Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

 85
Әhmәd ibn әbu  әl-Hәvavi deyib: “Kim Sünnәyә uyma-
dan bir әmәl işlәyәrsә, etdiyi puça çıxar”
1

Demәli, fәqihlәr kimi, mәnәviyyat mürәbbilәri vә dәvәt-
çilәr dә Sünnәyә möhtacdırlar.  
Peyğәmbәrin sünnәsindә daş qәlblәri yumşaldacaq, yat-
mış qeyrәtlәri oyadacaq, qafil ağılları xәbәrdar edәcәk nurlu tә-
limatlar, tutarlı  dәlillәr, saysız hikmәtlәr, mәnalı  kәlamlar, tә-
sirli öyüdlәr, ibrәtamiz mәsәllәr, mәqsәdyönlü hekayәlәr, müx-
tәlif  әmr vә qadağalar, axirәt mükafatı ilә müjdәlәmә  (vəd) vә 
axirәt cәzası ilә  hәdәlәmә  (vəid), rәğbәtlәndirmә  vә qorxutma 
vardır.  
Sünnә insanın ağlına, qәlbinә, vicdanına müraciәtdә Qu-
ranın göstәrişlәrindәn kәnara çıxmır.  
Sünnә  hәrtәrәfli müsәlman  şәxsiyyәtinin formalaşması-
na kömәk edir. O, insana iti ağıl, tәmiz qәlb, sarsılmaz  әzm, 
qüvvәtli bәdәn bәxş edir. 
Müvәffәqiyyәtli dәvәtçi vә mәnәviyyat mürәbbilәri üçün 
Sünnә kitabları tükәnmәz sәrvәtdir. Onlar bu kitablardan azu-
qәlәrini toplayar, tuluqlarını doldurarlar. Dәvәt vә mәnәvi tәr-
biyә üçün әsas mәhsul Quranla yanaşı, hәm dә Sünnәdәn tәda-
rük edilir. 
Hәr  şeydәn qabaq dәvәtçilәr  İmam Buxari vә  İmam 
Müslimin eyniadlı “Came әs-Sәhih” (Sәhih hәdislәri toplayan 
kitab) hәdis toplularından istifadә etmәlidirlәr. Çünki bu ki-
tabların mötәbәrliyi ümmәtin nәzәrindә yekdilliklә  qәbul olu-
nub. Onlardakı cüzi sayda hәdislәr tәnqid edilib ki, bu da әk-
sәrәn formal vә texniki mәsәlәlәrlә әlaqәlidir.  
Habelә, dәvәtçilәr: 
1. Dörd “Sünәn” (hәdislәr) kitabından (bunlara Әbu Da-
vudun “Sünәn Әbu Davud” (Әbu Davudun “Hәdislәr” kitabı), 
                                                 
1
 İbn Qәyyim. Mәdaric әs-Salikin, cild II, sәh. 464-465. Habelә, bax: Yusif әl-
Qәrdavi. Sünnәnin öyrәnilmәsinә giriş, sәh. 63-66. 


 86
İbn Macәnin “Sünәn  İbn Macә” (İbn Macәnin “Hәdislәr” ki-
tabı), Nәsainin “Sünәn  әn-Nәsai” (Nәsainin “Hәdislәr” kitabı) 
vә Tirmizinin “Sünәn әt-Tirmizi” (Tirmizinin “Hәdislәr” kitabı) 
kitabları daxildir);  
2. İmam Malikin “Müvәtta” (Asanlaşdırılmış hәdislәr); 
3. İmam Әhmәdin “Müsnәd” (İstinad olunan hәdislәr); 
4. Dariminin “Sünәn  әd-Darimi” (Dariminin “Hәdislәr” 
kitabı);  
5. İbn Xüzeymәnin “Sәhih”; 
6. Hakimin “әl-Müstәdrәk”; 
7. İbn Hibbanın “Sәhih” (sәhih hәdislәr); 
8. Әbu Yә`la vә Bәzzarın eyniadlı “Müsnәd”; 
9. Tәbәraninin “әl-Möcәm әl-Kәbir”, әl-Möcәm әs-Sәğir” 
vә “әl-Möcәm әl-Övsәt” (Böyük, orta vә kiçik izahlı lüğәtlәr); 
10. Beyhәqinin “Şüәb әl-İman” (İmanın dәrәcәlәri) vә di-
gәr kitablardan istifadә etmәlidirlәr. Hәdis hafizlәri vә  tәnqid-
çilәri bu mәnbәlәrdәki hәdislәrin sәhih vә ya “hәsәn” olduğunu 
bildirmişlәr.  
Dәvәtçilәr bir çox xәtib vә mürşidin sәrmayәsinә çevril-
miş – çox tәәssüf! – uydurma (mövzu) vә “münkәr” (“zәif” hә-
dis növlәrindәndir) hәdislәrә bel bağlamamalıdırlar.   
Allahın lütfüdür ki, bir sıra  әsas hәdis kitabları  tәdqiq 
edilәrәk nәşr olunub. Mәsәlәn: 
-  İmam Malikin “Müvәtta”,  İmam Müslimin “Came әs-
Sәhih”, İbn Macәnin “Sünәn” hәdis kitabları mәrhum alim Mә-
hәmmәd Fuad Әbdülbaqi tәrәfindәn araşdırılaraq rәqәmlәn-
miş, fehristlәri (kataloq göstәricisi) çıxarılaraq yenidәn çap edil-
mişdir;  
-  Әbu Davud vә Tirmizinin eyniadlı “Sünәn” hәdis ki-
tabları qardaşımız, professor İzzәt Übeyd әd-Dәas tәrәfindәn 
araşdırılaraq rәqәmlәnmiş, fehristlәri (kataloq göstәricisi) çıxa-
rılaraq yenidәn çapa verilmişdir;  


 87
- Böyük alim Şeyx Әbdülfәttah әbu Qüddә (Allah rәhmәt 
etsin!) Nәsainin “Sünәn” kitabını xüsusi şәkildә araşdırmış, onu 
hәdis sözlәrinin soraq kitabına – fehristә uyğun olaraq rәqәmlә-
mişdir. 
Tәqdirәlayiq әn böyük iş isә bu vә ya digәr kitabdakı hә-
dislәrin istinad vә  sәhihliyini yenidәn müәyyәnlәşdirmәkdir, 
hәdislәrin dәrәcәlәrini göstәrib sәhihini “zәif”indәn fәrqlәndir-
mәkdir. Belә ki:  
- Hәdisşünas alim Şeyx Nasirәddin әl-Әlbani bu sahәdә 
böyük işlәr görmüşdür. Belә ki, onun “Sәhih İbn Macә” “Sәhih 
әt-Tirmizi” vә “Sәhih әn-Nәsai” adlı tәdqiqatları artıq çap olu-
nub. O, sözügedәn hәdis alimlәrinin kitablarındakı bütün hә-
dislәrin istinad vә  sәhihliklәrini yenidәn araşdırmışdır.  Şeyx 
Әlbaninin “Sәhih Әbu Davud” kitabı da çap edilmәk üzrәdir
1
.  
- Şeyx Şüeyb әl-Әrnaut da “Sәhih İbn Hibban” adlı tәd-
qiqat işini artıq başa çatdırıb
2

- “Sәhih  İbn Xüzeymә” kitabı da işıq üzü görüb. Kitabı 
professor Mәhәmmәd Mustafa әl-Әzәmi tәdqiq edib. Şeyx  Әl-
bani dә ondakı hәdislәrin istinad vә sәhihliklәrini yenidәn araş-
dırıb.  
-  İmam  Әhmәdin “Müsnәd” kitabı böyük alim Әhmәd 
Mәhәmmәd  Şakir tәrәfindәn araşdırılıb, ondakı  hәdislәrin isti-
nad vә sәhihliklәri yenidәn öyrәnilib. Әllamә Şakir öz tәdqiqa-
tını on beş cilddә çap etdirib ki, bu da orijinal mәnbәnin üçdә 
birinin tәdqiqi demәkdir. Ondan qabaq isә Şeyx Әhmәd Әbdür-
rәhman  әl-Bәnna sözügedәn kitabı mövzularına uyğun tәrtib 
etmiş, ondakı hәdislәrin istinad vә sәhihliklәrini yenidәn müәy-
yәnlәşdirmiş, şәrhlәrlә birlikdә iyirmi üç cilddә nәşr etdirmişdi. 
                                                 
1
 Bu tәdqiqat artıq işıq üzü görüb. Bu tәdqiqatlar Beyrutdakı “әl-Mәktәb әl-
İslami” nәşriyyatında vә Körfәz Dövlәtlәri Tәlim-tәrbiyә Әrәb Ofisindә çap 
olunub. Bütün bu araşdırmaların ayrıca kitab halında çap edilmәsi necә dә 
yaxşı olardı.   
2
 Beyrutdakı “әr-Risalә” mәtbәәsindә çap olunub.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə