TariX-İ qezelbaşAN



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/17
tarix15.03.2018
ölçüsü0,53 Mb.
#32248
1   ...   9   10   11   12   13   14   15   16   17

vivo 

TARİX-İ QEZELBAŞAN 

 

46 



 

 

122.

 

Ərciş 



– V

an gölünün şimalında yerləşən şəhər-qala. 



 

123.

 

Cəlairilər sülaləsinin dördüncü hökmdarı Sultan Əhməd Cəlair (1382 



– 

1410). 


 

124.

 

Teymurləng 1405-ci ilin fevralında vəfat etmişdi. 



 

125.

 

Teymurləngin nəvəsi nəzərdə tutulur. 



 

126.

 

Teymurləngin  oğlu  Miranşah  oğlanları  Mirza  Əbubəkr  və  Mirza 



Ömərlə birlikdə Azərbaycanda və Qərbi İranda hakim olmağa çalışırdı. 

 

127.

 

«Biz sənə  fəth verdik!» 



– 

Qur'anın 48-ci  «Əl-fəth» surəsinin birinci 

ayəsi nəzərdə tutulur. 

 

128.

 

Ucan (Uçan) 



– 

Təbrizdən cənub-şərqdə yerləşən şəhər. 



 

129.

 

Sultan Əhməd Cəlair Pirbudağı oğulluğa götürdüyü üçün o hakimiy-



yətin qanuni varisi sayılırdı. Pirbudaq 1418-ci ildə vəfat etmişdi. 

 

130.

 

Baba  Hacı  Hüseyn  Həmədani  Həmədan  hakimi  idi  və  müstəqilliyə 



can  atırdı.  1443-cü  ildə  Şahruxun  nəvəsi  Sultan  Məhəmməd  tərəfindən  məğlub 

edilmiş və öldürülmüşdü. 



 

131.

 

Əbu Səid (Busat) 1431-ci ildə öldürülmüşdü. 



 

132.

 

Ələşkerd şəhəri Türkiyənin şimalında, Ərzrumdan qərbdə yerləşir. 



 

133.

 

Sürməlu dedikdə indiki İqdır nəzərdə tutulur. 



 

134.

 

İskəndər 1439-cu ildə öldürülmüşdü. 



 

135.

 

İsfahan bəyin oğlunun adı Fulad idi, Cahanşah Bağdadı ondan alıb öz 



oğlu Məhəmmədi Mirzaya vermişdi. 

 

136.

 

Şahruxun nəvəsi nəzərdə tutulur. 



 

137.

 

1458-ci ildə bağlanmış bu sülh tərəflər arasında hərbi ittifaq nəzərdə 



tutur,  Şərqi  İranda  yerləşən  Dəşti-Kəvir  səhrasını  iki  məmləkətin  sərhəddi  müəy-

yən edirdi. 



 

138.

 

Burada yəqin ki, Maku olmalıdır. 



 

139.

 

Bu  cümlə  əbcəd  hesabı  ilə  hicri  865-ci  ili  (17.X.1460 



– 

5.X.1461) 

göstərir. 

 

140.

 

Mardin 



– 

Anadolunun cənubunda, Diyarbəkrdən cənub-şərqdə yerlə-

şən şəhər. 

 

141.

 

Qaraqoyunlu sülaləsinin hakimiyyəti 1410 



– 

1468-ci illəri əhatə edir. 



 

142.

 

Orijinalda bu yerdə səhvən «Ağqoyunlu» getmişdir. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

47 



 

 

143.

 

Təvaçi 



– 

hərbi vəzifələrdən biri idi. Təvaçilik mənsəbində olan əmir 

bu və ya digər döyüş ərəfəsində əyalətlərə gəlib qüvvə toplayır, onların fəaliyyətini 

əlaqələndirir, qoşunları lazımi yerə müşayiət edirdi. 



 

144.

 

Səncəq yaxınlığındakı döyüş 1468-ci ildə Uzun Həsənlə Cahanşah 



arasında olmuşdu. 

 

145.

 

Söhbət  1473-cü  ildə  Tərcan  yaxınlığında  Uzun  Həsənlə  Sultan 



Məhəmməd Fateh (1451 

– 

1481) arasında baş vermiş döyüşdən gedir. Bu döyüşdə 



ağqoyunlular ağır məğlubiyyətə uğramışdılar. 

 

146.

 

Vorucerd  (Borucerd) 



– 

Həmədandan  cənub-şərqdə  yerləşən  şəhər. 

Nəhavənd Kirmanşahdan 130 km şərqdə yerləşir. 

 

147.

 

Bu hadisə 1457-ci ildə baş vermişdi. 



 

148.

 

Bu şəhərin harada yerləşdiyini müəyyənləşdirmək mümkün olmadı. 



 

149.

 

Lur-i kuçek 



– 

Luristanın şimal-qərb hissəsi bu cür adlanırdı. 



 

150.

 

Söhbət  Hindistan  Moğollar  dövlətinin  məşhur  sərkərdəsi,  şair  və 



dövlət xadimi Bayram xandan (1504 

– 

1561) gedir. 



 

151.

 

Baburun oğlu Humayun padşah Moğollar dövlətinin ikinci hökmdarı 



idi (hakimiyyət illəri: 1530—1556). 

 

152.

 

Cəlaləddin Əkbər Şah 1556 



– 

1605-ci illərdə hökmdarlıq etmişdir. 



 

153.

 

Bayram xanın oğlunun adı Babarəhim idi. O, həm də şair olmuş, üç 



dildə (türk, fars, hind) şerlər yazmışdır. 

 

154.

 

Sultan Hüseyn Mirza I Şah İsmayılın nəvəsi (Bəhram Mirzanın oğlu) 



idi. O, Qəndəhar hakimi olmuş, 1576-cı ildə vəfat etmişdir. 

 

155.

 

Dəkən  dedikdə,  Hindistan  yarımadasının  cənubundakı  torpaqlar 



nəzərdə tutulur. 

 

156.

 

Şirvanşah I İbrahim (1382 



– 

1417) nəzərdə tutulur. 1412-ci ildə baş 

vermiş  həmin  döyüşdə  Şirvanşah  məğlub  olub  əsir  düşmüş,  bir  müddət  Təbrizdə 

saxlandıqdan sonra Qara Yusifin vassalı olmaq şərti ilə azad edilmişdi. 



 

157.

 

Bu döyüş 1421-ci il iyulun 28-də Qara Yusifin oğlu Qara İskəndərlə 



Şahrux arasında baş vermiş, birincinin məğlubiyyəti ilə nəticələnmişdi. 

 

158.

 

I Şah Abbasın hakimiyyəti 1587 



– 

1629-cu illəri əhatə edir. 



 

159.

 

1598-ci  ildə  özbəklər  yenidən  hücum  edib  Xorasanı  tutmuşdular.  I 



Şah  Abbas Fərhad xanı onlara qarşı göndərmiş, lakin o, qorxaqlıq göstərib döyüş 

meydanından  qaçmışdı.  Belə  olduqda  şah  özü  böyük  qoşunla  Xorasana  getmiş, 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

48 



 

özbəkləri ağır məğlubiyyətə uğratmışdı. Bu qələbədən sonra o, Fərhad xanı bağış-

lamış və Herat hakimi təyin etmişdi. Lakin Fərhad xan bu vəzifədən imtina etmiş, 

nəticədə  şahın  qəzəbinə  düçar  olmuşdu.  Heratın  hakimliyi  Hüseyn  xan  Şamluya 

tapşırılmışdı. 

 

160.

 

«Fəth-e heri şod» («Herat fəth edildi») əbcəd hesabı ilə 1007-ci ili 



(1598 

– 15


99) göstərir. 

 

161.

 

Hüseyn Kiya Çəlavi Firuzguh hakimi idi. 



 

162.

 

Qaraca  İlyas  Bayburtlu  1500-cü  ildə  I  Şah  İsmayıl  Ərzincana 



gedərkən ona qoşulmuşdu. 

 

163.

 

Xaf əyaləti şərqi İranda 



– 

Kuhistanda yerləşir. 



 

164.

 

Xəlifə Ənsar uzun müddət Qaradağ hakimi, sonra isə Şirvan bəylər-



bəyi olmuş, 1582-ci ildə ölmüşdü. 

 

165.

 

Əyyubilər sülaləsinin banisi Məlik Nasir Səlahəddin Yusif (1169 



– 

 

1193). 



 

166.

 

Əyyubilər sülaləsi 1171-ci  ildən 1250-ci  ilə  qədər Misir, Yəmən  və 



Suriyada hökmranlıq etmişdir. 

 

167.

 

Rum səlcuqilərindən olan Sultan Rüknəddin Məsud 1116 



– 

1156-cı 


illərdə hakimiyyətdə olmuşdur. 

 

168.

 

Tikrit 



– 

Dəclə  çayının  qərb  sahilində,  Samirədən  şimalda  yerləşən 

şəhər-qala. 

 

169.

 

Dəməşq  və  Hələbdə  hökmranlıq  etmiş  Zəngilər  sülaləsindən  olan 



Nurəddin Mahmud ibn İmadəddin Zəngi (1164 

– 

1174) nəzərdə tutulur. 



 

170.

 

Sonuncu  Fatimi  xəlifəsi  olan  əl-Azid  1171-ci  il  sentyabrın  4-də 



devrilmişdir. 

 

171.

 

Burada məşhur Yusif əfsanəsinə işarə olunur. 



 

172.

 

Burada artıq Əyyubilərdən sonra Misir və Suriyada hökmranlıq etmiş 



məmlüklərdən söhbət gedir. 1516-cı il avqustun 24-də Hələb yaxınlığındakı döyüş-

də  I  Sultan  Səlim  sonuncu  məmlük  sultanı  əl-Əşrəf  Qansuh  əl-Qurini  (1501 

– 

1516) məğlub etdi. Bunun ardınca o, Suriya və Misiri tutdu və onlar paşalıq kimi 



Osmanlı imperiyasının tərkibinə daxil oldular. 

 

173.

 

Mərvanilər sülaləsinin dördüncü və ən böyük hökmdarı Nəsrüddövlə 



Əhməd ibn Mərvan (1011 

– 

1061) nəzərdə tutulur. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

49 



 

 

174.

 

Cəzirə 



– 

Dəclə  çayının  sağ  sahilində,  Diyarbəkrdən  cənub-şərqdə 

yerləşən şəhər. 

 

175.

 

Mərvanilərin torpaqları 1085-ci ildə səlcuq imperiyasına qatılmışdır. 



 

176.

 

Bitlis 



– 

Van gölündən cənub-qərbdə yerləşən şəhər və əyalət. 



 

177.

 

Şəmsəddin  xan  məlum  tarixçi,  «Şərəfnamə»  əsərinin  müəllifi  Şərəf 



xan  Bitlisinin  atasıdır.  Şəmsəddin  xanın  atası  Əmir  Şərəf  uzun  müddət  (1485 

– 

1533)  Bitlis  hakimi  olmuşdur.  Onun  ölümündən  az  sonra  Şəmsəddin  xan  İrana 



gəlmiş, müxtəlif vilayətlərdə yaşamış və 1576-cı ildə Qəzvində vəfat etmişdir. 

 

178.

 

Ərzrum hakimi İskəndər paşanın Xoya hücumu 1552-ci ilin əvvəllə-



rində olmuşdu. 

 

179.

 

Çaldıran döyüşündən sonra Diyarbəkr osmanlıların əlinə keçmişdi. I 



Şah  İsmayıl da  Qara  xanı  şəhəri geri almaq üçün  göndərmişdi.  O, Diyarbəkri bir 

ildən  artıq  mühasirədə  saxlasa  da,  tuta  bilmədi.  Trabzon  hakimi  Bıyıklı  Məhəm-

məd  paşa  (Mustafa  paşa  Bığlı  Çavuş)  başda  olmaqla  osmanlıların  hücumundan 

sonra Qara xan Mardinə tərəf çəkilmiş və orada qəti döyüşdə məğlub olmuşdu. 



 

180.

 

Əsl adı Məhəmməd bəy idi. 



 

181.

 

Köpək Sultanın əsl adı Mustafa Sultan idi. Şərur döyüşü 1527-ci il 



iyunun 30-da olmuşdu. 

 

182.

 

Qasım  bəy  Şirvanşahlar  nəslindən  idi,  İstambula  pənah  aparmışdı. 



1554-cü ildə I Sultan Süleyman Azərbaycana hücum edərkən, onu Şirvanı tutmağa 

göndərmişdi.  Şirvanlıların  xeyli  hissəsi  onun  tərəfinə  keçmişdi.  Lakin  Gülüstan 

qalası  yaxınlığındakı  döyüşdə  Abdulla  xanın  başçılıq  etdiyi  qızılbaşlar  Qasım 

bəyin qoşununu darmadağın etmişdi. 

 

183.

 

Bu hadisə 1556/57-ci ildə olmuşdu. 



 

184.

 

Gələcək II Şah İsmayıl (1576 



– 

1577) nəzərdə tutulur. 



 

185.

 

Şahqulu  Sultan  Ustaclu  1567/68-ci  ildə  Türkiyəyə  səfir  göndəril-



mişdi. 

 

186.

 

Məhəmməd xan Toxmaq uzun illər Çuxursəd hakimi olmuş, osmanlı-



larla çoxlu döyüşlər etmişdi; o cümlədən, 1578-ci ildə baş vermiş Çıldır döyüşünün 

əsas iştirakçılarından olmuşdu. 



 

187.

 

Cam  (Kuhistanın  şimal-şərq  hissəsində  yerləşən  yaşayış  məntəqəsi) 



yaxınlığındakı döyüş özbəklərlə qızılbaşlar arasında olmuş ən böyük döyüşlərdən 

biri idi. Qızılbaşlara Şah Təhmasib özü başçılıq edirdi. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

50 



 

 

188.

 

Kəsib 



– 

türk  sözü  olan  bu  kəlmənin  mənası  «qənimət»,  «qarət 

edilmiş mal» deməkdir. 

 

189.

 

Təhmasibdən sonra Ģah olmaq uğrunda onun oğlanları Heydər Mirza 



və 

Ġsmayıl Mirza arasında gedən mübarizədə ustaclu tayfası birincini müdafiə edirdi. 

Buna görə Ġsmayıl taxta çıxdıqdan sonra həm paytaxtda, həm də vilayətlərdə 

ustaclu əmirləri sıxıĢdırılmağa baĢladı. Heratda digər tayfaların (əfĢar, Ģamlu və 

s.) 

nümayəndələri qiyam qaldırıb ġahqulu Sultanı öldürdülər və Əliqulu xan ġamlu 



Herat hakimi oldu. 

 

190.

 

Şah Təhmasib 1576-cı il mayın 14-də vəfat etmişdi. 



 

191.

 

Türbət 



– 

Xorasanda,  Məşhəddən  cənubda  yerləşən  Türbəti  Heydəri 

qalası nəzərdə tutulur. 

 

192.

 

Bu hadisə 1586-cı ilin yazında olmuşdu. Əliqulu xan Şamlu o zaman 



taxta  ən  real  namizəd  olan  Abbas  Mirzanın  lələsi  idi.  Mürşüdqulu  xan  Abbas 

Mirzanı ələ keçirməklə gələcək hakimiyyəti özü üçün təmin etmiş olurdu. Cunabad 

yaxınlığında baş vermiş döyüşdə ustaclu əsgərləri Abbas Mirzanı tutub Mürşüdqu-

lu xanın yanına aparmışdılar. 



 

193.

 

Bu  hadisə  1587-ci  ilin  axırında  özbəklərin  Heratı  tutub  Əliqulu  xan 



Şamlunu öldürməsindən sonra olmuşdu. Mürşüdqulu xanı gecə yuxuda ikən öldür-

müşdülər. 



 

194.

 

Əlbistan 



– 

Türkiyənin cənubunda, Ceyhan çayının sahilində yerləşən 

şəhər və vilayət; Mərəş 

– 

Türkiyə ilə Suriya sərhəddi yaxınlığında yerləşən şəhər 



və vilayət. 

 

195.

 

Sonuncu  Zülqədr  hakimi  olan  Əlaüddövlə  bir  tərəfdən  Səfəvilərin, 



digər  tərəfdən  isə  osmanlıların  təzyiqi  qarşısında  qalmışdı.  Yalnız  Çaldıran  döyü-

şündən sonra 

– 

1515-ci ilin yazında Sultan Səlim onun torpaqlarını zəbt etdi. 



 

196.

 

Rumeli dedikdə, Türkiyənin Avropa hissəsi nəzərdə tutulur. 



 

197.

 

Möhrdar 



– ş

ahın xüsusi möhürünü qoruyan əmir belə adlanırdı. Onun 

ən mühüm sənədlərə vurduğu möhür şahın imzası sayılırdı. 

 

198.

 

Şahrux  xan  Zülqədr  1585/86-cı  ildə  Təbrizdə  osmanlılarla  döyüşdə 



yaralanıb əsir düşmüşdü. 


vivo 

TARİX-İ QEZELBAŞAN 

 

51 



 

 

199.

 

Söhbət 1585 



– 

1586-cı illərdə baş vermiş türkman və təkəlu tayfaları-

nın birgə qiyamından gedir. Qiyam 1585-ci ilin mayında ustaclu və Şamlu əmirlə-

rinin  təhriki  ilə  Azərbaycan  bəylərbəyi  Əmir  xan  Türkmanın  Sultan  Məhəmməd 

Xudabəndənin  oğlu  Həmzə  Mirza  tərəfindən  həbs  edilib  öldürülməsindən  sonra 

başlandı.  Qiyama  Kaşan  hakimi  Məhəmməd  xan  Türkman  və  Həmədan  hakimi 

Vəli  xan  Təkəlu  başçılıq  edirdi.  Az  sonra  Fars  hakimi  Ümmət  xan  Zülqədr  də 

onlara  qoşuldu.  Qiyamçılar  Həmzə  Mirzanın  kiçik  qardaşı  Təhmasib  Mirzanı 

Təbrizdən  oğurlayıb  Qəzvinə  getmiş  və  onu  şahın  vəliəhdi  elan  etmişdilər.  Nəha-

yət, Həmzə Mirza onların  üstünə  yeriyib Qəzvin  yaxınlığında qiyamçıları  məğlub 

etmişdi. 

 

200.

 

İstəxr qalası Şirazdan şimal-şərqdə yerləşirdi. 



 

201.

 

Bu hadisə 1589/90-cı ildə olmuşdu. 



 

202.

 

Azərbaycan  Atabəylər  dövlətinin  banisi  Şəmsəddin  Eldənizin  (1136 



– 

1175) oğlu Nüsrətəddin Əbu Cəfər Məhəmməd Cahan Pəhləvan (1175 

– 

1186) 


nəzərdə tutulur. 

 

203.

 

Kuhkiluye 



– 

Fars vilayətinin şimal-qərb hissəsi belə adlanırdı. 



 

204.

 

Sevindik  bəy  Əfşar  23  il  qorçibaşı  olmuş,  1561/62-ci  ildə  vəfat 



etmişdi. 

 

205.

 

Fərah 



– 

müasir Əfqanıstanda, Heratdan cənubda yerləşən şəhər. 



 

206.

 

Son dərəcə böyük nüfuza malik olan Qulu Sultan Əfşar Həmzə Mirza 



ilə ciddi ixtilaf nəticəsində və ölüm təhlükəsi qarşısında 1585/86-cı ildə Təbrizdə 

osmanlıların tərəfinə keçmişdi. 



 

207.

 

Xacə  İxtiyarəddin  Əbdülqadir  Kermanın  ən  iri  mülkədarlarından 



olmuşdur. Ağa Kəmali Kerman bəylərbəyinin vəziri idi. 

 

208.

 

Əmir Qiyasəddin dövrün ən nüfuzlu ruhanilərindən idi. Uzun müddət 



sədr vəzifəsini icra etmişdi. Yəzd onun tiyulu idi. 

 

209.

 

Əhəristan 



– 

Yəzddən 3 km cənubda yerləşən kənd. 



 

210.

 

İsfizar şəhəri Heratdan cənubda, Ğur vilayəti isə Heratdan şərqdə yer-



ləşir. 

 

211.

 

Bu hadisə 1589/90-cı ildə olmuşdu. 



 

212.

 

Tun 



– ş

ərqi İranda, Xorasanın cənub-qərb hissəsində yerləşir. Cuna-

bad (Cunabad, Qunabad) 

– 

Tundan şimal-şərqdə, Kuhistanda yerləşən şəhərdir. 



 

213.

 

Təbəs 



– 

İranın şərqində yerləşən şəhər. 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

52 



 

 

214.

 

Axtarma 



– 

axtarış yolu ilə əldə edilən qənimət deməkdir. 



 

215

. 

Kazerun 


– 

Fars vilayətində yerləşən iri şəhər. 



 

216.

 

Şuştər 



– 

İranın cənub-qərbində, Əhvazdan şimalda yerləşən şəhər. 



 

217.

 

Səmiran 



– 

hazırda Həmədan ətrafında yerləşən kənddir. 



 

218.

 

Dehdəşt 



– 

Behbehan şəhərindən 41 km şimal-şərqdə yerləşən kənd. 



 

219.

 

«Tozqoparan» ləqəbi ilə məşhur olan Piri bəy Qacar I Şah İsmayılın 



yaxın silahdaşlarından idi. O, 1501-ci ildə Əlvənd Ağqoyunlunun əmiri Osman bəy 

Mosullunu, 1503-cü ildə isə Sultan Murad Ağqoyunlu ilə döyüşdə onun tərəfində 

vuruşan Qum hakimi Əsilməz bəyi məğlub etmişdi. 

 

220.

 

Şahverdi Sultan Ziyadoğlu Qarabağ bəylərbəyi idi. Ləvasan 



– 

Kartli 


hökmdarı Luarsab (1534 

– 

1558); Simaon 



– o

nun oğlu Simon (1558 

– 

1560). Qor-



kin dedikdə, yəqin ki, Tiflis hakimi Georgi Dadiani (1548 

– 

1582) nəzərdə tutulur. 



 

221.

 

Bargiri 



– 

Türkiyənin şərqində, Vandan 77 km şimal-şərqdə yerləşən 

şəhər. 

 

222. 1537-ci ildə ġah Təhmasib Qəndəharı almış və Budaq xanı ora hakim 

təyin etmişdi. Lakin o biri ildə Baburun oğlu Kamran Mirza Qəndəharı tutmuşdu. 

Bundan sonra Qəndəhar əldən-ələ keçirdi. 

 

223.

 

Naşir  yazır  ki,  «yaxa»,  görünür,  «tayfa»,  «el»,  «qəbilə»  mənasında-



dır. Bəzi müəlliflər «yaxa» sözünü türkmən tayfasının xüsusi adı kimi götürürlər. 

Bizcə, Astrabad ətrafında yaşayan bu tayfanın adı bütöv şəkildə «Yaxa-Türkman» 

kimi oxunmalıdır. 

 

224.

 

Şah İsmayıl taxta çıxdıqdan sonra Qarabağın əmir əl-ümərası və Gən-



cə hakimi Yusif Xəlifə öldürülmüş, yerinə İmamqulu xan Qacar təyin edilmişdi. 

 

 




vivo 

TARİX-İ QEZELBAŞAN 

 

53 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Nəşriyyatın baş direktoru Ş. Cəfərov. 



 

 

 



Buraxılışa məsul V. Qardaşlı. 

 

 



 

Elmi redaktoru Z. Bünyadov 

 

 

 



Rəssamı Ə. Dadaşov. 

 

 



 

Texniki redaktoru E. Tağıyeva. 

 

 

Çapa imzalanmış 22.07.93. Kağız formatı 84X108



1

/

32 



Şərti çap vərəqi 2,52. Uçot-nəşr vərəqi 2,5. Tirajı 15.000. Sifariş 1083. 

«Azərbaycan» nəşriyyatı. 



370146, Bakı, Mətbuat prospekti, 529-cu məhəllə.

 

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə