Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə1/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
  1   2   3   4   5   6   7   8   9   ...   74


 
 
 
 
Sünnəyə münasibətimiz 
necə olmalıdır? 
 
Şeyx Yusif əl‐Qərdavi 
 
 
 
 
 
 
Kitab Küveyt Dövləti Vəqflər üzrə Baş 
Fondunun təşəbbüsü ilə nəşr olunub 
 
 
 
 
 
 
 
 
BAKI - 2011


“İDRAK” İctimai Birliyi  
Vidadi küç. 53 
www.idrak.org.az 
 
 
 
 
 
Tərcüməci və redaktor: 
fəlsəfə üzrə fəlsəfə doktoru 
Elvüsal Mәmmәdov 
 
 
Dizayn ve tərtibat: 
Hәsәn Hәsәnov 
 
 
 
 
 
Kitab Dini Qurumlarla İş üzrә Dövlәt  
Komitәsinin icazәsi ilә nәşr olunur. DK-263/Q 
 
 
 
 
 
 
 
 
 
Sünnәyә münasibәtimiz necә olmalıdır? 
Bakı, 2011. CBS - 264 sәh. 


 
3
 
 
Mərhəmətli və Rəhimli Allahın adı ilə! 
 
 
Hәr  şeydәn  әvvәl Allaha hәmd olsun ki, böyük alim 
Şeyx Yusif әl-Qәrdavinin “Sünnәyә münasibәtimiz necә olma-
lıdır?” kitabını dilimizә  tәrcümә etmәyi mәnә müyәssәr qılıb. 
Tәbii ki, hәr bir işdә Uca Allahı anmaq, nәticәsindәn asılı olma-
yaraq
, Ona şükranlıq  әrz etmәk lazımdır. Hәqiqi Allah bәndә-
sinә, müsәlman  şәxsiyyәtә yaraşan da elә budur. Müvәffәqiy-
yәt “açar”ına ilahi tәlimlәrin kömәyi ilә yiyәlәnmәk, uğur vә 
nailiyyәtlәrә şükür edәrәk әllәri Sәmaya açmaq – budur imanın 
hәqiqi әmәli tәzahürü! Bәli, hәr dәfә uğur qazandıqda, hәr yeni 
addımı atdıqda, hәr növbәti çәtinliyi adladıqda Allaha hәmd et-
mәyi özümüzә borc bilmәliyik.  
Әziz oxucu! Sәnә  tәqdim edilәn bu kitab XX әsrin gör-
kәmli islam alimi, mütәfәkkiri, mücәddidi  Şeyx  Әllamә Yusif 
әl-Qәrdavinin qәlәmindәn çıxmış qiymәtli  әsәrlәrdәn biridir. 
Kitabın  әhәmiyyәti vә aktuallığı ondan ibarәtdir ki, müәllif 
müasir dövrdә Sünnәyә münasibәtin problemli tәrәflәrinә to-
xunmuşdur. Kitabda oxuculara Sünnә haqda ümumi mәlumat 
tәqdim edilmir; hәdis, tәrifi, növlәri, topluları haqqında da da-
nışılmır. Çünki bütün bunlar haqda çox deyilib, çox yazılıb. Bu 
cür mәlumatları Sünnәyә  hәsr edilmiş çoxsaylı  әdәbiyyatdan 
әldә etmәk olar. Ancaq Sünnәyә münasibәtdә müsәlman zeh-
niyyәtinin problemlәri barәdә ciddi elmi әsәrlәrә az-az rast gә-
linir.  Şeyx Yusif әl-Qәrdavinin “Sünnәyә münasibәtimiz necә 
olmalıdır?” kitabı bu boşluğun doldurulması istiqamәtindә atıl-
mış ciddi addımlardan biridir. Әsәrindә müәllif hәdislәri öy-
rәnmә vә tәtbiqdә özünü göstәrәn kortәbiilik, mәzmun vә for-
ma, mәqsәd vә vasitә, mәcaz vә hәqiqi mәna arasında fәrq qoy-
mama, hәdislәrin deyildiyi zaman vә  şәraitin nәzәrә alınma-


 
4
mağı vә digәr bu qәbil problemlәr haqda danışır. Ustad Qәrda-
vi,  әsasәn dәvәt vә fiqh sahәsindә Sünnәyә münasibәtin  әsas 
prinsiplәri haqda söz açır, onun doğru-dürüst başa düşülmәsi-
nin zәruri qaydalarını açıqlayır. Bu görkәmli alimin özünәmәx-
susluğunun nәticәsidir ki, o, özünün dә dediyi kimi, zahirlә ki-
fayәtlәnib mәqsәdi unudan, formadan yapışıb mәzmuna la-
qeydlik göstәrәn hәrfbazların dar zehniyyәti ilә barışmır, la-
qeyd vә xudbin şәxslәrin yersiz tolerantlığına da “yox” deyir.  
Qeyd edәk ki, kitabın yazılması mövcud real şәraitlә әla-
qәdar olmuşdur. Müәllifә görә, müasir dövrdә müsәlmanların 
әn böyük problemi düşüncә – zehniyyәt problemidir. Zehniy-
yәt problemini vicdan problemindәn daha tәhlükәli hesab edәn 
Şeyx Qәrdavi bildirir ki, insan nәyi düşünürsә, onu da edir. Yә-
ni, insanın  әmәli fәaliyyәti onun tәsәvvürlәri ilә birbaşa bağlı-
dır. Müәllif tәәssüflә qeyd edir ki, sözügedәn zehniyyәt prob-
lemi Sünnәni dәrkdә dә özünü qabarıq şәkildә göstәrir. Nәticә-
dә, bәzi cәrәyanlar mәlum problemdәn әziyyәt çәkir: “Bu cәrә-
yanlar Pak Sünnәni çox vaxt yetәrincә anlamayıb ona dar çәrçi-
vәdәn baxdıqları üçün onu bәzi formal mәsәlәlәrlә, tәzahürlәrlә 
mәhdudlaşdırırlar; Sünnәnin müdrik mahiyyәtinә nüfuz edә 
bilmirlәr”.  
Onu da deyәk ki, Peyğәmbәrin islama dәvәt metodun-
dan (tәdricilik, tolerantlıq, mәqsәdlәri müәyyәnlәşdirmәdә 
uzaqgörәnlik...) bixәbәrlik, tәәssübkeşlik, emosional-ekspressiv 
yanaşma, kortәbiilik, real şәraiti nәzәrә almama vә digәr qüsur-
lu hallar Sünnәnin düzgün başa düşülmәsinә mane olur. Şeyx 
Qәrdavi bütün bu mәsәlәlәrә kitabında yer ayırmış,  әlaqәdar 
misallar gәtirmәklә, faktlar tәqdim etmәklә problemdәn çıxış 
yollarını göstәrmişdir. Qәrdavinin problemlәri hәll metodikası 
göstәrir ki, o, Sünnәyә ifrat, formal münasibәtlә yanaşı, hәr şeyi 
ağlın “süzgәc”indәn keçirәn ultra-rasional yanaşmanın da әley-
hinәdir.  


 
5
Respublikamızda, müsәlmanlar arasında da Sünnәyә 
münasibәtdә ciddi problemlәr mövcuddur. Mәsәlәn: a) lazımi 
fiqhi qaydalardan bixәbәr şәxslәrin bu vә ya digәr hәdisә әsas-
lanaraq “fitva” çıxarmaları; b) sünnә statuslu bәzi  әmәllәrә
, az 
qalsın ki
, “fәrz” statusunun qazandırılması; v) varid olma sә-
bәblәrini araşdırmadan bәzi hәdislәrin kortәbii  şәkildә Azәr-
baycan reallığına tәtbiq edilmәsi cәhdlәri; q) şәriәtqoyan hәdis-
lәrlә  şәriәtqoymayan hәdislәri dolaşıq salmaq vә sair bu cür 
problemlәrdәndir. Mәhz bu problemlәrin nәticәsindә bir tәrәf-
dәn, dindarların öz aralarında ciddi fikir ayrılıqları yaranıb, 
parçalanmalar özünü göstәrib, digәr tәrәfdәn dә xalqın onlara 
münasibәti kәskin  şәkildә  dәyişib. Sünnәni anlamada nata-
mamlıq bәzi müsәlmanları bir-birinә qәnim edib. Halbuki Pey-
ğәmbәrin sünnәsindә birliyә, qardaşlığa ciddi surәtdә çağırış 
vardır. Nәdir bu әdavәtin sәbәbi? Cavab aydındır: Sünnәni 
düzgün başa düşmәmә! Hәr gün hәdis әzbәrlәmәk, mәlum mö-
tәbәr hәdis toplularını gündәlik oxunan әdәbiyyat halına gәtir-
mәk şәrt deyildir. Şәrt hәdislәri şüurlu surәtdә öyrәnmәk, mәz-
munu formadan fәrqlәndirmәk, hәdislәrin deyilmә  sәbәblәrini 
nәzәrә almaq, bir sözlә Sünnәyә münasibәtin prinsiplәrini, qay-
da-qanunlarını  dәrindәn mәnimsәmәkdir.  Әgәr bu qaydalara 
ciddi şәkildә riayәt olunarsa, yersiz mübahisәlәrә, әdavәtә, kinә 
son qoyular, parçalanma vә ixtilaf öz yerini vәhdәtә verәr. Biz 
dә bütün bunları nәzәrә alaraq bu kitabı tәrcümә etmәk qәrarı-
na gәldik. Qeyd edәk ki, müәllifin özü dә eyni problemdәn çı-
xış edәrәk bu kitabı qәlәmә alıb.  
Düşünürük ki, kitab Sünnәyә münasibәtdә bir çox prob-
lemlәrimizin hәllinә kömәk edib dünyagörüşümüzü genişlәn-
dirmәklә yanaşı, islam dәyәrlәrini lazımınca mәnimsәyәn, real 
hәyata  şüurlu nәzәr salan, yaradıcı  tәfәkkürә sahib müsәlman 
şәxsiyyәtinin formalaşmasına öz töhfәsini verәcәkdir.   


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə