Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

 72
zımı biliklәri yoxdur. Bu sәbәbdәn, hәdis dahilәrinin nәzәrindә 
qeyri-sәhih olan hәdislәri fәqihlәr sәhih sayırlar; kitablarında 
qeyri-sәhih hәdislәrә yer ayırır, halal vә haram, vacib vә “müs-
tәhәb” mәsәlәlәr barәdә çıxardıqları hökmlәrdә bu hәdislәri dә-
lil göstәrirlәr.   
Bәzәn fәqihlәr kökü bilinmәyәn, “noxtasız-xaltasız” hә-
dislәri sübut gәtirirlәr. Bu sәbәbdәn bәzi insanlar istinadı vә әs-
li olmayan hәdislәr haqda tez-tez “Bunlar fәqihlәrin hәdislәri-
dir” – sözlәrini işlәdirlәr. 
Hәdisçilәr dә çox vaxt fiqhi, onun әsaslarını bilmirlәr; 
fiqhi hökmlәrin çıxarılması qaydalarından, fiqh xәzinәsi vә in-
cәliklәrinin mәnimsәnilmәsi üsullarından xәbәrlәri dә yoxdur
fәqih-imamların fikirlәrinә, mәzhәblәrinә, ixtilaf vә ictihadları-
nın müxtәlifliyi sәbәblәrinә bәlәd deyillәr.  
Fәqih vә mühәddis – bir-birinә möhtac iki şәxs. Fәqih 
mühәddisә, mühәddis dә  fәqihә möhtacdır. Möhtacdırlar ona 
görә ki, sahib olduqları biliklәri möhkәmlәndirib tamamlasın-
lar.  
Fәqihlәr hәdislәri öyrәnmәlidirlәr. Çünki fiqhi hökmlә-
rin әksәriyyәti Sünnәyә әsaslanır. Mühәddislәrdәn dә fiqhi öy-
rәnmәk tәlәb olunur. Olunur ki, hәdislәri  şüurlu surәtdә başa 
düşsünlәr, sadәcә mexaniki ötürücü olmasınlar, hәdislәrin mәz-
mununu da tәhrif etmәsinlәr.  
Әvvәlki alimlәrimiz bu problemi dәrk etmiş, ona laqeyd 
yanaşanları  bәrk mәzәmmәtlәmişlәr. Mәsәlәn, Süfyan ibn 
Üyeynә deyirdi: “Әgәr külli-ixtiyar әlimizdә olsaydı, hәdislә 
mәşğul olmayan fәqihlәri, fiqhlә  dә  mәşğul olmayan mühәd-
dislәri xurma çubuqları ilә döyәrdik”.  
Tәәccüblüdür ki, fiqh kitablarında çoxlu “zәif” hәdis 
mövcuddur. Halbuki yekdilliklә qәbul olunub ki, “zәif” hәdis-
lәr әsasında hökm çıxarmaq yolverilmәzdir. Alimlәrin çoxu bu 
cür hәdislәri sadәcә  fәzilәt (fəzail) rәğbәtlәndirmә  vә  çәkin-
dirmә (tərğib və tərhib) mövzularında mәqbul saymışlar.  


 73
Hәtta, fiqh kitablarında çox zәif, uydurma (mövzu), heç 
bir әsası olmayan rәvayәtlәrә rast gәlirik.  
Bütün bunlar fiqhlә  mәşğul olan bır sıra böyük hәdis 
alimlәrini sövq edib ki, fәqihlәrin dәlil gәtirdiklәri, kitablarında 
istinadsız-filansız qeyd etdiklәri hәdislәrin istinadlarını göstә-
rәn, sәhih olub-olmadığını müәyyәnlәşdirәn “tәxric” kitabları
1
 
qәlәmә alsınlar.  
Mәsәlәn, İmam İbn әl-Cövzi bu sahәdә “әt-Tәhqiq fi Tәx-
ric әt-Tәaliq” (İstinadı göstәrilmәmiş hәdislәrin sәhihliyinin is-
tinad göstәrilmәklә müәyyәnlәşdirilmәsinә dair araşdırma) ki-
tabını yazmışdır. Sonralar İbn  Әbdülhadi bu kitabı  tәkmillәş-
dirmiş, “Tәnqih әt-Tәhqiq” (“Araşdırma” kitabının tәkmillәşdi-
rilmәsi) adlı әsәr qәlәmә almışdır.   
Bәzi hәdis hafizlәri mәşhur fiqh kitablarındakı hәdislәrin 
istinad vә  sәhihliklәrinin müәyyәnlәşdirilmәsi haqda sanballı 
kitablar yazmışlar. Belә kitablardan biri “Nәsb  әr-Rayә li-Әha-
dis әl-Hidayә” adlanır. Müәllifi Hafiz Cәmalәddin әz-Zeylәidir. 
Kitab dörd cild halında dәfәlәrlә çap edilib. Hafiz İbn Hәcәr 
әhәmiyyәtli  әlavәlәr etmәklә kitabı  yığcam hala gәtirmiş  vә 
“әd-Dirayә fi Tәxric  Әhadis  әl-Hidayә” adlandırmışdır. Bu ki-
tab isә bir cild halında çap olunub. Qeyd edim ki, “әl-Hidayә” 
kitabı hәnәfi fiqhinin başlıca mәnbәlәrindәndir.   
Hәmçinin,  İbn Hәcәr, Rafeinin “Fәth  әl-Әziz fi Şәrh  әl-
Vәciz” kitabındakı  hәdislәrin “tәxric”inә
2
 dair  ayrıca kitabın 
müәllifidir. Rafei sözügedәn kitabı  İmam Qәzalinin “әl-Vәciz” 
әsәrinә şәrh olaraq yazıb. İbn Hәcәr başda olmaqla bir çox şәxs 
hәmin kitabın әsasında “tәxric” kitabları qәlәmә almışlar. Qeyd 
edәk ki, Rafeinin mәlum kitabı şafei fiqhinin әsas qaynaqların-
dan hesab olunur.   
                                                 
1
 Demәli, “tәxric” dedikdә bu vә ya digәr kitabdakı  hәdislәrin hәr birinin 
bütün istinadlarını göstәrmәklә sәhih olub-olmadığını yenidәn müәyyәnlәş-
dirmәk başa düşülür – tərcüməçinin qeydi.  
2
 “Tәxric” sözünün mәnası yuxarıda göstәrilib.  


 74
Bәzi fәqihlәrin dәlil gәtirdiyi bir sıra hәdislәrin “zәif” ol-
mağı yalnız sonralar müәyyәn edilmişdir. Elә isә bilmәdәn hә-
min hәdislәri dәlil gәtirmiş  fәqihlәrә günah düşmür. Ancaq 
“zәif” olduğunu bilә-bilә onlardan dәlil kimi istifadә edәnlәrә 
bәraәt qazandırmaq çәtindir. “Zәif” hәdisә  әsasәn çıxarılmış 
hökm  әgәr digәr dәlillәrә – ayә  vә  hәdislәrә, dinin ümumi vә 
bütöv mәqsәdlәrinә uyğun deyilsә, lәğv edilmәlidir.   
Mövcud mәzhәblәrin seçkin fiqh mirası barәdә yazılmış 
“tәxric” kitablarını oxuyanlara bu hәqiqәt gün kimi aydın ola-
caqdır. Bu kitablara aşağıdakıları göstәrә bilәrik:  
1. “Nәsb  әr-Rayә fi Әhadis  әl-Hidayә” kitabı. Müәllifi 
Zeylәidir. 
2. “Tәlxis  әl-Hәbir fi Tәxric  Әhadis  Şәrh  әr-Rafei  әl-Kә-
bir” kitabı. Müәllifi İbn Hәcәrdir.   
3. “İrva әl-Ğәlil fi Tәxric Әhadis Mәnar әs-Sәbil” kitabı
1

Müәllifi Әlbanidir.  
4. “әl-Hidayә fi Tәxric Әhadis әl-Bidayә” kitabı
2
. Müәllifi 
Әhmәd ibn әs-Siddiq әl-Ğumaridir. 
Vaxtı ilә mәn zәkat mövzusunu araşdırdığım zaman fiqh 
alimlәrinin dәlil gәtirdiklәri, hәdis alimlәrinin isә “mәcruh” 
(rәdd edilmiş) hesab etdiklәri bir neçә  hәdisә rast gәlmişdim. 
Mәsәlәn: 
- “Göyәrtilәrdәn zәkat çıxarılmaz”; 
- “Üşr vә xәracı birlikdә toplamazlar”; 
- “Var-dövlәtdә zәkatdan qeyri haqq yoxdur”. 
                                                 
1
 Bu kitab Beyrutda “әl-Mәktәb әl-İslami” nәşriyyatı tәrәfindәn sәkkiz cilddә 
çap olunub. Şeyx Әlbani ondakı hәdislәrin istinad vә sәhihliklәrini yenidәn 
nәzәrdәn keçirmәklә böyük bir “tәxric” kitabı yazmışdır. Vә istәmişdir ki, 
hәnәfilәr vә şafeilәrdә olduğu kimi, hәnbәlilәr dә ehkam hәdislәrini özündә 
ehtiva edәn bir kitaba sahib olsunlar.   
2
 İbn Rüşdün “Bidayә әl-Müctәhid” kitabındakı hәdislәrin “tәxric”i әsasında 
yazılıb. Maliki fiqhinin şah әsәri sayılan “Bidayә әl-Müctәhid” kitabı yeddi 
cilddә nәşr edilib. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə