Telekommunikasiyada texniki istismar



Yüklə 0,73 Mb.
səhifə7/7
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#82606
1   2   3   4   5   6   7
TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR

Əsas məlumatların tərkibiabunəçinin siyahı nömrəsi, abunəçi komplekti nömrəsi, eləcə də digər informasiyalar (danışığın dəyərinin qeydiyyatı, düyməli yığımı, NAT-ın kateqoriyası, çıxış rabitəsinin kateqoriyası və s.) daxildir. Əlavə məlumatlara xidmətlər haqqında (qısaldılmış yığım, yığımsız birləşmə, konfrans rabitə, yönləndirmə və s.) informasiyalar daxildir.

Abunəci məlumatları ilə idarəetmə texniki istismar sisteminin direktiv

yığımı ilə həyata keçirilir. Operatorun çıxartdığı bu direktivlərin köməyi ilə məlumatlar mərkəzi yaddaş qurğusuna ötürülür, burada abunəçi məlumatları fayllarına müvafiq dəyişikliklər aparılır.

Abunəçi məlumatları ilə idarəetmə direktivləri üç qrupa bölünə bilər:

 abunəçinin identifikasiya olunması (yəni abunəçi nömərsinin yaradılması və çıxarılması, siyahı və abunəçi komplekti nömrələrinin dəyişdirilməsi, abunəçi komplektinin məşğul olması və ayrılması);

 abunəçi xidmətlərinin və idarəedilən məlumatların yaradılması, ölçülməsi və çıxarılması;

 qısaldılmış nömrə yığımla əlaqədar olan sorğular.

Marşrutun seçimi haqqında məlumatlar, eləcə də abunəçi məlumatları, digər bloklar şəklində saxlanılır(məsələn, mar-korda). Marşurutun seçimi ilə

idarəolunma direktivləri marşrutun seçimi haqqında məlumatların formalaşmasını nəzərdə tutur. Bu direktivlər aşağıdakı kimi formalaşır:

 nömrə yığımının analizinin idarəolunması;

 çıxış istiqamətləri ilə;

 punktlarla və birləşdirici xətlərlə;

 daimi olmayan birləşmələrlə.

Hər bir qrupda direktiv vardır, bunlar bir qayda olaraq yaradılan, ölçülən, çıxarılan və sorğu edilən direktivlərdir.

Trafikə nəzarət üç qrup funksiyaları özündə birləşdirir:

- Trafik ölçülməsi.

- Trafikə nəzarət.

- Birləşmələrin keçilməsinə nəzarət.

Trafikə nəzarət funksiyası xidmət edən personala vaxtın real müddətində

ATS-in trafiki haqqında informasiyalar almağa imkan verir.

Nəzarət üçün ilkin məlumatlar statistika blokundan daxil olur. Nəzarətin tərkibinə daxil olan obyektlər trafikin ölçülməsinin tərkibi ilə eynilik təşkil edir.

Trafikin ölçülməsi funksiyaları istiqamətlər üzrə daxil olan trafiklərin paylanmasına və dəstələrin hesabatı üçün lazım olan informasiyaların qəbuluna nəzarət etmək üçündür. Trafikin ölçmələrinə ayrı-ayrı dəstələr və rabitə istiqamətləriilə yanaşı stansiyanın tərkibinə daxil olan ayrı-ayrı bloklar və qurğularda məruz qalırlar.

Obyektdən aslı olaraq ölçülmə qiymətləri kimi bir qayda olaraq aşağıdakılar ola bilər:

 abunəçi xidmətinin nəzarət qrupu;

 birləşdirici xətlərin (giriş və çıxış) nəzarət qrupu;

 çağırışa nəzarət qrupu;

 itirilmiş çağırışlara nəzarət qrupu;

 rabitə istiqamətinə nəzarət qrupu;

 statistik nəzarət qrupu.

Birləşmənin keçilməsinə nəzarət funksiyalarının seçimi operatorun direktivi üzrə həyata keçirilir.

Danışıqların dəyərinin qeydiyyatı ilə idarəedilən fayllar əsasən mərkəzi yaddaş qurğusunda qarışırlar. Əksər fayllar danışığın dəyərinin vaxtı-vaxtında qeydiyyatına aid edilir. Onlar sayğacların və dəyərin vaxtı-vaxtında qeydiyyatının idarəolunmasına görə ayrılırlar.

Sayğaclarla idarəetmə direktivlərinə görə adı çəkilən qurğunun tərkibini müqayisə və korrektə etmək üçün onları sonuncu qurğulara çıxartmaq olar. Danışığın dəyərinin qeydiyyatının idarə etməsi üçün nəzərdə tutulan direktivlər operatora hesabat funksiyalarının təyin olunması və verilənlərinə lazımi korrektivlərin daxil edilməsini təmin edir.

Birləşdirici xətlərin işçi vəziyyətləri ilə idarəetmə istənilən birləşdirici xətti onun nasazlığı səbəbinə görə və ya testləşdirmənin aparılması məqsədilə istismar prosesindən çıxartmağa imkan verir.

Mikro-EHM sistemi ilə idarəetmə birbaşa kommutasiya prosesləri ilə

texniki istismar və ya texniki xidmətlə bağlı deyil. Belə ki, proqram təminatı

dayaq rolunu oynayır, onun üzə-rində texniki istismarın qalan proqramları

həyata keçirilir.

Bütün bloklara paylanan sistemin idarəetmə funksiyası aşağıdakı 6 qrupla təsvir olunmuşdur:

 informasiynın giriş-çıxış sistemi;

 giriş-çıxış funksiyaları ilə idarəetmə;

 «Insan-maşın» sistemi;

 informasiyaların ötürülməsi;

fayllarla idarəetmə;

 sistemin əlavə funksiyaları.

Stansiyanın texniki xidməti texniki istismarın əsas funksiyası sayılır. Onun məqsədi dayanmadan xidmətin təmin edilməsidir. O yaranan nasazlıqların aşkar olunması zamanı işçi vəziyyətlərin avtomatik bərpa olunmasını nəzərdə tutur.

Qurğu nasazlıqlarının təyin olunması və daimi nəzarəet-mə, eləcə də yüklənmə zamanı tez-tez sistemin işinin yoxlan-ması və nəzarəti həyata keçirilir. Bütün nasazlıqlar haqqında məlumatlar texniki istismar EHM-nin qəza siqnallarının emalı sisteminə ötürülür. Qəza siqnalları sisteminin proqramları funksional bloklar səviyyəsində nasazlıqları təyin edirlər. Bundan sonra müvafiq məlumatları işçikonfiqurasiya-ların bərpası sisteminə ötürürlər. Nasazlıqların təsirini aradan qaldırdıqdan sonra (nasaz blokun işçi konfiqurasiyadan çıxarılması) nasazlıqların axtarış sisteminə, nasazlığın yerinin təyin olunması haqqında sorğu göndərilir. Bu sistemin köməyi ilə nasazlıqların lokallaşdırılması təmin olunur [1,17,73,87].



Qəza vəziyyəti haqqında məlumat aşağıdakılardan ibarətdir:

 stansiyanın adı;

 qəza vəziyyəti haqqında məlumatı ötürülən EHM;

 qəza vəziyyətində olan qurğunun tipi;

 qəzanın təcililik kateqoriyası;

 çıxarılan məlumatlın tipi.



Qəzanın obyekti və obyektin yerləşmə koordinatı, qəza vəziyyəti haqqında məlumatın təyin olunması bölümündə məlumatın nömrəsi:

 əlavə informasiya;

 qəza vəziyyətinin təyin olunması vaxtı;

 sıra nömrəsi;



 mətn və s.
Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə