Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

 75
Sonuncu hәdisi fәqihlәr tez-tez istifadә etmişlәr. Mәsә-
lәn, Mavәrdi “әl-Әhkam  әs-Sultaniyyә”,  Şirazi “әl-Mühәzzәb”, 
İbn Qüdamә  dә  “әl-Müğni” kitabında hәmin hәdisi dәlil gә-
tirib. Bu hәdis haqqında  İmam Nәvәvi “әl-Mәcmu” kitabında 
deyib: “Bu, olduqca “zәif” vә “mәchul” hәdisdir”. 
“әs-Sünәn” kitabında Beyhәqi yazır: “Yoldaşlarımız bu 
hәdisi kitablardakı  şәrhlәrin daxilindә qeyd etsәlәr dә, mәnә 
ona dair heç bir istinad mәlum deyil”. 
Bu hәdisin orijinal mәtni Tirmiziyә,  İbn Macә  vә  Tәbә-
riyә görә belәdir: “Var-dövlәtdә  zәkatdan başqa da haqq var-
dır”. Sonralar İbn Macәnin kitabının köhnә nüsxәlәrindә bu hә-
dis sәhv yazıldı vә onun әvvәlinә “leysә” (yoxdur) sözü artırıl-
dı. Belәliklә, bu sәhv yayğınlaşdı. Hәmçinin, “Tәrh әt-Tәşrib fi 
Şәrh әt-Tәqrib” kitabında (Bax: cild IV, sәh. 18) Hafiz әbu Zәr`ә 
ibn  әl-Hafiz Zeynәddin  әl-İraqi bu mәsәlәyә toxunub. Әllamә 
Әhmәd  Şakir dә  Tәbәrinin tәfsirinә (Bax: tәfsirdәki 2527-ci hә-
dis) yazdığı “tәxric” kitabında bu mәsәlәyә aydınlıq gәtirmiş, 
tutarlı dәlillәrlә mövqeyini әsaslandırmışdır
1

Bir çox fiqh kitablarında, hafiz imamlara görә  әsli bilin-
mәyәn bu qәbil hәdislәr vardır. Belә  hәdislәr haqqında Hafiz 
Zeylәi “Nәsb  әr-Rayә” kitabında “qәribdir” sözünü işlәdir. Bu 
söz Zeylәiyә xas termin olub әsli vә istinadı bilinmәyәn hәdis-
lәri ifadә edir. Bu barәdә Hafiz ibn Hәcәr yazır: “(Bu hәdisin is-
tinadına vә ya özünә) heç bir yerdә rast gәlmәdim”. Yaxud da: 
“Bu hәdisin Peyğәmbәrәdәk uzanan istinadını tapmadım” vә s.  
Belә  hәdislәr bәzi fiqh bablarında nәzәri çәkәcәk dәrә-
cәdә çoxdur.  
Vaxtı ilә  “әd-Dirayәt” kitabının “Heyvan kәsmә” (zə‐
baih) fәslindәki hәdislәri araşdırırdım. Orada iyirmiyә yaxın 
                                                 
1
 Yusif  әl-Qәrdavi. Zәkat fiqhi. “Risalә” çapı, sәh. 966-967, 3 vә 4-cü alt ha-
şiyәlәr.  


 76
hәdis vardı. Bәzilәri sәhih, bәzilәri dә “zәif” idi. Bәzilәrinin isә 
istinadı vә әsli ümumiyyәtlә, Hafiz İbn Hәcәrә mәlum deyildi.  
Onlardan bir neçәsinә nәzәr yetirәk: 
- “Kitab әhli ilә necәsinizsә, mәcusilәrlә (atәşpәrәstlәrlә) 
dә elә davranın. Ancaq onların qadınları ilә evlәnmәyin, kәs-
diklәrini dә yemәyin”
1

- “İstәr sәslәndirsin, istәrsә dә sәslәndirmәsin (yәni, “bis-
millah” desә  dә, demәsә  dә), müsәlman hәr dәfәsindә Allahın 
adı ilә kәsmiş sayılır”
2
.  
- “Yalnız “bismillah” deyin”
3
.    
- “(Heyvanları) sinәnin yuxarı hissәsi vә iki cәnә sümü-
yü arasındakı nahiyәdәn kәsmәk lazımdır”
4

- “Heyvanın boğazındakı damarları istәdiyin şeylә kәs”
5

- “Peyğәmbәr qoyunu şah damarınadәk kәsmәyi qada-
ğan edib”
6
. Müәllif yazır: “Yәni, bıçağı şah damarınadәk yerit-
mәyi qadağan edib”. 
- “Hәzrәti Aişә kәrtәnkәlәnin yeyilib-yeyilmәdiyi haqda 
Peyğәmbәrdәn soruşduqda Allahın rәsulu bunu qadağan et-
di”
7

- “Peyğәmbәr xәrçәng satışını qadağan etdi”
8
 vә bu qәbil 
neçә-neçә hәdis
9

                                                 
1
 İbn Hәcәr bu hәdis barәsindә deyir: “Hәdisә bu variantda heç yerdә rast 
gәlmәmişәm”. Yәni, İbn Hәcәr “Ancaq onların qadınları ilә evlәnmәyin, kәs-
diklәrini dә yemәyin” әlavәsi ilә birlikdә bu hәdisә rast gәlmәyib.  
2
 İbn Hәcәr deyir: “Bu hәdisә bu variantda heç yerdә rast gәlmәmişәm”.  
3
 İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. Hәdisi  İbn Mә-
sud rәvayәt edib. 
4
 İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. 
5
 İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. 
6
 İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. 
7
 İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. 
8
 İbn Hәcәr deyir: “Bu hәdisә heç yerdә rast gәlmәmişәm”. 
9
 Bax:  İbn Hәcәr.  әd-Dirayәt fi Tәxric  әl-Hidayә / Alt haşiyәlәrdәki izahlar 
Haşim әl-Yәmaninindir. Cild II, sәh. 205-213. 


 77
İddia edildiyi kimi, bu cür hәdislәr tәkcә Әhli-Rәyin (hә-
nәfilәrin) deyil, digәr mәzhәblәrin dә kitablarında mövcuddur. 
Özü dә bu kitablarda da әsli-istinadı bilinmәyәn hәdislәrә rast 
gәlmәk mümkündür. Ancaq belә  hәdislәrin say nisbәti mәz-
hәbdәn mәzhәbә dәyişir.  
İmam Qәzalinin “әl-Vәciz” kitabına Rafeinin – hәr ikisi 
şafei imamlarındandır – yazmış olduğu  şәrhdәki hәdislәrin is-
tinad vә  sәhihliklәrinin müәyyәnlәşdirilmәsi üçün Hafiz İbn 
Hәcәrin qәlәmә aldığı “Tәlxis әl-Hәbir” adlı kitabla tanış olan-
lar bunu tam aydınlığı ilә görәcәklәr. Belә ki, İbn Hәcәr şafei ol-
mağına rәğmәn, sözügedәn kitabda dәlil gәtirilmiş  hәdislәrin 
çoxunu “zәif” saymışdır. Çünki hәqiqәti söylәmәk daha yaxşı-
dır. 
Hәtta Hafiz Әbubәkr  Әhmәd ibn әl-Hüseyn  әl-Beyhәqi 
bu mәsәlәdә İmam Әbu Mәhәmmәd Abdullah ibn Yusif әl-Cü-
veyniyә  (İmamülhәrәmeyn Cüveyninin atasıdır) mәktub yaz-
mış, onu әdәb-әrkan çәrçivәsindә  tәnqid etmişdir. Çünki Cü-
veyninin “әl-Mühit” kitabında bir-sıra hәdis sәhvlәri vardı. Mә-
sәlәn, kitabdakı ilk hәdis – “Günәşin qızdırdığı su ilә yuyun-
mağın qadağan olmağı” hәdisi sәhih deyildir.  
Mәzhәbcә şafei olmağına baxmayaraq, İmam Beyhәqi in-
saflı davranmış, şafei mühәddislәrini dә tәnqid etmişdi. Tәnqid 
etmişdi ki, onlar dәlil gәtirdiklәri hәdislәrin sәhih, rәvayәtçilә-
rin dә “zәif” vә namәlum (mәchul) olub-olmadığına ciddi ya-
naşmamışlar. Beyhәqi özünün obyektiv vә tutarlı risalәsindә bu 
mәsәlәni işıqlandırmışdır
1

Daha tәәccüblüsü isә budur ki, mәhz fiqh üsulu kitab-
larında әsli-istinadı bilinmәyәn, uydurma hәdislәrә rast gәlirik. 
“Sәhabәlәrim ulduzlara bәnzәyir. Hansına uysanız, hidayәtә 
                                                 
1
 Bax:  “Mәrifәt  әs-Sünәn vәl-Asar” kitabına professor Seyyid Әhmәd  әs-
Sәqrin yazdığı ön söz. Qahirә: “İslam Mәsәlәlәri Ali Şurası”nın nәşrlәri, sәh. 
19-24.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə