vivo
TARİX-İ QEZELBAŞAN
42
64.
Osmanlı hökmdarı I Sultan Səlim 1512
–
1520-ci illərdə hakimiyyətdə
olmuşdur.
65.
Urfə
–
Ruha qalasının (şəhərinin) türkcə adı (55-ci şərhə bax!).
66.
Qorçibaşı
– ş
ah qvardiyasını təşkil edən qorçilərin («qoruyucuların»)
komandanı.
67.
Xandqar (xondqar)
–
farsdilli mənbələrdə Osmanlı hökmdarları belə
adlandırılır.
68.
Müəllifin son Ağqoyunlu hökmdarları barədə məlumatı qarışıq və
naqisdir. Sultan Yaqubdan sonra bu sülalənin hakimiyyəti aşağıdakı ardıcıllıqla
davam etmişdir: Baysunqur Mirza (dekabr, 1490
–
may, 1492), Rüstəm (may,
1492
–
iyul, 1497), Gödək Əhməd (iyul
–
dekabr, 1497), Məhəmmədi Mirza (1497
–
1500), Əlvənd (1497
–
1504), Sultan Murad (1497
–
1508).
69.
Bunlar müvafiq olaraq, Uzun Həsənin babası, əmisi, atası və qardaşı-
dır.
70.
Eybə Sultan (əsl adı İbrahim bəy) Uzun Həsənin əmisi oğlu Danə
Xəlilin oğlu idi.
71.
Əzizkəndi Təbriz yaxınlığında yerləşir.
72.
Zülfüqar bəy 1528-ci ildə Bağdadı tutub Osmanlı sultanına itaətini
bildirdi. 1529-cu ildə Şah Təhmasib böyük ordu ilə ora getdi və xeyli mühasirədən
sonra şəhəri ala bildi.
73.
Şahəli bəy Pornak Sultan Yaqubun ölümündən sonra Həmədanda
Uzun Həsənin nəvəsi (Uğurlu Məhəmmədin oğlu) Mahmudu sultan elan etmişdi.
Sufi Xəlil onların hər ikisini öldürmüşdü.
74.
Gərmazərin harada yerləşdiyini müəyyənləşdirə bilmədik.
75.
Bu hadisə 1501-ci ilin ortalarında I Şah İsmayılın Şərur yaxınlığında
Əlvəndi məğlub etməsi ərəfəsində olmuşdu.
76.
Əmir Nəcm
–
I Şah İsmayılın sadiq silahdaşlarından olmuş Nəcməd-
din Məsud Gilani. Ömrünün axırlarında Şah İsmayılın vəkili idi.
77.
Damğan şəhəri İranın şimalında, Şahruddan 70 km qərbdə yerləşir.
Hezarcərib
–
Mazandaranda, Sari şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsi-
dir.
78.
Şəbankarə
– İ
ranın cənubunda, Fars vilayətinin bir hissəsini təşkil
edən ərazi.
vivo
TARİX-İ QEZELBAŞAN
43
79.
Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin İshaq (1252
–
1334)
nəzərdə tutulur.
80.
Qorçi
–
«qorumaq» felindəndir. Şah qvardiyasının üzvü olan əsgər
belə adlanırdı.
81.
Məsum bəy Səfəvi II Sultan Səlimin (1566
–
1574) göstərişi ilə Suriya
hakimi Dərviş paşanın adamları tərəfindən Məkkə ilə Mədinə arasında səhər
namazı qılmaq üçün dayandığı zaman öldürülmüşdü.
82.
Qicduvan (hazırda Qijduvan
–
Buxaradan şimal-şərqdə yerləşir)
yaxınlığındakı döyüş 1512-ci ildə baş vermişdi. Səfəvilərin və Baburun birləşmiş
qüvvələri gənc Übeydülla xanın başçılıq etdiyi özbəklər tərəfindən ağır məğlubiy-
yətə uğradılmışdı. Nəcm-i Sani (11-ci şərhə bax!). Həmçinin I Şah İsmayılın yaxın
silahdaşı və yeznəsi Bayram bəy Qaramanlu əsir düşüb öldürülmüşdü. Bu döyüş-
dəki məğlubiyyətlə Teymurilərin Mavərannəhrdə hökmranlığına son qoyulmuşdu.
83.
Canik
–
mərkəzi Samsun şəhəri olan əyalət.
84.
Rəşidəddin Fəzlullaha görə, çəpni tayfası Oğuz xanın oğlu Göy xanın
nəslindəndir.
85.
Burada Osmanlı hökmdarı I Süleymanın (1520
–
1566) İrana 1548-ci
ilin yazında baş vermiş üçüncü yürüşünə işarə olunur. Alkas Mirza I Şah İsmayılın
oğlu idi. Şirvan qəti şəkildə Səfəvi dövlətinə birləşdirildikdən sonra o, Şirvan
bəylərbəyi olmuşdu. Müstəqil hökmdar olmaq üçün qardaşı ġah Təhmasibə qarşı
qiyam qaldırmış, məğlub edildikdən sonra İstambula qaçmışdı. Alkas Mirza bu
səfərdə Sultan Süleymanı müşayiət edirdi.
86.
Kartli hakimi Luarsab (1534
–
1558) nəzərdə tutulur.
87.
Şahverdi xan Luristan hakimi idi. I Şah Abbasın taxta çıxmasından
(1587) az sonra o, qiyam qaldırmış, Osmanlı ərazisinə qaçmış, axırda tutulub öldü-
rülmüşdü.
88.
Kərəhrud
–
Qum ilə Ərak arasında yerləşən yaşayış məntəqəsi.
89.
Ərəbgir
–
Fərat çayının sağ sahilində, Malatyadan şimalda yerləşən
vilayət və şəhər. Çimişkəzək şəhəri Xarputdan 35 km cənubda yerləşir.
90.
Xınıs və Qarahisar Ərzrumun cənub-şərqində, Tərcan isə Ərzrumun
cənub-qərbində yerləşir.
91.
Bəlx şəhəri müasir Əfqanıstanın şimalında yerləşir.
92.
Div Sultan (əsl adı Əli bəy) Təhmasibin lələsi idi və on yaşlı şahı taxta