Spektroskopiya



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix17.05.2022
ölçüsü1,39 Mb.
#87139
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
M-8-molekulyar spektroskopiya

 

Frank-Kondon

 

prinsipi



  böyük  əhəmiy-yətə  malikdir.  Molekulun  işıq 

kvantı ilə qarşılıqlı təsiri zamanı elektron təbəqəsi o qədər sürətlə həyəcanlanmış hala keçir ki, nüvələrin 

vəziyyətinin dəyişməsinə inmkan olmur. Elektron keçidi zamanı nüvələrarası məsafənin dəyişməməsi onu 

göstərir  ki,  potensial  enerji  əyrilərində  bu  keçid  şaquli  xətlə  ifadə  olunmalıdır  (şəkil).  Nüvələrarası 

məsafənin dəyişmə-məsi ilə elektron kеçidləri daha ehtimallıdır və onlara udma spektrində daha intensiv 

zolaqlar uyğun gəlir.  

Kompleks  birləşmələrdə  elektron  spektrlərinin  meydana  gəlməsi  hər  şeydən  əvvəl  aşağıdakı 

səbəblərlə əlaqədardır. 



1.

 Keçid elementlərin ionlarının (



d

1

-d

9

 ) kompleksəmələgəlməsi zamanı liqandların sahə təsiri altında 



d

-orbitalların eyniliyi pozulur və onların enerjisi qeyri-bərabər olan bir neçə yarımsəviyyəyə parçalanması 

baş  verir.  Nəticədə  kompleksdə  d-elektronlar  işıq  kvantlarını  udaraq  enerjisi  az  olan  yarımsəviyyədən 

enerjisi çox olan yarımsəviyyəyə keçir; 



d



-d

’’

keçidləri 



d-

element ionlarının ammin- və akvokompleksləri 

üçün xarakterdir. Bu keçidlər görünən oblastda az intensiv udma zolaqları əmələ gətirir. 

2.

 Dolmuş 


π-

orbitallarına malik liqandlar elektronlarını metal ionunun vakant orbitallarına verə bilər. 

Yük keçidi ilə əmələ  gələn bu komplekslər spektrdə  yüksək intensivlikli maksimum  əmələ gətirir. Yük 

keçidi ilə komplekslərə, məsələn, [Fe(SCN)

3

] aiddir. 



3.

 Tutulmamış 



π

-orbitalına və π-akseptor qabiliyyətinə malik liqandlar bu orbitallara metal ionlarının 

d-elektronlarını  qəbul  edə  bilər.  Donor  rabitəli  (dativ,  əks  koordinasion)  komplekslərin  spektrində  in-

tensiv udma zolaqları olur. 2,2-dipiridil, 1,10-fenantrolin və s. belə komplekslər əmələ gətirir.  




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə