  hər  şeydən  əvvəl  proqressə  xidmət  etməli,  cəhalətin, 
xurafatın  təsiri  altına  düşməməlidir.  Xalqın  yaradıcı  potensialının  daha  gur  üzə 
çıxarıla  bilməsi  uğrunda  gedən  mübarizənin  ön  sıralarında  addımlamalıdır.  Tarix 
mətbuatın  öz  xalqı  qarşısında  xidmətləri  barədə  çox  sayda  misallar  verir.  Böyük 
fatehlər  unudulmadığı  kimi,  qızğın  söz  döyüşünün  bu  qəhrəmanları  da  öz 
cəsarətləri,  xalqın  xoşbəxt  gələcəyi  naminə  mübarizələrilə  dünya  xalqlarının 
salnaməsini  çoxlu  ibrətamiz  hadisələrlə  bəzəmişlər.  Qələm  əhli  ən  böyük  nüfuz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə