Telekommunikasiyada texniki istismar



Yüklə 0,73 Mb.
səhifə3/7
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#82606
1   2   3   4   5   6   7
TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR

16.3. Elektromexaniki sistemlərin istismar xüsusiyyətləri

Telefon şəbəkələrinin texniki istismarı avadanlığın saz vəziyyətdə saxlanılmasına çəkilən minimal xərclər daxilində abunəçilərə verilən xidmət keyfiyyəti ilə işləməsini təmin etməlidir.

Çətinlik ondadır ki, telefon şəbəkələri telekommunika-siya avadanlıqlarının müxtəlif sistemlərdən ibarət olur. Əksər hallarda bir şəbəkədə elektromexaniki sistemli maşın, dekad-addım (DA), koordinat və proqramla idarəolunan, kvazielek-tron və elektron stansiyalar birgə işləyirlər [7,73,87,110,111].

Bu stansiyaların avadanlıqları müxtəlif istismar etibarlılığına malikdirlər. Bununla belə, bu və ya digər kommutasiya sisteminin hazırlanmasında avadanlığın yoxlanılması zamanı diaqnostika və nəzarətə müxtəlif imkanlar qoyulur.

Belə ki, elektromexaniki kommutasiya sistemlərinin üçdən ikisində (maşın və DA sistemlərində) bir qayda olaraq, kommutasiya avadanlıqlarının yoxlanılması və telefon trafikinin parametrlərinin ölçülməsi üçün qurğular nəzərdə tutulmamışdır.

Bu stansiyaların texniki istismarı 60-cı illərə kimi, əsasən profilaktik üsulun tətbiqi əsasında həyata keçirildi və bir qayda olaraq yoxlama cihazları hələ müasir deyildi. Yoxlamalar daima aparılırdı, halbuki onları sadələşdirmək, qısaltmaq və ya ümumiyyətlə aparmamaq olardı.

Elektromexaniki sistemli avadanlıqların uzunmüddətli istismarı zamanı

yığılan təcrübə aşağıdakı fərqləndirici xüsu-siyyətləri göstərdi:

- Yoxlamaların təmizliliyin artırılması heç də həmişə ava-danlığın işləmə

keyfiyyətinin yaxşılaşmasına gətirib çıxarmır.

- Avadanlığın yoxlanılması ümumi iş sərfinin 60% -ə qədər təşkil edir, halbuki onlar rabitə xidmətlərinin keyfiyyətinə birbaşa təsir göstərmir. Texniki istismarın profilaktik üsulu müvafiq etibarlılığın alınmasına

imkan verir. Lakin elektromexaniki kommutasiya sistemləri üçün profilaktik üsulun bir neçə əhəmiyyətli çatışmamazlıqları mövcuddur:

 Üsulun böyük zəhmət tələb edən olması.

 Növbəti yoxlama müddəti arasında yoxlanılan avadan-lığın işədavamlılıq zəmanətinin olmaması.

 Hər bir aparılan yoxlama, əsasən də gündüz yoxlanılan stansiyanın işləmə keyfiyyətinə mənfi təsir göstərməsi.

Elektromexaniki sistemlər üçün istifadə olunan xidmətin ikinci üsulu statistik (nəzarət – korreksiya) üsuludur. Bu üsul lokallaşmanı, bloklanmanı və abunəçilərin xidmət keyfiyyəti-nin buraxıla bilən həddən aşağı olduğu halda zədələnmələrin aradan qaldırılmasını nəzərdə tutur.

Bu üsulda profilaktik üsulla müqayisədə kiçik xərclər tələb olunur, lakin abunəçilərin xidmət keyfiyyətində əhəmiy-yətli səhvlər buraxılır. Elə bu səbəbdən korreksiya üsulu geniş tədbiqini tapmır. Daha uğurlu istismar üsulu iki üsulun kombinasiyası olan nəzarət korreksiya (NK) üsulu sayılır.

Statistik üsulda texniki-personalın işi, kommutasiya avadanlığının iş keyfiyyəti haqqında informasiyaların yığımı və analizinə, eləcə də informasiyanın analizi zamanı çıxan nasazlıqların lokallaşması və aradan qaldırılmasına gətirib çıxarır.

Abunəçilərdən daxil olan zənglər əsasında xidmət keyfiyyəti haqqında informasiyanı, nəzarət zənglərinin qurulması yolu ilə almaq olar. Bu nəzarət zənglərinin miqdarı alınan nəticələrin statistik düzgünlüyünü təmin etmək üçün kifayət qədər böyük olmalıdır.

Təcrübədə avadanlığın nasazlığına görə itən nəzarət çağırışlarının, ümumi nəzarət çağırışlarının miqdarına olan nisbətinin sıfıra bərabər olmasına nail olmaq mümkün deyil. Vacib hal budur ki, çağırışa görə itgilər qoyulan normanı keçməsinlər.



Nəzarət çağırışlarını əl ilə və ya nəzarət çağırışlarını yaradan qurğularla yaratmaq olar. Bu qurğular üçün itgilərin qiymətlərinin yaradılması imkanları nəzərdə tutulur, onların qaldırılması zamanı qurğu qəza siqnalı yaratmağa başlayır.

Nəzarət çağırışlarını yaratmaq üçün istifadə olunan qur-ğulardan başqa,

texniki siqnallaşma və digər nəzarət qurğula-rıda istifadə edilir.



Nəzarət-korreksiya üsulunun tətbiqi üçün ATS-in işləmə keyfiyyəti haqqında informasiya mənbələri aşağıdakılardır:

 abunəçilərin sifarişi (şikayəti);

 siqnal qurğuları;

 nəzarətedici materiallar və s.

Stansiyanın avadanlığında yaranan zədələnmələr üç qrupa ayrılırlar.

1.Bir və ya bir neçə abunəçilərin rabitə keyfiyyətinə təsir göstərən zədələnmələr.

2.Böyük qrup abunəçilərin rabitə keyfiyyətinə təsir göstərən əhəmiyyətli zədələnmələr.

3.Böyük qrup abunəçilərin rabitə keyfiyyətinə təsir göstərən nəzərə

çarpmayan zədələnmələr.

Yuxarıda göstərilən üç informasiya mənbələri ilə üç qrup zədələnmələr arasında müəyyən asılılıqlar mövcuddur:

- abunəçilərin şikayəti əsasında birinci qrup zədələnmələr aşkar olunur, onlar aşkar olunan kimi də aradan qaldırılır;

- siqnal qurğularından alınan informasiya əsasında əhəmiyyətli zədələnmələr lokallaşdırılır;

- nəzarət avadanlıqları üçüncü qrup zədələnmələrə nəzarət edir, onların lokallaşdırılması və aradan qaldırılması yalnız çağırışa görə itgilərə qoyulan həddi keçdikdən sonra həyata keçirilə bilər.

Texniki istismarın bu üsulu son zamanlar dünyanın bir sıra ölkələrinin

şəbəkələrində ən geniş tətbiqi tapmışdır.

Üsulun çatışmayan gəhəti kimi həyata keçilməsi üçün telefon stansiyalarının nəzarət qurğuları ilə təchiz edilməsinə çəkilən xərcləri aid etmək olar. Statistik üsulun tətbiqi ATS-in istismar ştatının xeyli azaldılmasına və abunəçilərin xidmət keyfiyyətinin yaxşılaşdırılmasına imkan verir.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə