TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ


Azərbaycan Respublikasının Baş naziri



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə59/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
tehlukesiz emek seraiti

Azərbaycan Respublikasının Baş naziri 
A. RASİ-ZADƏ 
«Azərbaycan Respublikasının Qanunvericilik Toplu-
su»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, № 1, maddə 66) 
(«VES Consultancy» LLC). 
10 avqust 2004-cü il tarixli, 111 nömrəli; 22 fevral 
2008-ci il tarixli, 50 nömrəli qərarlara əsasən əlavə və 
dəyişikliklərlə («VES Consultancy» LLC). 


95 
Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin 
2003-cü il 9 yanvar tarixli, 
3 nömrəli qərarı ilə 
təsdiq edilmişdir 
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində 
sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak 
olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi 
qaydaları, şərtləri və məbləği 
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təh-
lükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəl-
ləsi ilə tənzimlənir. 
Bu Qaydalar Azərbaycan Respublikasının Əmək Məcəl-
ləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticə-
sində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak 
olmuş işçinin ailə üzvlərinə ödənclərin verilmə qaydalarını, 
şərtlərini və məbləğini müəyyən edir. 
İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsin-
də sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda 
(bundan sonra – istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin 
təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar 
(bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə 
dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsu-
liyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, 
büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, 
yaxud büdcədənkənar vəsaitlər hesabına ödənilir. 
Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun 
itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olma-
dıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq 
aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə 
çəkdiyi xərclər ödənilir. 


96 
Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən 
başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq, 
dəyən zərərin əvəzi ödənilir. 
1.2. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən 
əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: 

istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanun-
vericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və 
yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına 
əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin 
baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); 

işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud pe-
şə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının 
(TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. 
1.3. Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə 
nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə 
tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in 
rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki 
əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi 
ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək

əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən 
edildiyi
vaxtadək ödənilməlidir. 
1.4. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq 
istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək 
qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi 
əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), 
əlillik qrupunu
, sağlamlıq imkanları məhdudluğunu
və habelə 
səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri 
(qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi 
xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə