Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

 103
elmlәri isә sufi şeyxlәrindәn öyrәnmәyinizdә bir qәbahәt yox-
dur”. 
İbn әbu Hatim deyib: “Atam danışırdı ki, Әbәdә (ibn Sü-
leyman  әl-Mәrzәvi) belә  rәvayәt edib: “Bir dәfә  İbn Mübarәk 
bir şәxsdәn hәdis rәvayәt etmişdi. Ona dedilәr: “Bu şәxs “zәif” 
ravilәrdәn sayılır”. İbn Mübarәk dә belә qarşılıq verdi: “Hәmin 
şәxsdәn bu qәdәr vә bu kimi şeylәri rәvayәt etmәk olar” (Bu za-
man  İbn  әbu Hatim atası  Әbәdәdәn soruşur:) “Hansı  şeylәri, 
mәsәlәn?” Әbәdә belә cavab verdi: “Әdәb-әrkan, öyüd-nәsihәt 
vә zöhd mәsәlәlәrini”. 
İbn Mәin mәşhur abidlәrdәn sayılsa da, mötәbәr ravi he-
sab edilmәyәn Musa ibn Übeydә әr-Rәbәzi haqqında yazmışdı: 
“(Buna baxmayaraq,) o, qәlb mәnәviyyatı mövzusunda hәdislәr 
rәvayәt edә bilәr”. 
Süfyan ibn Üyeynә deyib: “Peyğәmbәrin sünnәsi haq-
qında Bәqiyyә ibn әl-Vәlidin rәvayәt etdiyi hәdislәrә qulaq as-
mayın. Ancaq savab vә oxşar mövzulardakı  hәdislәri ondan 
dinlәyә bilәrsiniz”.  
Әhmәd ibn Hәnbәl “Peyğәmbәrin hәyatı  (Sirət)” adlı 
mәşhur kitabın müәllifi Mәhәmmәd ibn İshaq haqqında demiş-
di: “Onun yalnız vә yalnız qәzvәlәr (Peyğәmbәrin savaşları) vә 
bu qәbil mövzulardakı mәlumatlarına istinad etmәk mümkün-
dür”.  
Ziyad  әl-Bәkkai haqqında  İbn Mәin deyib: “Qәzvәlәr 
haqqında onun dediklәrini nәql etmәyin bir qәbahәti yoxdur. 
Digәr mövzularda isә ona bel bağlamaq olmaz”.  
(İbn Rәcәb sözünә davam edir:)  
“Hәvәslәndirmә, çәkindirmә, zöhd vә  әdәb-әrkan möv-
zulu hәdislәri yalançılıqda ittiham olunmayan qәflәt  әhlindәn 
rәvayәt etmәk olar. Ancaq yalançılıqda tәqsirlәndirilәnlәrin – 


 104
töhmәt әhlinin rәvayәt etdiyi hәdislәr rәdd edilmәlidir. İbn әbu 
Hatim vә başqaları bu qәnaәtdәdir”
1

Deyilәnlәrdәn mәlum olur ki, heç bir hәdis alimi (imamı) 
hәvәslәndirmә vә çәkindirmә mövzulu hәdislәrin hәr yerindәn 
duran, ciddi xәtalara yol verәn, namәlum vә tәqsirli ravilәr tә-
rәfindәn rәvayәt edilmәsinә tәrәfdar çıxmayıb.   
Ancaq alimlәr hafizәsi bir qәdәr dalğın vә zәif olan bәzi 
ravilәrin bu cür hәdislәri rәvayәt etmәsinә icazә vermişlәr. Hәt-
ta bu ravilәr, Süfyan әs-Sövrinin dediyi kimi, hәdislәrdәki çatış-
mazlıqları,  әlavәlәri bilәn mәşhur alimlәrdәn sayılmasalar da, 
onlardan hәdis әxz etmәk olar.  
Belә ravilәrin dürüstlüyü vә әdalәtindә (insafında) şübhә 
yoxdur. Problem onların hafizәsindәki dalğınlıq vә  zәiflikdә, 
ayıqlığı vә qabiliyyәtindәdir.   
Bu sәbәbdәn Hafiz ibn Hәcәr әl-Әsqәlani qәlb mәnәviy-
yatı  vә  hәvәslәndirmә mövzulu “zәif” hәdislәrin rәvayәtini üç 
şeylә  şәrtlәndirib.  İmam Süyuti özünün “Tәdrib  әr-Ravi” kita-
bında İbn Hәcәrә istinadәn bu şәrtlәri belә izah edib: 
Birinci. Hamının qәbul etdiyi birinci şәrt budur ki, hә-
dis hәdsiz “zәif” olmasın.  Әgәr bir hәdisi yalançı  vә ya yalan-
çılıqda tәqsirlәndirilәn vә ciddi xәtalara yol verәn ravilәr tәkba-
şına rәvayәt etmişlәrsә, onda hәmin hәdis rәdd edilir.  
İkinci. Hәdis ümumi bir hökmlә (әsillә – әr. “əsl”) bağlı 
olmalıdır. Heç bir hökmün tәsiri altına girmәyәn uydurma hә-
dislәr rәdd edilmәlidir.  
Üçüncü. Belә hәdislәrә әmәl edәrkәn onların sәhihliyini 
iddia etmәk olmaz. Çünki bu, demәdiyi şeyi Peyğәmbәrin adı-
na çıxmaqdır.   
                                                 
1
 İbn Rәcәb  әl-Hәnbәli.  Şәrh  İlәl  әt-Tirmizi, cild I / çapa hazırlayan: Nurәd-
din әl-İtr, sәh. 72-74. 


 105
Son iki şәrtin müәllifi  İbn Abdussalam vә yoldaşı  İbn 
Dәqiq  әl-Eyddir. Birinci şәrt haqqında  Әlai bildirir ki, alimlәr 
onu yekdilliklә qәbul ediblәr”
1
.  
 
Nəyə diqqət yetirməliyik? 
 
Bu mәqamda bir neçә mәsәlәyә toxunmaq istәyirәm. Dü-
şünürәm ki, bu, barәsindә danışdığımız vә çoxlarının da düz-
gün başa düşmәdiyi problemin hәllinә kömәk edәcәkdir. Mü-
sәlman kütlәlәrә istiqamәt verәn  әksәr kәslәrin dini dünyagö-
rüşü mәhz belә sәhv fәhm üzündәn saflığını itirib. 
 
1. Bəzi alimlər həvəsləndirmə və çəkindirmə 
mövzulu “zəif” hədisləri belə rədd etmişlər 
 
Bәzi klassik vә müasir alimlәr hәvәslәndirmә, çәkindir-
mә, zahidlik, qәlb mәnәviyyatı  hәdislәrini hökm hәdislәri ilә 
eynilәşdirmiş, yalnız sәhih vә “hәsәn” hәdislәri mәqbul say-
mışlar.  
İbn Rәcәb әl-Hәnbәli “Şәrh әl-İlәl” kitabında yazır: 
“Kitabının müqәddimәsindә  İmam Müslimin yazdıqları 
zәruri edir ki, hәvәslәndirmә  vә  çәkindirmә mövzulu hәdislәr 
yalnız hökm hәdislәrinin ravilәrindәn nәql olunsun”
2
.  
“İmam Müslim “Came әs-Sәhih” kitabının müqәddimә-
sindә “zәif” hәdislәrin, “münkәr” rәvayәtlәrin ravilәrini ciddi 
şәkildә mәzәmmәtlәyib”
3

                                                 
1
 әs-Süyuti. Tәdrib әr-Ravi әla Tәqrib әn-Nәvavi, cild I / çapa hazırlayan: Әb-
dülvәhhab Әbdüllәtif. Qahirә: “Dar әl-Kütub әl-Hәdisә” nәşriyyatı, sәh. 298-
299.  
2
 İbn Rәcәb  әl-Hәnbәli.  Şәrh  İlәl  әt-Tirmizi, cild I / çapa hazırlayan: Nurәd-
din әl-İtr, sәh. 74. 
3
 İmam Müslim “Came әs-Sәhih” kitabının müqәddimәsindә yazır: “Allah 
sәnә rәhm etsin! Özlәrini hәdisşünas sayanların çoxunda belә, bu cür xoşa-


 106
İmam Buxari dә eyni qәnaәtdәdir. Hәmçinin, “cәrh” vә 
“tә`dil” alimi Yәhya ibn Mәin, sonrakı dövr alimlәrindәn zahiri 
İbn Hәzm, maliki Әbubәkr ibn әl-Әrәbi vә  şafei  Әbu  Şamә bu 
fikrә tәrәfdar çıxmışlar
1
.  
Müasir alimlәrdәn  Şeyx  Әhmәd Mәhәmmәd  Şakir vә 
Şeyx Mәhәmmәd Nasirәddin  әl-Әlbani dә bu mövqedәn çıxış 
edirlәr.  
İbn Kәsirin “İxtisar Ülum әl-Hәdis” kitabına yazdığı “әl-
Bais әl-Hәsis” adlı şәrhindә böyük alim Әhmәd Şakir yuxarıda 
göstәrilmiş  şәrtlәri açıqlamadan “zәif” hәdislәrin rәvayәtinә 
icazә verәn bәzi alimlәrdәn söz etdikdәn sonra yazır: 
“Düşünürәm ki, “zәif” hәdisin “zәifliyini” açıqlamaq hәr 
bir halda lazımdır. Çünki açıqlama olmazsa, belә hәdisi eşidәn-
lәr onun sәhih olduğunu güman edәrlәr. Xüsusәn dә  hәdisi 
nәql edәn  şәxs bu sahәdә mötәbәr alimlәrdәndirsә! “Zәif” he-
sab edilәn hökm hәdislәri ilә  әmәllәrin fәzilәti vә bu qәbil hә-
dislәr arasında istinad edilmәmәk baxımından heç bir fәrq yox-
dur. Peyğәmbәrdәn (Ona Allahın xeyir-duası vә salamı olsun!) 
rәvayәt edilmiş sәhih vә ya “hәsәn” hәdislәr qala-qala, heç kim 
özgә dәlil axtarışına çıxmasın. Әhmәd ibn Hәnbәlin, İbn Mehdi 
                                                                                                                   
gәlmәz hallara rast gәlirik. Onlar “zәif” vә “münkәr” hәdislәri rәvayәt et-
diklәri zaman, dürüstlüyü vә mötәbәrliyi ilә tanınmış etibarlı ravilәrin mәş-
hur vә  sәhih hәdislәri ilә kifayәtlәnmәmişlәr. Üstәlik, onlar hәm bilir, hәm 
dә etiraf edirlәr ki, qafil insanlara söylәdiklәri hәdislәrin çoxu ya “mün-
kәr”dir, ya da hәdis әhli imamlarının mәzәmmәtlәdiyi, razı qalmadığı şәxs-
lәr tәrәfindәn rәvayәt edilmişdir! Әgәr bu kimi bәyәnilmәyәn hallar baş ver-
mәsәydi, “zәif” hәdislәri sәhihindәn ayırd etmәk, bir arada cәmlәmәk tәlә-
bini yerinә yetirmәk heç dә asan olmazdı. Ancaq görәndә ki, müәyyәn şәxs-
lәr “mәchul” vә “zәif” istinadlı “münkәr” hәdislәri yayaraq, bixәbәr insan-
ların (kütlәnin) zehinlәrinә yeridirlәr, onda sәnin bu tәlәbini cavablamaq 
qәlbimizә asan gәldi”.  
1
 әs-Süyuti. Tәdrib әr-Ravi әla Tәqrib әn-Nәvavi, cild I / çapa hazırlayan: Әb-
dülvәhhab Әbdüllәtif. Qahirә: “Dar әl-Kütub әl-Hәdisә” nәşriyyatı, sәh. 298-
299. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə