Telekommunikasiyada texniki istismar



Yüklə 0,73 Mb.
səhifə2/7
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#82606
1   2   3   4   5   6   7
TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR

16.2. Texniki istisman əsas üsulları

Təcrübə göstərdi ki, telekommunikasiya vasitələrinin istismarı və xidmət olunmasına çəkilən xərclər, hesablandığın-dan xeyli yüksək alınır. Bununla yanaşı rabitə şəbəkələrinin iş keyfiyyəti abunəçilərin tələbatlarına heçdə həmişə cavab vermir. Bunlara isə avadınlığın keyfiyyətindən, telekommuni-kasiya sistemlərinin müasir səviyyəsi və texnologiyasından, eləcə də xidmətin təşkilindən aslıdır. Telekommunikasiya vasitələrinin yüksək iş keyfiyyəti və istismar xərclərinin minimum səviyyəsinin tələblərinin yerinə yetirilməsi, yalnız bir sıra mürəkkəb elmi-texniki məsələlərin həlli yolu ilə mümkün olur. Istismar sisteminin seçimi kortəbii ola bilməz, o bir çox obyektiv faktorlarla şərtlənir. Belə ki, maşın və dekad-addım sistemli ATS üçün avadanlığın profilaktik

texniki istismar üsulu geniş yayılmışdır. Bu profilaktik üsulda avadanlığın xidmətinin texnoloji prosesi aşağıdakı növ işlərlə təşkil olunur:

 cari xidmətlə;

 stansiya avadanlıqlarının profilaktik yoxlamaları və ölçmələri;

 avadanlığın plan-xəbərdarlıqlı təmiri;

 avadanlığın texniki vəziyyətinin statistik qeydiyytı;

 iş keyfiyyətinə nəzarət.

Qeyd olunan işlərdən hər birinin avadanlığın normal iş rejimində

saxlanılmasında həlledici rolu vardır.

Beləliklə, cari xidmət- daima texniki personalın elektrik rabitəsi, qurğu və avadanlıqlarının işinə sutka ərzində nəzarətindən, elektrik rabitəsi vasitələrinin istismarı prosesində yaranan nasazlıqların aşkara çıxarıb aradan qaldırılması və eləcə də avadanlığın və ərazinin vəziyyətlərinin nəzarətdə saxlanmasından ibarətdir [73,87,98,110,111,124].

Profilaktik yoxlamalar avadanlıqların və tikililərin nasaz hissələrinin və ayrı-ayrı elementlərinin aşkar olunması, eləcə də rabitənin pozulması xəbərdarlığının edilməsi üçün aparılır.

Profilaktik yoxlamalar aşağıdakılardan ibarətdir:

 gurğuların işlərinin elektriki yoxlanması;

 cihaz və avadanlıqların baxışdan keçirilməsi;

 aşınmış hissələrin təmizlənməsi, tənzimlənməsi və dəyişdirilməsi və s. Profilaktik yoxlamalar plan üzrə müəyyən dövriliklə ən kiçik yüklənmə

saatlarında, yəni gecə saat 2400-dan səhər 600-a qədər aparılır.

Plan üzrə təmir- avadanlıqların, cihaz və mexanizmlərin, qurğuların, xətlərin və s. Rlanauyğun təmirini nəzərdə tutur. Bununla belə lazım gəldikdə cihazları işçi yerlərindən çıxarıb, onları sökürlər, təmizləyib yığırlar və tənzimləyirlər.

Avadanlığın profilaktik istismar üsulunun tətbiqinin çoxillik təcrübəsi

göstərir ki, bu üsulun aşağıdakı çatışmamaz-lıqları vardır.

- Profilaktik yoxlamalar faktiki olaraq avadanlıqların vəziyyətlərini yaxşılaşdırmır, mövcud olan nasazlıqları aşkara çıxarırlar. Burada avadanlıqların vəziyyətlərinə diferensiyalanmış yanaşma yoxdur.

- Avadanlığın qənaətbəxş vəziyyətində profilaktik yoxlamalar böyük istismar xərclərinə səbəb olur və çox az miqdarda nasazlıqlar aşkar edir.

- Vəziyyətindən aslı olmayaraq bütün avadanlıqların plan-xəbərdarlıq təmiri tam əsaslandırılmayır.

- Profilaktik işlərin görülməsi texiniki personalın özü tərəfindən avadanlıqda yeni, əlavə nasazlıqların əmələ gəlməsinə səbəb olur.

- Profilaktik işlərin və cari təmirin aparılması müddətin-də avadanlıqların yarısı söndürülür, bloklanır və ya işdən çıxarılır. Bu isə kanalların, xətlərin və cihazların çatışmamazlığı üzündən abunəçilərə göstərilən xidmət keyfiyyətini aşağı salır.

Göstərilən kommutasiya sistemləri üçün nasazlıqların sayı əhəmiyyətli dərəcədə ATS-in iş keyfiyyətindən, işləmə müddətindən və s. asılıdır. Yeni tikilən – A stansiyada çıxan nasazlıqların sayı 20 il işləmiş stansiya – B ilə müqayisədə kifayət qədər aşağıdır.

Şəkil 16.1-də xidmət keyfiyyətinin texniki xidmətə çəkilən xərclərdən

asılılığı göstərilmişdir.


Техники хидмятя чякилян хяржляр
$
2,2
2,0
1,6
1,4
1,2
0,8
0,4



5,0 10,0 15,0 20,0

П

иткиляр %



Şəkil 16.1. Xidmət keyfiyyətinin xərclərdən asılılığı qrafiki

Avadanlıqların daha müasir və etibarlı olduğu hallarda, məsələn, ümumi idarəetmə qurğuları olan və birləşmələri birbaşa yaradılan stansiyalarda daha inkişaf etmiş istismar üsulu istifadə olunur.

Bu üsullardan biri nəzarət-korreksiya üsulu adı ilə tanınan telekommunikasiya vasitələrinin statistik-texniki istis-mar üsuludur. Statistik üsul aşağıdakıları tələb edir:

1. Müxtəlif cihazlar, onların trafikləri və fəaliyyət müddətlərinin işi haqqında statistik materialın yığılması.

2. Statistik materialların analizi və keyfiyyət göstəricilərinin buraxılabilən normativ qiymətlərlə müqayisəsi.

3. Keyfiyyətin buraxılabilən həddinin təmin olunması üzrə işlərin görülməsi

haqqında qərarların təhlili əsasında qəbulu.

Bu üsul profilaktik yoxlamaları və ölçmələri istisna etmir, sadəcə olaraq onların həcmlərini məhdudlaşdırır.



Statistik istismar üsulunda personal nasazlıqların tam aradan qaldırılmasına çalışmır, avadanlığın normal rabitə keyfiyyətinin təmini şərtilə xidmətə minimal xərclərin çıxmasına çalışır.

Statistik üsulda avadanlığın vəziyyəti haqqında məlu-matların yığılması və emalı üçün riyazi statistika üsulları tətbiq edilir, bunlar zəruri statistik məlumatların həcminin kiçilməsinə və onların yığılması və emalına sərf olunan



iş vaxtını qısalmasına gətirib çıxarır. Kütləvi halların öyrənilməsi üçün nəzarətin seçilmiş üsulu tətbiq olunur. Natamam nəzarət-də tədqiqata heç də bütün avadanlıqlar məruz qalmır, yalnız onların bir neçə hissələri məruz qalır.

Seçilmiş üsulun xüsusiyyətləri aşağıdakılardır:

- Ona daxil olan avadanlıqların araşdırılması əsasında öyrənilən halların xarakterizə edilməsi.

- Kiçik qüvvə və vasitələrlə statistik araşdırmaların aparılması imkanlarına malik olmaq.

- Nəzarətin müddətini qısaltmaq və onları daha ətraflı təşkil etmək imkanı.

Əsas xarakteristika kimi orta xərc ölçüsü və P- əlamətinin ayrılmış hissəsi götürülür. Texniki istismarın nəzarət-korreksiya üsulunun strukturu şəkil 16.2-də göstərilmişdir.

Texniki istismarın bərpa edici üsulu profilaktik yoxlama-ları və ya profilaktik baxışı istisna edir.


Texniki istismarın statistik (kk) usulu



Çari xidmət Avadanlığın vəziyyətinə nəzarət
Əsaslı təmir

Keyfiyyət göstəricilərin yığılm ası və analizi

Şəkil 16.2. Statistik üsulun strukturu

Bu üsulda yalnız aşağıdakı aşkar olunmuş və üzə çıxarılmış nasazlıqlar düzəldilir və aradan qaldırılır:

 abunəçilərin sifarişinə əsasən;

 siqnalizasiyanın köməyi ilə;

 texniki istismarın və EHM-nin köməyi ilə.

Bərpaedici üsul profilaktik və statistik (kk) istismar üsulları ilə müqayisədə nisbətən az xərclər tələb edir. Bu istis-mar üsulunda dəyişdirilə biləcək avadanlıq və qurğular hazır yoxdursa, çox vaxt xidmət keyfiyyəti aşağı düşür. Belə olduqda dərhal aşkara çıxmış zədələnmələri aradan götürmək və ya dəyişdirmək vacibdir. Əks təqdirdə onlar buraxılabilən həddən çox yığılaraq avadanlığın işini qeyri-qənaətbəxş edirlər.



Bu üsul dayanmadan, müntəzəm işləyən avadanlıqlar üçün nəzərdə

tutulmuşdur, belə iş rejimi isə müasir rəqəmli elektron texnikasına məxsusdur.

Müasir telekommunikasiya sistemləri üçün avtomatik nəzarət cihazları və ya texniki istismarın EHM-ri olduqda, avadanlıqlar və rabitə qurğuları daimi olaraq nəzarət altında olur. Istismar nəticələri, bütün zədələnmələrin qeyd olunduğu operativ displeydə avtomatik olaraq qeyd olunur. Bu işə lazımi qurğuların vaxtı-vaxtında bərpasına, normaya uyğun gəlməyən xarakteristikaları düzəltməyə imkan verir.

Telekommunikasiya vasitələrinin avadanlıqlarına avto-matlaşdırılmış və

proqramlaşdırılmış nəzarətin tədbiqi, xidmə-tin intizamlılığını xeyli artırır.

Bərpaedici istismarın strukturu aşağıdakı iki əsas hissədən ibarətdir:

- avadanlığın bərpası və sifarişə əsasən təmiri.

- əsaslı təmir və ya yeni nəsil avadanlıqlarla dəyişdirilməsi.

Istismarın bərpaedici üsulunda elektromexaniki sistemlər üçün stansiya avadanlıqlarının işləmə keyfiyyəti bir qədər pisləşir, çünki bütün nasazlıqlar özünü biruzə verir. Lakin yaranan nasazlıqların təcili aradan qaldırılması nəticəsində xidmət keyfiyyəti kifayət qədər yüksək olur.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə