TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ


Zərərçəkənə dəymiş zərərə görə ödənclərin



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə60/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   56   57   58   59   60   61   62   63   ...   66
tehlukesiz emek seraiti

2. Zərərçəkənə dəymiş zərərə görə ödənclərin 
növləri və miqdarı
2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin 
əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən 
zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. 


97 
Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və ya-
xud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu 
orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə 
əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. 
İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin 
himayəsində olmuş və zərərə görə aylıq ödənc almaq hüququna 
malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki 
orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən 
edilir. 
2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərər-
çəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclə-
rin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınma-
sına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort 
müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa 
peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu 
şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə 
möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı 
müəyyənləşdirilsin. 
2.3. Zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdiri-
lərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının baş-
qa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə 
pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də 
zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavi-
nətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzi-
nin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin 
əvəzinin ödənilməsi hesabına daxil edilmir). 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə