vivo
TARİX-İ QEZELBAŞAN
44
çıxardıqdan sonra dövlətin işlərini əlində cəmləşdirmişdi. Lakin digər nüfuzlu
əmirlər
–
Köpək Sultan Ustaclu və Çuhə Sultan Təkəlu da hakimiyyətə can atırdı-
lar. Div Sultan Çuhə Sultanla birləşib Köpək Sultanı məğlub etmiş, sonra isə özü
Çuhə Sultanın təhriki ilə 1527-ci ilin iyul ayında şah tərəfindən öldürülmüşdü.
Bundan sonra real hakimiyyət Çuhə Sultanın əlinə keçmişdi.
93.
Əmir Sultan məşhur tarixçi, «Əhsən ət-təvarix» əsərinin müəllifi
Həsən bəy Rumlunun babasıdır.
94.
Təbil və bayraq («təbl-o-ələm») hakimiyyət rəmzi idi.
95.
I Sultan Süleymanın İrana ikinci yürüşü 1535-ci ilin yazında olmuşdu.
96.
Dərcəzin (Dərgəzin) Həmədandan şimalda yerləşirdi.
97.
Saucbulaq (Soucbulaq, Souxbulaq)
–
Urmiya gölünün cənubunda
yerləşən indiki Mehabad şəhəri. Pişkildərə, Ərəbsəidi və Simnani kəndləri Qəzvin
ətrafında yerləşir.
98.
«Əhsən ət-təvarix»ə görə, bu hadisə 942-ci il rəcəb ayının 20-də (13
yanvar 1536-cı il) olmuşdur.
99.
Mustafa paşa Çavuş (əsl adı Bıyıklı Məhəmməd) Trabzon hakimi idi.
Bu döyüşdən sonra Ərzincan osmanlıların əlinə keçdi.
100.
Vəramin
–
Tehrandan cənub-şərqdə yerləşən şəhər.
101.
Çuxursəd
– İ
rəvan ətrafında Araz çayı ilə Göyçə gölü arasındakı
torpaqlar belə adlanırdı. Səfəvilərin ərazi-inzibati bölgüsünə görə, Çuxursəd
bəylərbəyliyi (mərkəzi İrəvan olmaqla) Azərbaycanın dörd əsas bəylərbəyliklərin-
dən biri idi.
102.
İskəndər paşa Ərzrum hakimi idi və tez-tez Çuxursədə hücum edirdi.
Yalnız 1552-ci ildə qızılbaşlar Şah Təhmasibin oğlu İsmayıl Mirzanın sərkərdəliyi
ilə onu qəti məğlubiyyətə uğratdılar.
103.
Aras xan Rumlu 1578-ci ildə Şamaxı yaxınlığında osmanlıların, Krım
tatarlarının və yerli qiyamçıların birləşmiş qoşunları ilə qeyri-bərabər döyüşdə əsir
düşmüş və edam edilmişdi.
104.
Turşiz şəhəri Məşhəddən cənub-qərbdə yerləşir.
105.
Təkə eli dedikdə, Anadolunun cənubunda Alaniyadan qərbdə və
Qocaçaydan şərqdə yerləşən torpaqlar nəzərdə tutulur.
106.
Osmanlı sultanı II Bayəzid (1481
–
1512).
107.
Yekan bəy Təkəlu bir müddət I Şah İsmayılın qorçubaşısı olmuşdur.
vivo
TARİX-İ QEZELBAŞAN
45
108.
Kəlhor
– İ
randakı Zohab şəhərindən tutmuş İraqdakı Məndəliyə
qədər eyni adlı tayfanın yaşadığı böyük ərazi belə adlanırdı.
109.
Kəndoman
– İ
sfahanla Xunsar arasında yerləşən kənd.
110.
Hüseyn xan Şamlu Herat hakimi idi və bu ərəfədə özbəklərlə döyüşdə
böyük qəhrəmanlıq göstərmişdi. Lakin mühasirədə olduğu zaman Çuhə Sultan
Təkəlunun qəsdən kömək göndərmədiyini başa düşüb özbəklərlə danışığa girmiş
və öz dəstəsi ilə Şiraza çəkilmişdi, oradan da şahın yanına gəlmişdi.
111.
İmamzadə Səhləli
–
hazırda Astana adlanan bu qəsəbə Ərak şəhərin-
dən 36 km cənubda yerləşir.
112.
Mətndə «Qudur Sultan» getmişdir.
113.
«Afət-e təkəlu» ifadəsi əbcəd hesabı ilə 937-ci ili (1530-31) göstərir.
114.
Üləma bəyin qiyamı 1531-ci ildə olmuşdu.
115.
Üləma bəy Sultan Süleymanın İrana birinci (1534-cü il), ikinci
(1535-ci il) və üçüncü (1548-ci il) yürüşlərində iştirak etmişdi.
116.
Şah Təhmasibin oğlu Sultan Məhəmməd Xudabəndə (hakimiyyət
illəri: 1577
–
1587).
117.
Qazi xan Təkəlu 1534-cü ildə Sultan Süleymanın İrana birinci hücu-
mu zamanı şaha xəyanət edib osmanlıların tərəfinə keçmişdi.
118.
Qazi xan 1540-cı ildə Bakıya hücum edib çətinliklə şəhəri tutmuş,
əhalinin bir hissəsini qılıncdan keçirmişdi.
119.
Söhbət Sultan Hüseyn Bayqaranın (1469
–
1506) nəvəsi Məhəmməd
Zaman Mirzadan gedir. O, atası Bədiüzzaman Mirza ilə birlikdə özbəklərdən qaçıb
I Şah İsmayıla pənah gətirmişdi. Lakin Çaldıran döyüşündən sonra Astrabadı tutub
müstəqillikdən dəm vurmağa başlamışdı. 1514-cü il noyabrın 4-də baş vermiş
döyüşdə qızılbaş əmirləri onu məğlub etmişdilər və o, Bəlxə qaçmışdı.
120.
1526-cı ildə Səksəncəkdə (Xalxal yaxınlığında yerləşir) rumlu və
təkəlu tayfalarının birləşmiş qüvvələri ilə ustaclu tayfası arasında sonuncuların
məğlubiyyəti ilə nəticələnən döyüş olmuşdu. Bunun səbəbi həmin tayfaların
başçılarının (Div Sultan Rumlu, Çuhə Sultan Təkəlu və Köpək Sultan Ustaclu)
vəkillik mənsəbi uğrunda mübarizəsi idi.
121.
Müəllif Ağqoyunlularda olduğu kimi, burada da əvvəlcə Qaraqoyun-
lu hökmdarları haqqında danışır, sonra isə ayrı-ayrı tayfalardan və onlardan çıxmış
əmirlərdən bəhs edir.