TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

27 



 

Varsaq tayfası 

 

Onların əsli indi Qaraman kimi məşhur olan yunan şəhərlərindəndir. I Şah 



İsmayıl vaxtında onlardan böyük  əmir olmayıb. Onların kiçik  əmirləri Musa bəy, 

Həsən Xəlifə 

– 

Xaf


163

 

hakimi, Mustafa bəy və Durhəsən Xəlifə olmuşlar. 



 

Evoğlu (tayfası) 

 

Bu tayfadan böyük əmir olmayıb. (Onlar) Səfəvi xanədanının müridlərin-



dəndir və əksərən o həzrətin mətbəxində xidmət etmişlər. 

 

Qaracadağlu tayfası 

 

Bu tayfanın böyük əmiri Çavuş Mirzadır ki, I Şah İsmayıl vaxtında əmir 



olmuşdur. 

 

Və bu tayfanın (əmirlərindən) biri Xəlifə Ənsardır



164



 



KÜRD TAYFALARI HAQQINDA 

 

Bu tayfada böyük padşahlar olmuşdur, o cümlədən, Nəcməddin Əyyubun 



oğlu Sultan Səlahəddin Yusif

165


 

ki, iyirmi altı il Misir, Şam, Hələb və Diyarbəkrdə 

hökmranlıq etmiş, şücaətli, səxavətli və ədalətli padşah olmuşdur, 589-cu ilin səfər 

ayında (6.II. 

– 

6.III.1193) Dəməşqdə vəfat etmişdir.



 

 

O  diyarda  hökmranlıq  etmiş  həmin  sülalə  budur:  Məlik  Əziz  Osman, 



Məlik Mənsur Məhəmməd, Məlik Əfzəl Nurəddin Əli, Məlik Adil Əbubəkr, Məlik 

Saleh,  Məlik  Nəcməddin  Əyyub,  Məlik  Müəzzəm  Turanşah;  həmən  ölkələrdə 

onların hökmranlığı 81 il olmuşdur

166


 

Belə deyirlər ki, Əyyubilər adlanan Misir sultanlarının əcdadı kürd qəhrə-



manlarından Şadi adlı birisi imiş. (O), Sultan Məsud Səlcuqinin

167


 

vaxtında Tikrit 

qalasının

168


 

komendantı təyin edildi və öldükdən sonra şərəfli oğlanları Nəcməddin 

Əyyub  və  Əsədəddin  Şirkuh  o işi icra  etdilər, ta  o  vaxta qədər ki,  Əsədəddin bir 

nəfəri öldürdü və orada qalmağı məsləhət bilməyib Nurəddin Mahmud ibn İmadəd-

din Zəngiyə

169


 

pənah apardılar və şahın sevimlisi və qoşunun başçısı oldular. 

 

Misir  İsmaili  dövləti  zəifləməyə  başlayanda  o  zaman  Misir  hüdudlarına 



basqın  edən  türklərin  təhlükəsini  dəf  etmək  üçün  Nurəddin  Mahmuddan  kömək 

istədi  və  o,  dəfələrlə  Əsədəddini  müzəffər  qoşunla  köməyə  göndərdi.  Əsədəddin 

axırıncı dəfə Azid İsmailinin

170


 

vəziri Şaburu (Şapuru) öldürdü və yerinə keçdi. İki 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

28 



 

aydan  sonra  o  da  axirət  dünyasına  köçdü.  Qardaşı  oğlu  Səlahəddin  Yusif  ibn 

Nəcməddin Əyyub onu əvəz etdi və 567-ci ildə (4.IX.1171 

– 

22.VIII.1172) Azidin 



ölümündən  sonra  bütün  Misirin  və  onun  ətrafının  valisi  oldu,  başqa  iddiaçıları 

aradan götürdü. Nurəddin Mahmud Zəngidən xahiş edib atası Nəcməddin Əyyubu 

Misirə  gətirdi.  Nəcməddin  Əyyub  Yaqub  kimi  hicran  çəkmiş  gözlərini  Misirdə 

sultanlıq  edən  əziz  Yusifin  görüşü  ilə  işıqlandırdı

171

.  (Səlahəddin)  atasının  məslə-



hətinə görə, Nurəddin Mahmud Zəngiyə xidmət yolundan çıxmırdı, Nurəddin də o 

torpaqları ona güzəştə getdi. 

 

Səlahəddin cahangirlik qılıncını  sıyırıb az bir  müddətdə o  vilayəti din  və 



dövlət  düşmənlərindən  təmizlədi.  O  qədər  səxavətli  idi  ki,  səltənətin  genişliyinə, 

məmləkətin  böyüklüyünə  və  qənimətlərin  bolluğuna  baxmayaraq,  589-cu  il  səfər 

ayının  7-də  (12.II.1193)  səhər  keçinərkən,  onun  xəzinəsində  47  dirhəmdən  artıq 

pul yox idi. 

 

Deyirlər, Azidin xəzinəsindən Səlahəddin Yusifin əlinə keçən qiymətli şey 



bir zümrüd əsa və gözəl xətlə, yazılmış yüz min nüsxə nəfis kitab olub. 

 

Misir,  Şam  və  Yəmən  yüz  ilə  yaxın  Əyyubilərin  hakimiyyəti  altında 



olmuşdur  və  onların  çoxu  gizli  sultanlıq  xalatı  geymişlər.  Axırı  662-ci  ildə 

(4.XI.1263 

– 

23.X.1264) süqut edib qulamlara çevrildilər və 923-cü ildə (24.I.1517 



– 

12.I.1518) Rum padşahı Sultan Səlim onların sonuncusu olan Qansuhu

172

 

məğlub 



etdi və o məmləkət rumluların (osmanlıların) əlinə keçdi. 

 

LUR TAYFALARI HAQQINDA 

 

Luristan təxminən 300-cü ildə (18.VIII.912 



– 

7.VIII. 913) o diyarın haki-

mi olmuş iki qardaşın adı ilə iki hissəyə bölünmüşdür: Bədr 

– 

Böyük Lurun valisi, 



Mənsur 

– 

Kiçik Lurun valisi. Uzun müddət Luristanın hakimliyi onların əlində idi. 



 

Onların böyük padşahı Nəsirüddövlə ibn Mərvan

173

; əlli iki il Cəzirə



174

 

və 



Diyarbəkrdə sultanlıq etmiş və 453-cü ildə (26.I.1061 

– 

14.I.1062) vəfat etmişdir. 



Ondan sonra övladları Nəsr, Səid və Mənsur o diyarda hakimlik etmişlər

175


 

Və onların böyük əmirlərindən biri Bitlis



176

 

padşahı Şərəfəddin xanın oğlu 



Şəmsəddin xandır

177


 

Kiçik  əmirlərdən  (biri)  Hası  bəy  Dünbülidir  ki,  Xoyda  İskəndər  paşa  ilə 



vuruşda həlak oldu

178




 

 


vivo 

TARİX-İ QEZELBAŞAN 

 

29 



 

İKİNCİ HİSSƏ 

SOL TƏRƏFDƏ (CİNAHDA) OLAN TAYFALAR HAQQINDA 

 

Ustaclu (tayfası) 

 

Onlar  I  Şah  İsmayılın  zühurunun  əvvəllərində  Ərzincan  yaxınlığında  öz 



köçləri ilə xoşbəxt orduya qoşuldular. Onların böyük əmirləri çoxdur. O cümlədən: 

 

Xan Məhəmməd yeddi il I Şah İsmayılın adından Diyarbəkr hakimi idi, az 



bir qoşunla dəfələrlə zülqədr ordularını məğlub etmişdi və 920-ci ildə (26.II.1514 

14.II.1515) Çaldıran döyüşündə həlak oldu. 



 

Onun  qardaşı  Qara  xan  ondan  sonra  Diyarbəkr  əmir  əl-ümərası  oldu  və 

922-ci  ildə  (5.II.1516 

– 

23.I.1517)  Mardin  (yaxınlığındakı)  Qoruqtəpədə  «Bığlı 



Çavuş» adı ilə məşhur olan Mustafa paşa ilə döyüşdə öldürüldü

179


 

Bu  tayfanın  böyük  əmirlərindən  biri  Çayan  Sultandır



180

  ki,  Hüseyn  bəy 

Lələ çıxarıldıqdan sonra I  Şah İsmayılın  əmir əl-ümərası oldu və 930-cu ildə (10. 

XI.1523 


– 

28.X.1524) vəfat etdi. 

 

Onun  qardaşı  Köpək  Sultan  vəkillik  mənsəbi  üstündə  Div  Sultan  Rumlu 



ilə vuruşub 933-cü ildə (8.X.1526 

– 

26.IX.1527) Şəhrurda (Şərurda) öldürüldü



181

 



Bu  tayfanın  böyük  əmirlərindən  biri  I  Şah  İsmayılın  bacısı  oğlu  və  Şah 

Təhmasibin bacısının əri Abdulla xandır. Çuhə Sultanın ölümündən sonra Hüseyn 

xan  Şamlu  ilə  şərikli  Şah  Təhmasibin  əmir  əl-ümərası  oldu,  sonra  isə  Şirvan 

hakimi oldu  və az bir qoşunla Qasım bəy Şirvanini

182

  məğlub etdi  və 974-cü ildə 



(19.VII.1566 

– 

7.VII.1567) dünyadan köçdü. (O), siyasətcillikdə şahın bütün əmir-



lərindən seçilirdi. 

 

Başqa  biri  Məntəşa  Sultandır  ki,  Şah  Təhmasib  zamanında  Azərbaycan 



əmir əl-ümərası idi və Şah Təhmasib ona «lələ» deyə müraciət edirdi. 953-cü ildə 

(4.III.1546 

20.II.1547) qəflətən vəfat etdi. 



 

Başqa  biri  Bədr  xandır  ki,  Şah  Təhmasibin  divanbəyi  idi,  Şahqulu 

Xəlifədən sonra qoşunun sərdarı oldu və Astrabad yaxınlığında özbək Əli Sultanla 

vuruşub əsir düşdü

183

. Axırda o bəladan (əsirlikdən) xilas oldu və Qəzvin şəhərinə 



gəldi. Amma (şahın) kimiya təsirli nəzərini cəlb etmədi, ona görə çox məyus oldu 

və elə o dövrdə vəfat etdi. 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə