Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

 81
 
Qadınların qanbahası 
 
İslam Cinayәt Hüququnun yenidәn işlәnilәcәk hökm-
lәrindәn biri dә qadınların qanbahası ilә bağlıdır. Fәqihlәrin 
әhәmiyyәtli hissәsinә görә, qadınların qanbahası kişilәrә düşәn 
qanbahasının yarısı qәdәrdir. 
Bu fәqihlәr aşağıdakı  hәdislәrә istinad edirlәr. Sәhabә-
lәrdәn Müaz rәvayәt edir ki, Peyğәmbәr deyib: “Qadının qan-
bahası kişiyә düşәn qanbahasının yarısı qәdәrdir”. Beyhәqi bil-
dirir ki, “Bu hәdisin istinadı oxşar digәr hәdislәr üçün sәhih de-
yil”.  
Beyhәqi Hәzrәti  Әliyә istinadәn bu hәdisi dә  rәvayәt 
edib: “Qadının qanbahası kişiyә düşәn qanbahasının yarısı qә-
dәrdir”. Bu hәdis İbrahim әn-Nәxәiyә istinadәn Hәzrәti Әlidәn 
rәvayәt olunub. Hәdisin istinadında “qırılma” (kәsilmә) vardır. 
Habelә,  İbn  әbu  Şeybә bu hәdisi  Şә`biyә istinadәn Hәzrәti 
Әlidәn rәvayәt edib. Göründüyü kimi, sözügedәn hәdis hәr bir 
halda “mövquf”dur
1
 vә “mәrfu”
2
 olmadığı üçün dәlil kimi isti-
fadә edilә bilmәz.  
Yaralanma vә oxşar vәziyyәtlәrdә qadınlar vә kişilәrin 
qanbahası, onlara ödәnilәcәk tәzminat haqda tәfsilatlı  mәlu-
matlar istisna edilmir. Bu mövzuda da mәnası açıq, sәhih hәdi-
sә rast gәlinmir.   
Qadının qanbahasının kişiyә düşәn qanbahasının yarısı 
qәdәr olduğunu bildirәnlәr “icma”ya
3
 әsaslanırlar.  Şübhә yox-
                                                 
1
 Hәdislәrin “mәrfu”, “mövquf” vә “mәqtu” tәsnifatında “mövquf” hәdislәr 
sәhabәlәrin sözlәri vә  hәrәkәtlәrini ifadә edәn hәdislәrdir – tərcüməçinin 
qeydi
2
 “Mәrfu” hәdislәr Peyğәmbәrә aid hәdislәrdir. Yәni,  әlimizdәn olan bu vә 
ya digәr hәdisin istinad zәnciri Peyğәmbәrәdәk uzanır – tərcüməçinin qeydi
3
 İcma:  İslam alimlәrinin dini bir mәsәlәnin  şәriәt statusu әtrafında yekdil 
qәrara gәlmәlәri vә bütün müsәlmanların bu qәrarı  hәmrәyliklә  qәbul 


 82
dur ki, icma qәti dәlildir. Ancaq bu icma tam deyil. Çünki sәlәf 
alimlәrindәn ikisi bu mövzuda fәrqli düşünürlәr. Bunlar әl-
Әsәmm vә İbn Ülbәdir. Onlara görә, qadının qanbahası kişinin-
ki qәdәrdir
1

 
İslamın mövqeyi 
 
İbadәt, halal vә haram mәsәlәlәrindә, sosial münasibәt-
lәrdә olduğu kimi, fikri, tәrbiyәvi, әxlaqi... problemlәrә dә isla-
mın münasibәtini öyrәnmәk üçün sәhih hәdislәrә istinad zәru-
ridir.   
Zahidlik vә mövcud nemәtlәrdәn istifadә baxımından is-
lamın dünya hәyatına münasibәtini aydınlaşdırmaq istәyiriksә, 
“zәif” hәdislәrlә kifayәtlәnmәmәliyik. Hәmçinin, aşağıdakı 
problemlәrdә dә “zәif” hәdislәrdәn dәlil kimi istifadә bәs etmir: 
1. Tәvәkkülә  vә  sәbәblәrin nәzәrә alınmasına (“әlimiz-
dәn nә gәlir onu etmәliyik” anlayışı) islamın münasibәti 
2. Profilaktik vә müalicәvi tәbabәtә islamın münasibәti 
3. Әtraf mühit vә yaşıllığın mühafizәsinә islamın müna-
sibәti 
4. Maddi vә mәnәvi tәrәqqiyә islamın münasibәti 
5. Xariqüladә hallara vә kәramәtә islamın münasibәti. 
Bu vә bu kimi mәsәlәlәrә islamın hәqiqi münasibәtini 
öyrәnmәk istәyiriksә, mübahisәli hәdislәrlә kifayәtlәnmәmә-
liyik. Bunun üçün mәnası açıq, sәhihliyi dә qәti olan “möhkәm” 
hәdislәrә istinad olduqca zәruridir; bu mәsәlәdә  tәk bir hәdis 
bәs etmir. Әksinә,  әsas kimi elә  hәdislәr seçilmәlidir ki, prob-
lemә aydınlıq gәtirsin, islamın hәqiqi mövqeyini konkret şәkil-
                                                                                                                   
etmәlәrini ifadә edәn termin; konsensus; müsәlman hüququnun (fiqhin) üç 
mәnbәyindәn biri. Azәrbaycan dilindәki “icma” sözü ilә qarışıq salın-
mamalıdır – tərcüməçinin qeydi.  
1
 Şövkani. Neyl әl-Övtar, cild VII, sәh. 224-227. 


 83
dә göstәrsin. Ancaq hәmin mövzu barәsindә bu vә ya digәr 
ayәyә rast gәlsәk, ayәni әsas götürmәliyik.   
 
  
  


 84
 
Dəvət və təşviqatda Sünnə 
 
Qurani-Kәrimdәn sonra Sünnә  dәvәtçilәrin, tәrbiyәçilә-
rin tükәnmәz xәzinәsi, qurumayan çeşmәsidir. Çünki xütbәlә-
rindә, moizәlәrindә, dәrslәrindә, tәrbiyә metodlarında bu tü-
kәnmәz xәzinә, bu qurumayan çeşmә onların karına gәlir. Sün-
nә ehkamların, ibadәt vә münasibәtlәrin mәnbәyi sayıldığı ki-
mi, davranışların tәnzimlәnmәsindә, nәfsin saflaşdırılmasında 
– tәzkiyәdә dә hamının mәqbul bildiyi mәxәzdir.  
Bu sәbәbdәn әxlaq alimlәri, mәnәviyyat mürәbbilәri, er-
kәn dövr sufi şeyxlәri vә ümmәtin mötәbәr  şәxsiyyәtlәri hәm-
rәydirlәr ki, hәr bir mürid, sufi Allaha gedәn yolda (tәriqәtdә) 
Sünnәyә riayәt etmәli, düşüncәsindә, ibadәtindә, davranışların-
da, Allahla, nәfsi vә insanlarla münasibәtlәrindә ona sarılma-
lıdır.  
İmam Cüneyd Bağdadi (Allah rәhmәt etsin!) yazır: “Pey-
ğәmbәrin izi (Sünnә ilә – mütərcim) ilә gedәnlәrin yolundan sa-
vayı bütün digәr yollar bağlıdır... 
...Quranı әzbәrlәmәyәn, hәdislәri dә yazmayanlara bu iş-
dә (tәsәvvüfdә – mütərcim) etibar göstәrilmәz. Çünki bizim el-
mimiz (sufilik – mütərcim) Quran vә Sünnәdәn kәnara çıxmır”.  
Sufi imamlarından  Әbu Hәfs deyib: “Әmәllәri vә hal-
larını Quranla, Sünnә ilә ölçmәyәn, fikirlәrinә (xatirә gәlәn ani 
fikirlәr, ürәyәdammalar nәzәrdә tutulur. Sufi terminologiyasın-
da bu, “xәvatir” adlanır – mütərcim) şübhә ilә yanaşmayan şәxs 
әrlәr divanından sayılmaz”.  
Әbu Süleyman әd-Darani yazır: “Bәzәn sufilәrin mәzәli 
fikirlәri (nüktə) günlәrlә qәlbimә hakim kәsilir. Mәn onları an-
caq vә ancaq iki adil şahidin – Quran vә Sünnәnin şahidliyi ilә 
qәbul edirәm”.  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə