Spektroskopiya


Aşağıdakı şərtləri təmin edən reagentlər ən yaxşı fotometrik reagent hesab edilir.  1



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix17.05.2022
ölçüsü1,39 Mb.
#87139
1   ...   26   27   28   29   30   31   32   33   34
M-8-molekulyar spektroskopiya

 

Aşağıdakı şərtləri təmin edən reagentlər ən yaxşı fotometrik reagent hesab edilir. 



1. 

Kompleks  və  reagentin  maksimum  işıqudma  fərqi 



=



k

-



R

  böyük  olsun.  Burada 



və 



R

-



kompleks və reaktivin maksimum işıqudmasına uyğun dalğa uzunluğudur. 

2. 

Molyar işıqudma əmsalının ən böyük mütləq və nisbi dəyişməsi 



=



k

-



və 


=

təmin olunsun. 



Əgər birləşmənin və reagentin molyar işıqudma əmsalı məlum deyilsə, bu zaman optik sıxlığın ən böyük 

mütləq qiyməti - yəni birləşmənin reagentin artığı ilə birlikdə optik sıxlığı ilə reagentin optik sıxlığının ən 

böyük fərqi 

A=A



r

-A



təmin olunsun. 

3. 

Kompleksin və reagentin rəngli formalarının əmələ gəldiyi pH fərqinin ən böyük qiyməti 

=pH


k

-

pH



R

 təmin olunsun. 



4. 

pH-ın ən böyük intervalında məhlulun optik sıxlığının sabitliyi təmin olunsun. 

Fotometrik  analizdə  istifadə  olunan  reaktivlərin  əksəriyyəti  kompleks  əmələ  gətirir.  Bu  reagentlər 

müəyyən  qrup  metal  ionu  ilə  kompleks  birləşmələr  əmələ  gətirirlər.  Əgər  fotometrik  analizdə  istifadə 

olunan reagent  yalnız müəyyən qrup metal ionu ilə rəngli birləşmələr əmələ gətirirsə, bu reagent 

seçici

 

olur. Seçici reagentlərin köməyi ilə müəyyən metal ionlarını başqa metal ionlarının iştirakı ilə təyin etmək 



olur. Əgər reagent ancaq bir metal ionu ilə xarakterik birləşmə verirsə, reagent 

spesifik

 olur. 


R

k

ε



ε


Səh. 

18

 

 



Reagentin  seçiciliyi  kompleksəmələgəlmədə  və  bu  kompleksin  xassəsində  özünü  büruzə  verir. 

Kompleksəmələgəlməyə  görə  seçicilik

  əmələ  gələn  birləşmənin  davamlılığından; 

kompleksin  xassəsinə 

görə seçicilik 

isə, birləşmənin elektron quruluşundan, simmetriyadan və s. asılıdır. Kompleksin davamlı-

lığı  atomun  və  reagentin  fiziki-kimyəvi  xassəsindən,  əsasən,  onların  elektron  quruluşu  və  simmetriya-

sından asılıdır. Mərkəzi atomun yükündən, ion radiusundan, elektron qu-ruluşundan və polyarizə olunma-

sından asılı olaraq, müxtəlif reagentlərlə müxtəlif davamlılıqda olan birləşmə əmələ gətirir. Lakin oxşar 

elektron quruluşlu metal ionlarının eyni bir reaktivlə əmələ gətirdiyi birləşmələrin davamlılığı yaxın olur. 

Bu  cür  reaktivlərin seçiciliyini  artırmaq üçün həmin reaktivlərin tərkibinə müxtəlif qruplar  daxil etmək 

lazım  gəlir.  Analitik  reagentin  seçiciliyi  üçün  reagentə  daxil  edilmiş  qrupun  sterik  təsirinin  böyük  əhə-

miyyəti vardır. Steriki təsir xüsusən daxili kompleks birləşmələrdə özünü daha qabarıq göstərir. 

Fotometrik analizdə istifadə edilən reagentlərin seçiciliyini artırmaq üçün, təyinata mane olan ionları 

pərdələmək lazımdır. Məsələn, hər hansı bir ionun təyinində Zn(II) mane olursa, oraya bir qədər CN

-

 ionu 


əlavə  etməklə,  sinki  daha  davamlı  siamid  kompleksinə  keçirmək  olar  ki,  bununla  da  sinkin  maneçiliyi 

aradan qalxmış olar. 

Rəngli  birləşmənin  əmələ  gəlməsi  üçün  reaktivin  lazımi  miqdarını  həm  nəzəri  olaraq  hesab-lamaq, 

həm də təcrübi yolla tapmaq olar. Təcrübələr reaksiya məhsulunun maksimal əmələ gəl-məsinə qədər da-

vam etdirilir və optik sıxlığı ölçülür. Optik sıxlığın reaktivin qatılığından asılılıq qrafiki qurulur. Reaktiv 

əlavə edildikcə, o verilən metal ionu ilə kompleks birləşmə əmələ gətir-diyindən optik sıxlıq artır. Əgər 

əmələ gəlmiş birləşmə davamlıdırsa, əyri birdən-birə sınır ki, bu da reaktivin minimum miqdarını göstə-

rir. Əgər əmələ gələn birləşmə az davamlıdırsa və ya kompleks əmələgəlmə prosesi daha mürəkkəbdirsə, 

sınma tədricən baş verir. Belə halda reaktivin  lazımi  miqdarını tapmaq mümkün  olmur. Onda reaktivin 

lazım olan miqdarı o miqdar hesab edilir ki, həmin əlavə olunmuş miqdarda optik sıxlığın artması praktiki 

olaraq dayanmış olsun. Bəzi halda optik sıxlığın reaktivin qatılığından asılılıq əyrisini çıxarmaq mümkün 

olmur.  Bu o hallarda müşahidə olunur ki, reaktivin miqdarı az olduqda, təyin olunan ion çöküntü əmələ 

gətirsin. Belə hallarda reaktivin miqdarını sabit saxlayıb təyin olunan ionun qatılığını dəyişirlər.  

Miqdari  analizin  bəzi  metodlarında  (məsələn,  qravimetrik)  olduğu  kimi  fotometrik  metodda  da 

təyinat zamanı rəngli birləşmə əmələ gətirən reagenti müəyyən qədər artıq götürmək lazım gəlir. Reagent 

miqdarının artıq götürülməsi bir tərəfdən əmələ gəlmiş birləşmənin dissosasiyasını azaldır, digər tərəfdən 

məhlulda gedə  biləcək digər reaksiyaların  qarşısını  alaraq, tarazlığı  foto-metrlənən birləşmənin  alınması 

istiqamətinə yönəldir. Ümumiyyətlə rəngli birləşmənin əmələ gəlməsi və onun rənginin intensivliyi reak-

tivin əlavə edilən miqdarı və bəzən də əlavə edilmə ardıcıllığından da asılı olur. Əksər hallarda rəngli bir-

ləşmə əmələ gətirən reagenti əlavə etdikcə, fotometrlənən birləşmənin miqdarı artdığından rəngin inten-

sivliyi artır. Bu müəyyən qatılığa qədər davam edir, sonra isə rəng sabit qalıb, reagentin artığının təsirin-

dən dəyişilmir. Bəzi halda əlavə edilən reagentin artığı rəngin intensivliyini azaldır. 

Ümumi halda, əlavə edilən reaktivin miqdarı əmələ gələn rəngli birləşmənin davamlılığından asılıdır. 

Davamlı birləşmələrdə (K=1∙10

-15

-1∙10


-17

)  təyin olunan ionu rəngli birləşməyə keçirmək üçün əlavə edi-

lən reagent stexiometrik miqdardan 30-50 % artıq götürülür.  Rəngli birləşmənin davamlılığı az olduqda, 

reagenti stexiometrik miqdardan 10 və daha artıq dəfə çox götürmək lazım gəlir. Fotometrik analizdə is-

tifadə  edilən  reagentlər,  əksər  hallarda,  özləri  də  rəngli  olurlar  və  kompleksin  işıq  udduğu  dalğa  uzun-

luqlarında onlar da müəyyən miqdar işıq udurlar. Buna görə də fotometrik analizdə reagentin miqdarını 

istənilən  qədər  də  çox  götürmək  əlverişli  olmur.  Bəzi  hallarda,  reagentin  miqdarının  dəyişməsi  foto-

metrlənən birləşmənin tərkibini də dəyişir. 




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə