Spektroskopiya



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix17.05.2022
ölçüsü1,39 Mb.
#87139
1   2   3   4   5   6   7   8   9   ...   34
M-8-molekulyar spektroskopiya

Buqer-Lambert-Ber

  və  additivlik  qanunları  ilə 

təsvir olunur. UB- və görünən spektr oblastlarında molekulyar absorbsion spektroskopiya metodunu adə-

tən 


spektrofotometriya

 adlandırırlar. Spektral cihazın tipindən asılı olaraq fotometrik və spektrofotomet-

rik metodları fərqləndirirlər. Onların müqayisəli xarakteristikası 1-ci cədvəldə verilmişdir. Hər iki metodu 

fotometrik analiz metodları qrupunda birləşdirirlər. Təyin spektrin görünən hissəsində aparılarsa, çox vaxt 



fotokolorimetriya

 terminindən istifadə edilir. Əgər fotometrik tədqiqat görünən oblastdan başqa UB, İQ- 

və ya başqa oblastda aparılarsa, onda kolorimetriya terminini işlətmək olmaz. Spektrofotometrik analizdə 

monoxromatik şüa selindən (müəyyən dalğa uzunluqlu şüa), fotokolorimetrik metodda - polixromatik şüa 

selindən istifadə olunur.  Fotokolorimetrik metod  məhlulda maddənin  qatılığının təyinində  tətbiq  olunur. 

Spektrofotometrik  metod  tətbiq  etməklə  təkcə  maddələrin  qatılığını  deyil,  həm  də  onların  tərkibini,  da-

vamlığını və optik xarakteristikasını müəyyən etmək olar. Spektrofotometrik analizdə monoxromatik şüa 

seli monoxromatorlar, fotokolorimetrik analizdə isə maksimal şüalanma oblastı işıq süzgəcləri vasitəsilə 

ayırılır. 

Spektrofotometriya

  rəngli  və  rəngsiz  məhlullardan  keçən  işıq  selinin  udulmasının  ölçülməsinə 

əsaslanır. 

Kolorimetriya və fotokolorimetriya

 rəngli məhlullardan keçən işıq selinin udulmasının ölçülmə-

sinə  əsaslanır. 

Kolorimetriya  metodu

  spektrin  gorünən  sahəsində  işıqudmanın  vizual  ölçülməsinə  əsas-

lanır. 

Cədvəl 1.

 Fotometrik analiz metodları 

Metod 

Cihazın 


 tipi 

İşçi spektr 

oblastı, nm 

Monoxromatik-

ləşdirmə üsulu 

Qeydə alınan siqnallar 

Fotometriya 

Fotometr 

(fotokolorimetr) 

Görünən 


400-750 

İşıq süzgəci 

Optik  sıxlıq  və  ya  işıq  süzgəcinin  bura-

xılma zolağına uyğun dalğa uzunluğu ob-

lastında işıq buraxma 

Spektrofoto- 

metriya 

Spektofo- 

tometr 

UB və  


gürünən 

100-750 


Monoxromator  və 

ya polixromator 

λ=const  olduqda  optik  sıxlıq  və  ya  işıq 

buraxma;elektron udma spektrləri A=f(λ), 

A=f(ν), T= f(λ), T=f(ν), 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə