TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ


Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisə-



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə64/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   58   59   60   61   62   63   64   65   66
tehlukesiz emek seraiti

 
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisə-
lərinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində 
sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş 
işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə 
aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları 
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 4 avqust tarixli 
Fərmanı ilə təsdiq edilmişdir
 
Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisə-
lərinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində 
sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş 
işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə 
aylıq ödənc üzrə borclarının tənzimlənməsi 
 
Q A Y D A L A R I 
 
I.
 
Ümumi müddəalar
Bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci 
illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqra-


116 
mı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəl-
ləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdiri-
lən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan son-
ra - dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstə-
liyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən 
həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər 
şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin 
verilməsi qaydasını tənzimləyir.
II. Qaydaların tətbiq dairəsi
2.1. Bu Qaydalar aşağıda göstərilən dövlət müəssisələri-
nin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağ-
lamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçi-
sinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq 
ödənc üzrə borclarına şamil olunur: 
2.1.1. bu Qaydalar qüvvəyə minənədək özəlləşdirilməsi 
barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatma-
mış dövlət müəssisələri;
2.1.2. 2003-cü il 27 sentyabr tarixindən bu Qaydalar qüvvə-
yə minənədək özəlləşdirilməsi başa çatmış dövlət müəssisələri; 
2.1.3. bu Qaydalar qüvvəyə minənədək idarəetməyə 
verilən dövlət müəssisələri.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə