TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   9   10   11   12   13   14   15   16   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

35 



 

 

Fərhad xan və (adları çəkilmiş) şanlı əmirlər Kermana gəldilər. Yusif xan 



qalaya sığındı və bir həftə sonra onu dincliklə qaladan çıxardılar. Fərhad xan sara-

ya yollandı və Vəli xanla İsmayıl xan Kermanda sultanlıq taxtına oturdular

211



 



(Bu  zaman)  özbəklər  Xorasanı  tamamilə  tutmuşdular  və  Tun  və  Cuna-

bəd


212

  hakimi  Süleyman  Xəlifə  Türkman  və  Qain  hakimi  Sultanəli  Xəlifə  onlar 

tərəfindən  öldürülmüş,  Mustafa  xan  Kəngərlu  Təbəs  qalasında

213


  mühasirəyə 

alınmışdı;  onların  (özbəklərin)  ağalığı  Yəzdə  və  Kermana  qədər  gedib  çıxırdı. 

Buna görə I Şah Abbas əmr etdi ki, Vəli xan və İsmayıl xan Mustafa xana kömək 

üçün ora getsinlər. Onlar qoşunu və camaatı yığıb Təbəsə yollandılar və düşmənlər 

üz-üzə  gəldilər.  İsmayıl  xan  döyüşdə  mərdlik  və  şücaət  göstərdi,  onun  səyi 

nəticəsində özbəklər məğlub oldular, çoxlu əsir və axtarma

214

 əfşar igidlərinin əlinə 



keçdi. Sağ-salamat və qənimətlərlə paytaxta yollandılar. 

 

I Şah Abbas İsmayıl xanı şahanə nəvaziş və iltifatlarla şərəfləndirib başı-



uca  etdi,  Vəli  xan  qoca  olduğu  üçün  Kerman  mülklərini  ona  tiyul  verdi  və  icazə 

verdi  ki,  Kermanın  bir  guşəsində  əbədi  dövlətə  dua  etməklə  məşğul  olsun.  Və 

Kermanın  idarəsi  Gəncəli  xan  Zigə  tapşırıldı.  Əvvəllər  Əmir  xan  Əfşarın  tiyulu 

olan Kazerun

215

 və onun ətrafı İsmayıl xana verildi. 1007-ci ildə (4.VIII.1598 



23. 


VII.1599)  I  Şah  Abbas  Xorasanı  (özbəklərdən)  azad  edəndə,  Hüseyn  Sultan 

Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə (İsmayıl xana) tapşırıldı və (sonra) 

Ğur əyalətinin idarəsi də buna əlavə edildi. Hazırda orada sultanlıq taxtında oturub, 

əsgərlər  və  rəiyyət  onun  dövlətindən  xoşhal,  oturaq  və  köçəri  onun  səxavətindən 

firavan yaşayırlar. 

 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Astrabad  valisi  İskəndər  xandır. 



Bistamda öz əcəli ilə öldü və vəsiyyətinə görə Məşhədin bir fərsəxliyində yerləşən 

Toroqda dəfn olundu. 

 

Bu  tayfanın  əmirlərindən  biri  də  İskəndər  xanın  qardaşı  Bədr  xandır  ki, 



qardaşının  ölümündən  sonra  Astrabad  hakimliyi  ona  verildi.  I  Şah  Abbas  onu 

qorçibaşı təyin etdi və Bistam çəmənliyində  yenə o həzrətin göstərişi ilə Şahqulu 

Sultan Piyada Türkmanla birlikdə qətlə yetirildi. 

 

Başqa  biri  Əmiraslan  Sultan  Ərəşlu-Əfşardır.  Onun  oğlu  Təhmasibqulu 



xan Azərbaycanda Şah Sultan Məhəmmədin qorçibaşısı idi və I Şah Abbas zama-

nında Həmədan hakimi olmaq şərəfinə layiq görüldü. 

 

Başqa  biri  Şuştər



216

  hakimi  Şahverdi  xandır.  O,  cilovdarbaşı  Murad  bəy 

Şamlu tərəfindən öldürüldü. 



vivo 

TARİX-İ QEZELBAŞAN 

 

36 



 

 

Başqa  biri  Fərah  hakimi  Yekan  Sultan,  (daha  sonra)  Hüseyn  Sultan  və 



Xosrov Sultandır ki, Heratda Şahqulu Sultan Yekanı öldürdü. 

 

Başqa biri Kuhkiluye hakimi Həsən xandır. I Şah Abbas onu Ələmut qala-



sında həbs etdi və orada öz əcəli ilə öldü. 

 

Ba.qa  birisi  İskəndər  xan  Səmiran



217

  və  Kuhkiluyenin  bir  hissəsinin 

hakimi idi və Şah Qələndər Dehdəştdə

218


 onun tərəfindən öldürülmüşdü. 

 

Qacar tayfası 

 

Bu  tayfa  qədimdə  Gəncə  və  Bərdədə  yaşamışdır  və  bir  qismi  Şamdan 



gəlmişdir. 

 

Onların böyük əmiri Piri bəydir ki, I Şah İsmayılın cülusunun əvvəllərində 



Osman  bəy  Mosullu  ilə  vuruşaraq  qalib  gəldi,  Sultan  Muradla  döyüşdə  Əsilməz 

bəy Türkmanı məğlub etdi

219

 və 918-ci ildə (19.III.1512 



– 

8.III.1513) Nəcm-i Sani 

ilə birlikdə Qicduvanda öldürüldü. 

 

Başqa  biri  Dəracə  Sultandır  ki,  «Qudurmuş  xan»  adı  ilə  məşhurdur. 



Urfədə Sultan Murad ibn Yaqubu məğlub etdi və qətlə yetirdi və Mardin (yaxınlı-

ğındakı) Qoruqtəpədə Qara xan Ustaclu ilə birlikdə Mustafa paşa «Bığlı Çavuş»la 

döyüşdə həlak oldu. 

 

Başqa  biri  Şahverdi  Sultan  Ziyadoğludur  ki,  Şah  Təhmasib  ona  «Müsa-



hib» deyirdi və o, şanlı döyüşlər etmişdi 

– 

Gürcüstan padşahı Ləvasanı öldürmüş, 



Qorgin  və  Simaonu  məğlub  etmişdi

220


  və  Bargiridə

221


  Süleyman  bəy  kürdü  də 

öldürmüşdü. 

 

Bu tayfanın böyük əmirlərindən biri də Budağ xandır ki, Şah Təhmasibin 



təvaçisi idi.  İki dəfə Qəndəharı qoyub  şahın  hüzuruna  gəlmişdi, ona görə hörmət-

dən  düşmüşdü

222

.  Amma  Nişaburda  özbək  Saru  Quzğanla  mərdliklə  vuruşmuş  və 



elə o vaxtlar vəfat etmişdi. 

 

Başqa biri Van qalasının hakimi Göckə (Gögçə) Sultandır. Sonra  İsmayıl 



Mirzanın  lələsi  və  axırda  Nişabur  valisi  oldu.  Astrabadda  fani  dünyadan  əbədi 

aləmə köçdü. 

 

Başqa biri Şahverdi Sultan Ziyadoğlunun oğlu Xəlil Sultandır ki, pəhləvan 



bir adam idi. Bir neçə il Astrabad hakimi oldu və dəfələrlə Yaxa-Türkman (tayfa-

sını)


223

 məğlub etdi. Axırda o vəzifədən çıxarılıb öldürüldü. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

37 



 

 

Onun  qardaşı  İbrahim  bəy  Arran  əmir  əl-ümərası  idi  və  Gəncədə  fani 



dünyadan əbədi aləmə köçdü. Şah Təhmasibin vəfat etdiyi ildə (bu tayfadan: olan) 

əmirlər: 

 

Yusif Xəlifə Gəncə hakimi idi



224

 



Mirza Əli Sultan orduda idi. 

 

Qubad bəy Xorasanda idi. 



 

Hüseyn bəy Şirvanda idi. 

 

Süleyman bəy paytaxt Qəzvində idi. 



 

 

 



Köçürdü: Məhəmməd Rəşid

1013 (30.V.1604 – 18.V.1605). 



 

 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə