Spektroskopiya


Absorbsion spektroskopiya cihazlarının əsas hissələri



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix17.05.2022
ölçüsü1,39 Mb.
#87139
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
M-8-molekulyar spektroskopiya

8.6. Absorbsion spektroskopiya cihazlarının əsas hissələri 

 

Absorbsion spektroskopiyada istifadə  olunan  cihazların  əsas  hissələri aşağıdakılardır: işiq mənbəyi, 



monoxromator, içərisində tədqiq olan maddə olan küvet, reseptor (işiq qəbuledicisi). Buraya linzalardan, 

prizmalardan və güzgülərdən ibarət optik sistemi də əlavə etmək lazımdir. Optik sistem paralel işiq dəs-

təsi  yaratmağa,  işiğin  istiqamətini  və  fokusunu  dəyişməyə,  habelə  işıq  sellərinin  intensivliyini  bərabər-

ləşdirməyə (diafraqmalar, optik paz və s.) xidmət edir. Absorbsion spektroskopiya cihazlarında işiq mən-

bəyindən  çıxan  işiq  monoxromatordan  keçərək  içərisində  tədqiq  olunan  maddə  olan  kuvetə  düşür.  Kü-

vetdən keçən işiğin intensivliyi işiq qəbuledicisi ilə (reseptorla) ölçülür. Praktiki olaraq adətən küvetdən 

keçən  işığın  intensivliyi  ilə  həlledicidən  və  ya  xüsusi  seçilmiş  müqayisə  məhlulundan  keçən  işığın 

intensivliyi nisbəti müəyyən olunur. 

Spektrofotometrin  keyfiyyətini  müəyyən  edən  əsas  parametrlərə  şüa  mənbəyinin  intensiv-liyi, 

işığın monoxromatikləşdirilmə effektivliyi və detektorun həssaslığı aiddir. 




Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə