Telekommunikasiyada texniki istismar


RKS-in istismar xüsusiyyət



Yüklə 0,73 Mb.
səhifə4/7
tarix05.01.2022
ölçüsü0,73 Mb.
#82606
1   2   3   4   5   6   7
TELEKOMMUNIKASIYADA TEXNIKI ISTISMAR

16.4. RKS-in istismar xüsusiyyətləri

Proqramla idarə edilən RKS-in bazasında qurulan pers-pektiv telekommunikasiya şəbəkələrinin yaradılmasında əsas məqsəd istismar xərclərinin azaldılmasıdır. Bu işdə paralel həll olunan iki məsələ mövcuddur [7,73,87,98,110,111,142-145]:



Stansiyanın öz avadanlıqlarının texniki istismarının təmin edilməsi.

 Hissə-hissə və ya tamamilə proqramla idarəolunan stansiyalar ilə təchiz olunmuş telekommunikasiya şəbəkələrinin texniki istismarının təşkili. Proqramla idarə edilən stansiyalar elektromexaniki sistemlərlə müqayisədə

daha mürəkkəb olur və bütövlükdə, böyük sistemlər sinifinə aid edilir. Onların ayrı-ayrı element-lərinin sıradan çıxması ümumilikdə dayanmalara gətirib çıxparmır, sadəcə olaraq işləmə keyfiyyətinin pisləşməsi ilə nəticələnir.

Proqramla idarə edilən telekommunikasiya şəbəkələrinin istismarının xüsusiyyətləri, avadanlıqların prinsipcə yeni xarakteri və perspektiv kommutasiya sistemlərinin tətbiqi nəticəsində yaranan telefon şəbəkələrinin strukturunun dəyişilməsi ilə təyin olunur.

Proqramla idarə edilən bütün tip ATS-lər üçün aşağıdakı elementlər xarakterikdir:

- kommutasiya sistemi;

- xətt və xidmət komplekti;

- periferiya idarəedici qurğular (PIQ);

- birləşmə avadanlıqları;

- elektron idarəetmə maşınları (EIM) və ya mərkəzi prosessorlar (MP);

- xüsusiləşdirilmiş mikroprosessorlar (XMp);

- daxili yaddaş qurğusu (DUQ) və s.

Yuxarıda qeyd olunanlardan görünür ki, proqramla idarə olunan stansiyaların avadanlıqlarının xarakteri hesablama maşınları ilə eynilik təşkil edir. Buradan aşağıdakı xüsusiyyət-lər ortaya çıxır:

1. Vəziyyətləri virtual olaraq təyin edilə bilən hərəkət edən elektromexaniki detalların olmaması.

2. Avadanlığın yüksək etibarlılığının təmin edilməsi.

3. Vahid element bazası və müxtəlif növ avadanlıqların (kommutasiya qurğuları, idarəetmə qurğuları və ötürmə sistemləri) qurulması üçün texnologiya və ayrı-ayrı funksional blokların tətbiq edilməsi.

4. Avadanlığın yerləşdirilməsi üçün funksional prinsipin istifadə

olunması.

Qeyd olunan xüsusiyyətlərin texniki istismarı təmin edən üsul və vasitələrə

mümükün təsirini nəzərə alaraq, nəzərdən keçirək.

Beləliklə, elektromexaniki detalların çatışmaması avadanlığın vəziyyətini vizual təyin etməyə imkan vermir. Əksinə, personalın işləyən avadanlığa istənilən müdaxiləsi arzuolunmazdır, çünki, bu zaman personalın yaratdığı nasazlıqlar əmələ gəlir və onların miqları elementlərin sıradan çıxması səbəbindən yaranan nasazlıqların miqdarı ilə eyni olur.

Avadanlığın yüksək etibarlılığı proqramla idarə edilən ks-nin əsas tələbatıdır. Belə ki, kvazielektron və elektron ATS-lər üçün boş dayanma vaxtı

40 il xidmət üçün 2 saat qəbul olunub.

Bir nasazlığın aradan qaldırılmasının orta vaxtı yarım saatdır, stansiyanın hesabatla bir abunəçiyə düşən hazırlıq əmsalı 1,5⋅10-4-ə bərabərdir.

Elektromexaniki sistemlərlə müqayisədə yeni anlayış kimi, proqram etibarlığı anlayışı istifadə edilir. Proqram etibarlığı proqram təminatının yaradılması zamanı proqramdakı səhvlər hesabına yaranan nasazlıqları xarakterizə edir.

BTI-nin normalarına görə Metakonta sistemində çağırışa görə itgi ehtimalı proqram etibarlılığı hesabına 10-5 –ə bərabərdir, bu qiymət birləşmənin yaradılması fazasında ümumi itgi normasının 10%-nı təşkil edir.

Müxtəlif funksional blokların, məsələn, periferiya idarə etmə qurğusu (PIQ), kommutasiya sistemləri (KS), ötürmə sistemləri (ÖS) və s. qurulması üçün vahid element bazası və texnologiyasının istifadə olunması PI-nan ATS-in avadanlığı-nın geniş unifikasiyasına, yəni eyniləşdirilməsinə gətirib çıxarır.

Bu, xüsusilə kommutasiya sistemləri, idarə edigi qurğular və ya ötürmə sistemlərində bir-birindən ayrılmayan element-lərin istifadə olunduğu elektron ATS-lər üçün xarakterikdir. Göstərilən faktor proqramla idarə edilən stansiyaların texniki istismar xüsusiyyətləri ilə yanaşı, yeni baza konfiqurasiyasının yaranmasına səbəb olmuşdur.

Bu konstruksiyada çıxarıla bilən, tipik dəyişmə elementi (TDE) adlanan plata vərdır. Hər bir funksional blok bir və ya bir neçə TDE-də yerləşə bilər.

Elektron ATS-də avadanlığın yerləşdirilməsi, əsasən funksional yerləşdirmə prinsipinə tabedir. Bu onu bildirir ki, bir və ya bir qrup stativdə (məsələn, SL stativinin komplektləri, PIQ-in stativləri, kommutasiya sistemlərinin matrisaları və s.) eyni funksiyaları yerinə yetirən avadanlıqlar

yerləşdirilir. Stativlərin bir-birinə nəzərən yerləşdirilməsi isə onların funk-sional qarşılıqlı əlaqə dərəcəsindən aslıdır.

Stativlərin elementləri arasındakı lazımi daxili birləşmələrin böyük hissəsi stativ daxilindəki platalararası quraşdırma (qaynaq) hesabına təmin edilir.



Ümumilikdə, elektromexaniki sistemlərlə müqayisədə proqramla idarə edilən stansiyalar kommutasiya avadanlıqla-rının möhkəm və yığcam yerləşdirilməsi üçün böyük imkanlar açır.

Proqramla idarə edilən stansiyaların texniki əsaslarını bilməklə müasir

rəqəmli kommutasiya sistemlərinin (RKS) tex-niki istismarının əsas xüsusiyyətlərinə baxmaq olar (şəkil 16.3). Həmin xüsusiyyətlər bunlardır:

- Operativ texniki xidmət;

- Istismar xidməti;

- Inzibati idarəolunma.

Operativ texniki xidmətin məqsədi müntəzəm müşahidə və nəzarət nəticələrinin qiymətləndirilməsi, eləcə də nasaz TDE-rin dəyişdirilməsi yolu ilə stansiya avadanlıqlarının işədavamlılığının təmin edilməsi və qorunub saxlanılmasıdır.

Istismar xidmətinə stansiyanın işədavamlılığının qorunub saxlanılması ilə

bağlı olmayan aşağıdakı funksiyalar aid edilir:

- Stansiyanın işini xarakterizə edən qiymətlərin alınması üçün reqlament xarakterli işlər.

- Stansiya avadanlıqlarının ayrı-ayrı hissələrində profilaktik işlər.

- Proqram-istehsallı yoxlamalar.

- Istismara daxil edilən dəyişikliklər (krasirovka çəkilişi, abunəçilərin kateqoriyalarının dəyişdirilməsi, yeni xidmət növlərinin daxil edilməsi və s.).

Istismar xidməti çərçivəsində funksiyalar şəbəkə həcmində yerinə yetirilir. Buraya kanalların paylanması, avadanlıqların inkişafı və modernləşdirilməsi, proqram təminatı (PT), blokların dəyişdirilməsi, yeni stansiyaların qoyulması, şəbəkə səviyyəsində əlavə xidmət növlərinin (ƏXN) tətbiqi və s. daxildir.

Inzibatı idarə etmə xüsusiyyəti dedikdə epizodik yerinə yetirilən və texniki istismar prosesinin köklü dəyişdirilməsi ilə bağlı funksiyalar başa düşülür.

Proqramla idarə edilən stansiyaların bütün növ texniki istismar sistemlərinin yerinə yetirilməsi bir sıra proqram aparat




Административ

идаряетмя


Прогам тя'минатында коррексийа
Аваданлыьын инкишафы вя модернляшдирилмяси

Техники истисмарын ян йцксяк сявиййяси
План профилактик ишляр


Истисмар хидмяти

Директив

проседурларын йаранмасы


Аваданлыгда вя верилянляр йаддашында коррексийа
Юдянишлярин кючцрцлмяси цчцн гиймятлярин алынмасы
Е'тибарлылыг вя кейфиййят щаг-


Иерархийанын ашаьы сявиййяси
гында мя'луматларын алынмасы



Директив

проседурларын йаранмасы


Тя'мир вя тя'мирдян сонракы йохламалар

Насазлыгларын ахтарышы вя ава-

данлыгларын йенидян гурулмасы


Хидмятин кейфиййятиня нязарят



Аваданлыьа

мцшаидя
Насазлыглара нязарят

Şəkil. 16.3. Proqramla idarə edilən ATS-də texniki istismar sisteminin xüsusiyyətləri

vasitələri ilə təmin edilir (şəkil 16.4). Həmin aparat vasitələri kimi EHM-in aşağıdakı daxili qurğuları geniş tədbiq edilir:




Оператив техники хидмят
- Yazı maşınları;

- Teletayplar;

- Ekran pultları (displey);

- Informasiyaların giriş-çıxış qurğuları.



Апарат васитяляри


Эириш-чыхыш гурьулары

Ял иля хидмя-



тин щиссяляри

Нязарят-юлч-



мя гурьулары













Техники истисмарын ямялиййат системи






Эириш-чыхыш гурьулары




Эириш-чыхыш гурьулары

Програмла идаря едилян АТС-ин аваданлыглары вя програм тя'минаты

Şəkil 16.4. Rəqəmli ATS-rin texniki istismar sisteminin proqram-apparat vasitələri
Bəzi hallarda, xüsusiləşdirilmiş işıqlı tablo kimi işləyən əksolunma qurğuları da istifadə olunur.

Sadalanan vasitələr avadanlığın böyük hissəsinə proqram girişini təmin edir. Avadanlığa birbaşa (elektrik) giriş əl ilə idarə etmə ilə təmin olunur və məhdud şəkildə telefon perife-riyasının ayrı-ayrı qurğuları üçün tətbiq edilir.

Giriş-çıxış gihazları və lazımi idarə etmə hissələrinə malik əksolunma qurğuları, eləcə də birbaşa girişli idarəetmə hissələri pultun üzərində yerləşdirilir və rəqəmli ATS-in operatorunun iş yeri hesab edilir.

Operatorun pultu normal istismar rejimində nəzərdə tutulan, personalın xüsusiləşdirilmiş idarə etmə maşınının işinə müdaxilə imkanlarını nəzərdə tutmayan funksiyaları təmin etməyə imkan verir.

Normal işləmə dövründə idarə etmə maşınının texniki istismarı üçün prosessorun dayanması rejimində işi təmin edən ayrı-ayrı apparat vasitələrindən istifadə edilir.

Rəqəmli ATS-lərin texniki istismar sisteminin proqram təminatı özünə ayrı-ayrı istismar prosedurlarının yerinə yetirilməsini həyata keçirən əhəmiyyət sistemlərini və proqramları yaradan vasitələri daxil edir.

Əməliyyat sisteminin məqsədi insan-maşın dialoqunun təmin edilməsi və

rəqəmli telekommunikasiya qovşaqlarının vəziyyətinin funksiyalaşdırılması və əksolunması əsasında yerinə yetiriləsi bütün prosedurlarının dispetçerləşdirilməsidir.

Dialoq vasitələrinin tərkibinə operatorun direktivini tərtibetmə qaydalarının təyin edilməsi və çıxarılan məlumatların redaktə olunmasını həyata keçirən operator dili daxildir.


Dispetçerləşdirmə vasitələrinə texniki istismar sistemi arasında lazımi əlaqəni təmin edən proqramlar və rəqəmli ATS-lərin (dispetçer sistemli) digər proqram təminatı hissələri, eləcə də istismar mərhələlərinin yerinə yetirilməsini idarə edən proqramlar daxildir.

Prosedurun həyata keçirilməsi proqramları işə operator tərəfindən buraxıla bilər, bu zaman bir və ya bir neçə proqramlarla həyata keçirilir. Sadalanan vasitələrdən başqa, avadanlıqlarda nasazlıqların nəzarəti və axtarılması proqramları da mövcuddur. Bir qayda olaraq bütün bu proqramlar texniki istismar sisteminin tərkibinə daxildir.



Hər-hansı bir prosedurun həyata keçirilməsi məqsədilə sistemə müraciət

olunan zaman müasir rəqəmli ATS-lərin operatorunun hərəkətləri texniki xidmət üzrə komumtatorun displeyində direktivin qurulmasından ibarətdir.

Direktiv dilin sintaksis və sematnik qaydalarına uyğun insan-maşın dilində

qurulur və aşağıdakılardan ibarətdir:

- Operator haqqında məlumat.

- Prosedurun adı.

- Prosedurun yerinə yetirilməsi rejiminin əlamətləri.

- Lazımi çıxış məlumatları.

Direktivlərin proqram təhlili xüsusiyyətləri stansiya avadanlığına məxsus proqram təminatının xidmət personalının düşünülməmiş müdaxiləsindən qorunmasının təmin edilməsidir.

Bütün hallarda, operator tərəfindən aparılan əməliyyat qurğuda yerləşdirilənlə uyğun gəlirsə, operatora səhv və yaxud direktivin yerinə yetirilməsinin mümkün olmaması haqqında məlumat verilir.

Şəkil 16.5-də istismar prosedurunun realizə olunması alqoritminin qraf sxemi göstərilmişdir. Beynəlxalq Telekom-munikasiya Ittifaqı (BTI) müasir rəqəmli kommutasiya sistemləri üçün istifadə olunan insan-maşın dilinin standartlaş-ması üzrə böyük işlər görmüşdür.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə