Süleyman sani axundov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix10.11.2017
ölçüsü3,04 Mb.
#9515
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

Milli Kitabxana

404


-

Pəricahan xanım, mənim qızım Ağca xanım kimi oynamaq bilsəydi, onun

başına  dolanardım.  Amma  nə etməli  ki,  atası  kimi  şüursuz  çıxıb,  ayaq  atmağı  da

bilmir.


Rəhim bəy dedi:

-

Uşaq tayfası Ağca xanım kimi oynamağa, gülməyə yaranmışdır.



Yoxsa, mənim qızım kimi qaradinməzdən nə fayda.

Pəricahan xanım onun sözünü kəsərək dedi:

-

Mən dəmirəm ki, qızım oynamaq bilməsin, lakin mən deyirəm ki, Mehdi



ağanın  nəvəsi  Ağca  xanıma  bir  qaraçı qızı  ilə yoldaş  olub,  oturub-durmaq

yaraşmaz. Bu ittifaqdan sonra, mən Ağca xanımı burada qoya bilməyəcəyəm. Mən

irəliki  kimi  şəhərə köçəcəyəm  və qızımı da pansiona  verəcəyəm.  Hüseynqulu ağa

burada qalsın, çünki şəhərdə yaşamağı sevmir.

Hüseynqulu ağa buna razı oldu.

* * *


Sabahısı günü Ağca xanım anası ilə şehərə köçdü. Yazıq qızcığaz istəkli dostu

Qaraca  qızla  görüşe  bilmədi.  Ağca  xanımın şəhərə koç-məsi  Qaraca  qıza  böyük

təsir  etdi.  Bir  tərefdən  Ağca  xanımın  aynlıq  həsrətİ,  o  biri  terəfdən  də onun  ata-

anasının arasma ədavət düşməsi Qaraca qızı çox qəmgin edirdi. Onu şad edən bir

şey  varsa,  o  da  qonaqlıqda  zühur  edən  ittifaqdan  sonra  Hüseynqulu  ağanın

günlərini dostu Səlim bəy və Rəhim bəygildə keçirib öz evində az görünməsi idi ki,

beləliklə də Qaraca qızı da oynanıağa çağırmırdı. Bundan elavə Qara-ca qız özü də

oynamağı tərk etmişdi. O, günlərini bağda keçirirdi. Yoldaşı da Qara köpək idi. Bu

it Qaraca qızla elə dost olmuşdu ki,  yanından iraq olmaq istəmirdi. Qaraca qız da

onu  elə öyrətmişdi  ki,  hər  istədiyini  edirdi.  Piri  kişi  həmişə bunları  bir  yerdə

görəndə gülüb deyirdi:

- İki qara yaxşı tapışmısınız.

Bir  ittifaqdan  sonra  Qaraca  qızın  Qara  köpəyə məhəbbəti  daha  da  artmışdı.

Belə ki,  bir  gün  Qaraca  qız  moruq  yığmaq  qəsdi  ilə cəvərəni  görürüb  meşəyə

getmişdi.  Qara  köpək  də yanında  idi.  Meşə Hüseynqulu  ağanın  mülkündə idi.

Qaraca qız azmaqdan və meşə heyvan-




Milli Kitabxana

405


larından  qorxmurdu,  çünki  hər  iki  halda  qara  köpəyin  onu  xilas  edə biləcəyini

anlayırdı.  Meşədə cəvərəni  moruq  ilə doldurub  evə tərəf  üz  qoydu.  Meşənin

içindən dəmir yolu gedirdi. Qaraca qız yolu keçdiyi zaman ayağı büdrəyib yıxıldı

və moruğu yola töküldü. Bunu yığan vaxt vaqon qatarı göründü. Qaraca qızın başı

moruğunu qarışıb qatarın gəlməsindən xəbəri yox idi. O vaxt Qara köpək meşədən

yola çıxdı  və Qaraca qızı başı aşağı  moruğ  yığan və qatarı iti gələn görüb ildırım

kimi  götürüldü  və Qaraca  qıza  elə döş  vurdu  ki,  o  da,  özü  də derəyə uçdular,

Qaraca qızm sağ ayağı kola ilişib qanadı. Bunun ağrısından və Qara köpəyin belə

hərəkətindən  acıqlanıb  qışqırdı.  Amma  başını  yuxarı  qaldırdıqda  vaqon  qatarının

keçdiyini  gördü.  Qaraca  qız  anladı  ki,  ağıllı  köpək  onu  bu  tövr  ölümdən

qurtarmışdır. Ona görə də dərhal acığı yatdı və Qara köpəyin başını sığallayıb, onu

əzizlədi.  Sonra  yola  çıxdı  ki,  görsün  cəvərəsi  necə olmuşdur.  Gördü  ki,  ondan

ancaq  qırılıb  yerə tökülmüş  çöplər  qalmışdır.  Qaraca  qız  ölümdən  qurtarmasına

çox şad olub, cəvərənin tələf olmasına bir o qədər də yanmadı.

Bu  xəbər  gedib  şəhərə də çatmışdı.  Ağca  xanım  dostu  Qaraca  qızın  ölümdən

xilas olmasına çox şad olub atasına yazdığı məktubun içində bir şahı iriliyində zərli

bir kağız da qoymuşdu ki, bu da mənim tərəfimdən Qara köpəyə bəxşiş olsun.

* * *


Yayın  axır  günləri  idi.  Ağca  xanımın  pansiona  girməsinə az  qalmışdı.  O,

anasından  rica  etdi  ki, bu  axır  günlərini  kəndlərində keçirməyə izin  versin.

Pəricahan xanım razı olub dedi:

- Yaxşı, qızım, mən özüm də səninlə bərabər oraya gedəcəyəm ki, bir az rahat

olaq.  Yoxsa,  burada  gəlib-gedənlərin əlindən  bir  dəqiqə asudə deyiləm.  Ancaq

Ağca,  şərtim  budur  ki,  o  qaraçı  qızı  ilə tamamilə əlaqəni  kəsməlisən.  Sən  bəy

qızısan,  elə rəiyyət  qızı  ilə oturub-durmaq  sənə yaraşmaz.  O  gün  atan  şəhərə

gəlmişdi  özü  tutduğu əməlindən  peşiman  olmuşdur.  O  deyirdi  ki,  mən  arvadımın

acığına Ağcanı Qaraca qızla görüşdürürdüm. Yoxsa, qızımın öz qaravaşilə dostluq

etməsinə heç mən də razı deyiləm. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də,

Qaraca qızı da qovacağam.



Milli Kitabxana

406


Bu xəbərdən Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə şad

deyildi. O idi ki, səhəri günü anası onu yuxudan qaldırdıqda dedi:

-

Ana, mən kəndə getmək istəmirəm.



-

Nə üçün, dünən sən özün dəmirdinmi? Qalx, tənbəllik etmə. Ağca xanım

istər-istəməz  qalxıb  geyindi.  Pəricahan  xanım  kəndə gələcəklərini  teleqrafla

Hüseynqulu ağaya xəbər verdi.

Qatar  stansiyada  dayandıqda  Ağca  xanım  pəncərədən  atasını  görüb  çağırdı.

Vaqondan  endikdə Ağca  xanım  Qaraca  qızı  kənarda  durmuş  gördü.  Pəricahan

xanımın  başı  şeylərinə qarışmışdı.  Nökərlər  şeyləri  alıb  faytona  yığırdılar.  Ağca

xamm bundan istifadə edərək, gizlincə, Qaraca qızın yanına qaçıb onunla görüşdü.

-

Tez  ol,  get,  xanım  bizi  burada  görməsin,  yoxsa  yenə acığı  tutar, - deyə



Qaraca qız Ağca xanımı tələsdirdi.

-

Doğru  deyirsən,  sonra  görüşərik, - deyə Ağca  xanım  ata-anasına  yanaşdı



və faytona minib yola düşdülər.

Ağalar  qapıya  çatdıqda  xidmətçilər  həyətdə cərgə ilə düzülüb  zalım  xanımın

qorxusundan  tir-tir əsirdilər.  Bunların  içində Piri  kişi  də vardı.  Pəricahan  xanım

Qaraca qızı orada görməyib, qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:

-

Qızım,  bu  da dostun  Qaraca  qızın  vəfası,  gör  səni  necə tez  yadından



çıxarmış.

Ağca xanım anasının bu tənəsinə səbir edib, sirrin üstünü açmadı. Sabahı günü

Mariya  İvanovna  da  gəlib  çıxdı.  Ağca  xanımın  buraya  gəlməkdə məqsədi  Qaraca

qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox bikef və qəmgin idi.

* * *

Qaraca  qız  da  qəmgin  idi.  Komadan  çıxmaq  istəmirdi.  Gün  çıxıb  qalxmışdı.



Qaraca qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.

-

Qızım,  nə çox  yatmısan,  sən  heç  belə gecikməzsən,  azarlı  deyilsən  ki, -



deyə Piri kişi soruşdu.

-

Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur.




Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə