TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə13/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   9   10   11   12   13   14   15   16   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

38 



 

ŞƏRHLƏR 

 

 

1. Qur'an nəzərdə tutulur. 

 

2.  Burada  Məhəmmədin  öz  peyğəmbərliyini  sübut  üçün  göstərdiyi 

mö'cüzələrdən  birinə  işarə  olunur.  Məhəmmədə  inanmayanlardan  biri  gizlicə 

yerdən  bir  ovuc  çınqıl  götürüb  deyir:  «Əgər  doğrudan  da  peyğəmbərsənsə,  de 

görüm,  ovcumdakı  nədir?»  Məhəmməd  soruşur:  «Hansını  istəyirsən,  mən  deyim 

sənin  ovcundakı  nədir.  Ya  sənin  ovcundakı  desin  ki,  mən  kiməm?»  O  şəxs  daha 

çətin  görünən  ikinci  varianta  razılıq  verir.  Məhəmməd  «Bismillah!»  dedikdən 

sonra  həmin  şəxsin  ovcundakı  çınqıllar  dilə  gəlib:  «La  ilahə  illəllah,  Məhəmməd 

rəsul allah!» deyirlər. Bundan sonra camaatın böyük bir dəstəsi Məhəmmədə iman 

gətirir. 

 

3.

 

«Xeybərin fatehi» («fateh-e Xeybər») Əlinin ən çox işlənən ləqəblərin-



dən biridir. 

 

4.

 

Kövsər 



– 

cənnətdəki  bulağın  adıdır.  «Kövsərin  saqisi»  dedikdə,  Əli 

nəzərdə tutulur. 

 

5.

 

Tərsus 



– 

Türkiyənin  cənubunda,  Aralıq  dənizi  sahilləri  yaxınlığında 

şəhər. 

 

6.

 

Səfəvi dövlətinin banisi I Şah İsmayıl (1501 



 1524) nəzərdə tutulur. 



 

7.

 

İstər  Qaraqoyunlu  və  Ağqoyunlu,  istərsə  də  ilk  Səfəvilər  dövründə 



dövlətin əsas imtiyazlı zümrəsi olan hərbçi əyanlar böyük və kiçik əmirlər olmaqla 

iki qrupa bölünürdülər. Müəllif əsasən böyük əmirlərdən bəhs edir. 



 

8.

 

Əmir əl-üməra («əmirlər əmiri») qoşunun baş komandanı idi. 



 

9.

 

Cihan  (Ceyhan)  çayı  sahilindəki  döyüş  1507-ci  ildə  olmuşdu.  Saru 



Qaplan  (əsl  adı 

– 

Qasım  bəy)  Mərəş  və  Əlbistan  hakimi  Əlaüddövlə  Zülqədrin 



oğlu idi. O, Ağqoyunlu Sultan Muradın müttəfiqi idi. 

 

10.

 

Özbək hökmdarı Şeybək xan (Məhəmməd xan Şeybani) 1510-cu ildə 



Mərv  yaxınlığında  I  Şah  İsmayılla  döyüşdə  öldürülmüş,  bununla  da  Xorasan 

qızılbaşların  əlinə  keçmişdi.  «Fəth-e  şah-e  dinpənah»  («dinin  pənahı  olan  şahın 

qələbəsi»)  ifadəsi  əbcəd  hesabı  ilə  həmin  hadisənin  baş  verdiyi  hicri  916-cı  ili 

(10.IV.1510 

– 

30.III.1511) göstərir. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

39 



 

 

11.

 

Nəcm-i  Sani  dedikdə,  1510 



– 

1512ci  illərdə  I  Şah  İsmayılın  vəkili 

olmuş  Yar  Əhməd  Xuzani  nəzərdə  tutulur.  Burada  onun  1512-ci  ildə  özbəklərlə 

döyüşdə məğlubiyyətinə işarə edilir. 

 

12. Çaldıran döyüşü 1514-cü il avqustun 23-də I Şah İsmayılla osmanlı I 

Sultan Səlim (1512 

– 

1520) arasında baş vermiş və qızılbaşların ağır məğlubiyyəti 



ilə nəticələnmişdi. 

 

13.

 

Sarutərcan Ərzrumdan cənub-qərbdə yerləşirdi. 



 

14.

 

Taqiyə: osmanlı hərbçilərinin başlarına qoyduqları konusşəkilli papaq. 



 

15.

  

Bu söz orijinalda da türkcə verilmişdir. 



 

16.

 

Hüseyn xan Şamlu, mənbələrin yazdığına görə, Şah Təhmasibi (1524 



– 

1576)  devirmək  və  lələsi  olduğu  Sam  Mirzanı  (Təhmasibin  qardaşı,  məşhur 

«Töhfeyi-Sami» təzkirəsinin müəllifi) taxta çıxarmaq istəyirmiş. 

 

17.

 

Astrabad 



– İ

ranın şimalında, Xəzər dənizindən 36 km şərqdə yerləşən 

şəhər və vilayət. 

 

18.

 

Firuzguh 



– 

Tehrandan şərqdə yerləşən şəhər. 



 

19.

 

«Lələ»  yetkin  yaşa  çatmamış  şahzadənin  hamisi  və  tərbiyəçisi  idi, 



onun  adından  bütün  işləri  idarə  edirdi.  Sam  Mirzə  Xorasan  hakimi  sayılırdı,  odur 

ki,  Xorasana  vali  təyin  olunan  əmir  həm  də  onun  lələsi  olurdu.  Bundan  əvvəl 

Durmuş xan və Hüseyn xan Şamlu Mirzaya lələlik etmişdi. 

 

20.

 

Qəndəhar Əfqanıstanın cənubunda yerləşir. 



 

21.

 

Zəhirəddin Babur (1483 



– 

1530) 


– 

Teymurləngin altıncı nəvəsi, Fərqa-

nə hakimi Ömərşeyx Mirzanın oğlu Hindistanda Moğollar dövlətinin banisi və ilk 

hökmdarı (1526 

– 

1530).  Qəndəhar  Böyük  Moğollar  dövlətinə  daxil  idi.  Ağzıvar 



xan  bir  neçə  ay  şəhəri  mühasirədə  saxlamış,  sonra  Baburun  oğlu  Kamran  Mirza 

böyük qüvvə ilə şəhər müdafiəçilərinin köməyinə gəlib onu darmadağın etmişdi. 



 

22.

 

Übeyd (Übeydulla) xan 



– Ş

eybani xanın oğlu və xələfi (1533 

– 

1539). 


Xəzər dənizindən cənub-şərqdə yerləşən Bistam şəhəri yaxınlığındakı döyüş 1527- 

ci ildə baş vermiş və qızılbaşlar məğlub olmuşdular. 



 

23.

 

İsfərain 



– 

Xorasanda, Bucnurd yaxınlığında yerləşən şəhər. 



 

24.

 

Bəhram Mirza I Şah İsmayılın oğlu, Təhmasibin qardaşı idi. 



 

25.

 

Qum şəhəri Tehrandan cənub-qərbdə yerləşir. 



 

26.

 

II ġah İsmayıl 1576-cı il avqustun 22-də taxta çıxmışdı. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə