Spektroskopiya



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix17.05.2022
ölçüsü1,39 Mb.
#87139
1   2   3   4   5   6   7   8   9   ...   34
M-8-molekulyar spektroskopiya

 

 


Səh. 

2

 

 



8.1. İşıqudmanın əsas qanunları 

Absorbsion  spektroskopiya  üsulları  maddə  tərəfindən  udulan  şüanın  intensivliyinin  ölçülməsinə 

əsaslanır. Maddə h

 kvant enerjisinə malik şüanı udarkən onu əmələ gətirən hissəciklər yüksək energetik 



hallardan birinə, ən çox I həyəcanlanmış səviyyəyə keçir. 

Əgər emission spektral analizdə əsas yeri həyə-

canlanmış atom və ya ionun şüa buraxması tutursa, absorbsion spektroskopiyada əsas yeri şüa kvantları-

nın udulması prosesi tutur. 

Rəngli məhluldan keçən şüanın intensivliyi (I) həlledicidən keçən şüanın in-

tensivliyindən (I

0

) fərqlənir. Rəngli məhlul tərəfindən şüanın bir hissəsi udulduğu halda, saf həlledici tə-



rəfindən həmin dalğa uzunluqlu şüa udulmur. Rəngli maddələrlə  işıq şüaları arasında qarşılıqlı təsir baş 

verir. Yəni müəyyən dalğa uzunluqlu şüalarla qarşılıqlı təsirdə olan rəngli maddə tərəfindən işıq şüaları-

nın intensiv udulması baş verir. Rəngli birləşmələrin məhlullarında şüaudan mərkəzlər vardır. İşıq şüasını 

udmayan maddələrdə belə mərkəzlər olmur, ona görə də işıq şüaları ilə maddə arasında qarşılıqlı təsir baş 

vermir. Bu səbəbdən saf su və digər həlledicilərdən şüa keçdikdə onun udulması baş vermir. Rəngli məh-

lul təbəqəsinə şüa ilə təsir etdikdə şüanın bir hissəsi məhlul olan küvetin səthindən əks olunaraq qayıdır, 

bir hissəsi udulur, bir hissəsi isə rəngli məhlul təbəqəsindən keçir. Küvetin divarlarının qalınlığı eyni ol-

duğundan şüanın qayıtması həmişə sabit olur.   Bunu nəzərə alaraq  



T



0

                                                                             (1) 



yazmaq olar. 

Burada I və I

0

 – məhluldan və həlledicidən keçən işığın intensivliyidir.  



 

Bu tənlik məhlulun şəffaflığını göstərir. T





şüaburaxma əmsalı

 

adlanır


Mütləq şəffaf məhlullar üçün 

T=100%,  mütləq  qeyri-şəffaf  məhlullar  üçün  T=0.  Alınan  T  kəmiyyətinin  əks  işarə  ilə  onluq  loqarifmi 

optik sıxlıq (işıq udma) adlanır.  



A

T







0

0



lg

lg

lg



                                                                

 (2) 


Burada A-optik sıxlıqdır.  

Rəngli  məhlullardan  şüa  keçdikdə  onun  intensivliyinin  azalması 




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə