Telekommunikasiyada texniki istismar



Yüklə 0,73 Mb.
səhifə5/7
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#82606
1   2   3   4   5   6   7
TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR

16.5. Texniki istismar mərkəzləri

Təkmil xidmət üsullarının yaradılması sahəsində aparılan araşdırmalar avtomatlaşdırma, həm də texniki istismarın mərkəzləşdirilməsi (TIM) yolu ilə gedir. Mərkəzləşdirmə problemi ilə ilk dəfə 50-ci illərdə ABŞ-da məşğul olmağa başladılar.



Операторун директивинин фор-

малашдырылмасы вя чыхарылмасы


Директивин дилин ганунларына уйьун анализи



Директив дцздцр
Щя
Мярщялянин щяйата кеч-

мясиня директив анализи


Мярщяля реализя олунандыр


Щя

Йох

Йох

Операторун сящви щаггында информасийанын операторун пултуна чыхарылмасы

Мярщялянин гадаьан олунмасы щаггында информасийанын операторун пултуна чыхарылмасы

Проседурун йериня-йетирилмяси цчцн верилянлярин формалаш- дырылмасы




Мярщялянин йериня-йетирилмяси цчцн идаряедижи програмынын

ютцрцлмяси


Диспечерин истисмар мяркязи



Мярщялянин йериня-йетирилмяси


Йериня йетирилян мярщялянин нятижяляринин операторунун пултуна чыхарылмасы

Şəkil 16.5. Istismar mərhələsinin tədbiqi alqoritmi



Nəzərdə tutulurdu ki, TIM-lər stansiya və qovşaq avadanlıqlarının, eləcə də rabitə kanallarının vəziyyətinə elek-tron maşın və prosessorların köməyi ilə nəzarət edəcəkdir [1,7,47, 87, 110,111].

Kommutasiya və ya kanaləmələgətirmə avadanlıqlarında ayrı-ayrı nasazlıqların yaranması zamanı, TIM-lər zədələnmiş qurğuların və blokların lokallaşmasını, eləcə də ehtiyyat ava-danlığa keçirilməsini təmin edir.

Bundan başqa, TIM-lər informasiya sellərinin nəzarətini və təminatını, abunəçilərlə sonrakı hesabat işlərinin aparılması üçün danışıqların qeydiyyatı və tariflənməsini həyata keçirir.

Proqram-korreksiya üsulu keyfiyyətli üsul adlanır, çünki birləşmə keyfiyyətini və informasyanın keçilməsini xarakterizə edir. Bu üsulun tədbiqi avadanlığın vəziyyətinin diaqnos-tikası, zədələnmə yerinin təyin edilməsi və lokallaşdırılması, nasaz avadanlığın ehtiyyata keçirilməsi üçün nəzarət



proqramlarının geniş çeşidinin yaradıliması ilə bağlıdır. Istismarın proqram- korreksiyaedici üsulu kommutasiya texnikasının xidmət sisteminə yaxşı uyğunlaşır [7,47,111].

Bu gün bütün müasir elektron ATS-lər, proqramla idarə edilən RKS

proqram-korreksiyaedici üsul ilə istismar edilirlər.

Telefon şəbəkəsinin texniki istismarının mərkəzləşdiril-məsi TIM-in yaradılması ilə xarakterizə olunur, onun ixtisaslaşdırılmış personalı onlara bağlı olan stansiyaların və kommutasiya qovşaqlarının xidmət olunması üzrə bütün işlərin yerinə yetirilməsini koordinasiya edir.

Bir TIM ilə xidmət olunan stansiya və qovşaqların sayı, təmir briqadasının

TIM-in xidmət zonasındakı ayrılmış stansiyalarına gəlməsi vaxtından asılıdır.

TIM-in tipi telekommunikasiya şəbəkələrinin təyinatı və tutumundan asılıdır. Belə ki, şəhər telefon şəbəkəsində 300000 nömrə tutumuna malik telefon şəbəkələrinə xidmət edən TIM-lər təşkil olunur.

Böyük tutum olduğu zaman əlavə olaraq əsas texniki istismar mərkəzləri

(ƏTIM) yaradılır. Bu halda TIM-in aşağıdakı əsas funksiyaları vardırC

1. Xidmət olunan stansiyalardan daxil olan siqnalların qəbulu və əksolunmasını, qəza vəziyyətlərinin aradan qaldırılması.

2. Trafik haqqında informasiyaların və çağırışların xidmət keyfiyyətinə

nəzarət nəticələrinin qəbulu, emalı və təhlili.

3. Avadanlığın vəziyyətinə və işinə operativ nəzarət.

4. Abunəçilərdən sifarişlərin qəbulu və onların vaxtında yerinə

yetirilməsinin yoxlanılması.

5. Nəzarət yığımları və avadanlığın diaqnostikadan keçirilməsi üzrə

reqlament işlərin yerinə yetirilməsi.



Əsas TIM bütün ŞTŞ-nin operativ idarə edilməsini həyata keçirir, onun inkişaf perspektivlərinin layihələndirilməsi və proqnozlaşdırılması üçün şəbəkədə telefon trafikinin parametrləri haqqında məlumatların yığılması və analizini təşkil edir.

Yerli şəbəkələrdə TIM-in təşkili zamanı aşağıdakıların olmasını təmin etmək lazımdır.

- Xidmət olunan avadanlığın diaqnostikasına texniki nəzarət vasitələri,

eləcə də onun işinin keyfiyyəti haqqında informasiyaların yığılması

imkanları.

- ATS və TIM-də informasiya mübadiləsi vasitələri, məsələn verilənlərin ötürülməsi kanallarına qoşulma imkanları.

- Stansiyanın TIM-ə daxil olan nəzarət-diaqnostika infor-masiyalarının yığılması və emalının proqram-aparat vasitələri.

- TIM-də lazımi texniki və nəqliyyat vasitələri ilə təchiz olunan

ixtisaslaşdırılmış mütəxəssis briqadası.

- Rabitə keyfiyyətinin qənaətbəxş olmaması haqqında abunəçilərin

şikayətlərinin mərkəzləşdirilmiş qəbulu və təhlili.

Beləliklə, TIM müəyyən texniki nəzarət, əksolunma və müdaxilə olunma vasitələri ilə təmin olunan mərkəzləşdirilmiş ştatla telekommunikasiya şəbəkəsinin ayrılmaz struktur hissəsinə çevrilir. Istismarın mərkəzləşdirilməsinin dərinliyi, nəinki stansiyalarda texniki personalın tam çıxarılmasını, eləcə də qeyri-mərkəzləşdirilmiş xidmətin hissə-hissə saxlanmasını nəzərə almalıdır.

Keçmiş SSRI-də bu cür mərkəzlər Moskva, Sankt-Peterburqda və Daşkənddə yaradılmışdır. Bu mərkəzlərdə aşağıdakı nəzarət-diaqnostika informasiyalarının torlanması nəzərdə tutulurdu:

- Qəza xidməti;

- Operativ xidmət;

- Diaqnostika xidməti;

- Statistik təhlil.

Ümumiyyətlə şəbəkənin texniki istismar məsələsini iki əsas vəzifədən ibarət hesab etmək olar:

- Lazımi parametrlərin tələb olunan yoxlama və ölçmələrini qabaqcadan

xəbər vermək.

- Qəzanın aradan qaldırılması üçün lazımi təmirin aparılmasını təmin etmək.

Bu iki məsələ həmçinin şəbəkədə səhvlərin proqnozlaş-dırılması və onların

müəyyən yoxlama müddətində paylanması imkanlarını da yaradir.

Göstərilən vəzifələr üçün daha əlverişli hal işçi yüklənmə-nin orta qiymətinin tətbiqi ilə paylanmış modelin istifadə olunmasıdır. Belə model aşağıdakı xərcləri özündə birləşdirir:

 müxtəlif kateqoriyalı personalın xidmət olunması üçün əmək haqqı və

digər xərclər;

 lazımi işçi alətlərinin və texniki avadanlığın qiyməti;

 ehtiyyat hissələrin, eləcə də onların sifarişinin çatdırıl-masının və təmin edilməsinin qiymətləri.

TIM-i qarışıq kommutasiya sistemli telekommunika-siya şəbəkələri üçün yaratdıqda nəqliyyat xərcləri qiymətləri də (sürücülərin əmək haqları) nəzərə alınmalıdır. Bu zaman TIM və TIM-in personalı üçün işçi yüklənmələrinin orta qiyməti, keçmişdə heç bir stansiya üçün nəzarətin əsasında ararılma-lıdır.

Tədbiq edilən TIM-in fəaliyyət göstərən telefon şəbəkəsi üçün qiyməti



aşağıdakı düsturla ifadə etmək olar [47].

G N

СТИМ к n(y) C y tx

y1

x 1



burada, CTIM- mərkəzləşdirmə zamanı texniki xidmətin illik qiyməti; Cy- y dərəcəyə görə texniki personalın əmək haqqı;

k′- texniki xidmətin daimi illik qiyməti; n(y) – mərkəzləşdirilmiş qrup üçün y- dərəcəli texniki personalın sayı; G– dərəcələrin sayı; N – TIM-də stansiyanın sayı;

tx- x stansiya üçün nəqliyyat vasitələrinin ümumi şəbəkədən aslı olan illik qiyməti.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə