Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə61/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

XV
 FƏSIL
 
HÜQUQ SOSİOLOGİYASI 
1.
 
Hüquq sosiologiyasının predmeti 
Hüquq  sosiologiyası  hüquq  elmləri  ilə  sosiologiyanın  qovuşuğunda  yerləşən  bilik  sahəsidir.  O,  ümumi 
sosiologiyanın tərkib hissəsi kimi onun mövcud vasitələrindən faydalanır (anket sorğusu, müşahidə, müqayisə, testlər, 
eksperiment və s.); fəlsəfə, sosial psixologiya, statistika, riyaziyyat kimi bilik sahələrindəki nailiyyətlərə arxalanaraq, 
hüquqi münasibətlərin öyrənilməsinə fənlərarası mövqedən yanaşır. Sosioloji yanaşma hüququn və hüquqi hadisələrin 
tədqiq edilməsində ehkamçı və sırf normativ baxışları aradan qaldırır. O, sistemli və funksional üsullara əsaslanaraq 
normayaratma, qanunvericiliyin səmərəliliyi, ədalət mühakiməsinin qeyri-formal mexanizmi, hüquq və qanunvericilik 
barədə əhalinin rəyi, hüquqi düşüncənin (şüurun) təşəkkül tapması, hüquqi sosiallaşma və s.  kimi  məsələləri geniş 
şəkildə öyrənir. 
Sözün  geniş  mənasında  götürdükdə  hüquq  sosiologiyası  hüquqi  aktların  və  ayn-ayn  normalarm  real 
fəaliyyətini, adətlər, əxlaq, qrup dəyərləri və yönümlər, ictimai rəy və s. daxil olmaqla, bütövlükdə sosial tənzimləmə 
fonunda və onunla birgə təhlil edir. O, hüquqi məna kəsb edən sosial-hüquqi hadisələri və hüquqi xarakterli müxtəlif 
amilləri (ailə, mülkiyyət məsələləri, təsərrüfat müqavilələri, dövlətin planlı-tənzimləyici fəaliyyəti və i.a.) kompleks 
şəkildə  götürür.  Hüquq  sosiologiyasmda  qanunların  və  ayn-ayn  normalann  səmərəliliyinin,  hüququn  əsas  sosial 
funksiyalanmn  -  tənzimləyici,  tərbiyəvi,  plan  -  proqnostik  flınksiyalannm,  hüquq  və  ədalət  məhkəməsi  barəsində 
ictimai rəyin öyrənilməsinə, hüquqi peşələrin nüfuzuna və s. xüsusi diqqət yetirilir. [262 - 263] 
Hüquqa  ictimai  həyatın  dinamizmini  təmin  edən  vasitə  kimi  sosioloji  yanaşma  XIX  əsrin  ikinci  yansmda 
əvvəlcə  Avropada  formalaşmış,  sonra  isə  ABŞ-da  daha  geniş  yayılmışdır.  Hüququn  sosioloji  nəzəriyyəsinin 
nümayəndələri C. Lyüi, R. Paund, D. Frenk olmuşlar. Bu siyahıya həm də R. fon İcrinq (Almaniya), L. D5diqi və F. 
Ceni (Fransa), E. Erlix (Avstriya - Macanstan), S. Muromtsev (Rusiya) daxildirlər. 
Sosioloji istiqamətin  inkişafında  uzun  illər  Harvard  hüquq  məktəbinin  dekanı olmuş  Amerika  hüquqşünası 
Rosko Paund (1870-1964) da mühüm rol oynamışdır. Onun fikrincə, hüquq hər şeydən əvvəl faktiki hüquq qaydası və 
məhkəmənin fəaliyyət prosesidir. 
Sosioloji istiqamətin müxtəlif variantlarının səciyyəvi cəhətini hakimin mülahizəsinin azadlığı ideyası təşkil 
edir.  Onun  nümayəndələri  hüquqa  «anlayışların  hüquqşünaslığı»  adlandırdıqları  formal  -  ehkamçı,  normativ 
yanaşmanı tənqid edirdilər. Onlar hüquqa «hərəkətdə» və tətbiqolunma prosesi qismində yanaşırdılar. 
Aralarındakı müxtəlifliyə baxmayaraq, sosioloq-hüquqşünaslann baxışlarında ümumi cəhət ondan ibarətdir ki, 
onlann  hamısı  normalardan  asılı  olmayaraq  əmələ  gələn  və  mövcud  olan  «hüquqi»  münasibətlərin  məcmusunu: 
həyatda formalaşmış «sosial qayda» və ya «hüquq qaydasını», nəticə etibarilə isə «hökumətin, məhkəmələrin və digər 
dövlət orqanlarının və onlann vəzifəli şəxslərinin faktiki fəaliyyət tərzini» əsas götürürlər. 
Hüquq sosiologiyasının müsbət məqamını hüquqi tənzimləmədə baş verən real proseslərin nəzərə alınmasına 
istiqamətlənmə, onlann konkret - sosioloji üsullar əsasında öyrənilməsi təşkil edir. 
Hazırda Azərbaycanın hüquq doktrinası özünün nəzəri tədqiqatlardakı bəzi fərqlərinə baxmayaraq, normativ 
yanaşmadan  hüquq  sisteminin  sosioloji  dərketmə  üsullanna  keçidlə  səciyyələnir.  Hüquq  sosiologiyasının  müxtəlif 
aspektləri [263 - 264] Azərbaycan alimlərinin bir çox tədqiqatlannm mövzusu olmuşdur. 
Hüquq sosiologiyası hüququn sosial funksiyalarını hüquqi aktlann qəbul olunması və ictimai həyatda tətbiq 
edilməsi  ilə  bağlı  məsələlərin  öyrənilməsinə  istiqamətləndirir.  Huqüqi  tənzimləmənin  sosial  nəticələri  və  sosial 
səmərəliliyinin aşkara çıxarılması ən ciddi və mürəkkəb problemlərdən biridir. Çünki qanunvericilik aktlarının və digər 
normativ  aktlann  hazırlanması  ilə  yanaşı  həm  də  müvafiq  qanunverici  və  hüquqyaratma  orqanlarının  fəaliyyətinin 
öyrənilməsini  nəzərdə  tutur.  O,  həm  də  müxtəlif  ölkələrdə  və  müxtəlif  tarixi  dövrlərdə  bu  proseslərin  təbiətini, 
istiqamətini və fərqini göstərir. 
Sosial-hüquqi  tədqiqatlann  predmetini  hüquqi  aktlann  tərtib  edilməsi  zamanı,  yəni  sosial  münasibətlərin 
hüquqi normalar dilinə çevrilməsinin hazırlanması prosesində, eləcə də son həddə - hüquqi göstərişlərin şəxsiyyətin 
sosial davranışına keçirilməsi və gerçəkləşməsi gedişində təşəkkül tapan ictimai münasibətlər təşkil edir. 
Hüquq  elmində  konkret  sosioloji  tədqiqatlar  sosial  təsirin,  hüquq  və  onun  institutlanmn  səmərəliliyinin 
öyrənilməsinə,  hüququn  ictimai  münasibətlərə,  praktikaya  təsirinin  və  eləcə  də  sosial  amillərin  hüquqa  müqabil 
təsirinin aşkar olunmasına yönəlir. Sosiologiyanın bilavasitə tədqiqat predmetini isə ictimai münasibətlərin təşəkkülü 
və inkişafına təsir edən sosial amillərin qarşılıqlı əlaqəsinin sistemi və mexanizmi təşkil edir. 
105 


Beləliklə, sosiologiyanın predmeti ilə hüquqşünaslığm predmeti nəinki bir-biri ilə təmasdadır, bunlar həm də 
qismən üst-üstə düşürlər. Bununla belə, istər sosiologiyanın, istərsə də hüquqşünaslığm predmetinin hər birinin öz 
spesifikliyi vardır. Nəticədə sosiologiyaya və eyni zamanda (hüquqla tənzimləndiyindən) hüquq elmlərinin obyektinə 
daxil  olan  ictimai  münasibətlər  müxtəlifcür,  fərqli  aspektlər  və  üst-üstə  düşməyən  nöqteyi-nəzərlərdən  öyrənilir. 
Hüquq elmini ilk növbədə müvafiq ictimai münasibətin hüquqi forması,  [264 - 265] onun subyektlərinin hüquq və 
vəzifələrinin məzmunu maraqlandırır. Sosiologiya isə bu və ya digər ictimai hadisənin sosial mənşəyini, sosial yerini 
və  sosial  funksiyalarım  aydınlaşdırır.  Hüquqşünas  ailə-nikah  münasibətlərini  səciyyələndirərkən  əsas  diqqəti 
ər-arvadın hüquqi vəziyyətinə, uşaqların hüquq və vəzifələrinə yetirir. Sosioloqu isə ilk növbədə ailə üzvlərinin faktiki 
qarşılıqlı  münasibətləri,  yəni  onlann  bir-birinə  qarşı  rəğbət  və  ya  nifrəti,  qarşılıqlı  dəyərləndirmələri,  məhəbbət  və 
dostluq  hissləri  və  bu  hisslərin  insanların  davramşmdakı  müxtəlif  təzahürləri  maraqlandırır.  Bu  halda  o,  bütün  bu 
vəziyyətləri (hallan) həm onlann sosial amillərlə şərtlənməsi nöqteyi- nəzərindən, həm də müasir cəmiyyətdə ailənin 
funksiyalan və roluna təsiri baxımından nəzərdən keçirir. 
Hüquqi münasibətlər cəmiyyətin iqtisadi, siyasi, təşkilati, ailə və s. münasibətləri ilə qınimaz surətdə bağlıdır. 
Hüquq  sosiologiyası  kimi  müstəqil  fənnin  və  elmi  istiqamətin  zəruriliyi  hər  şeydən  əvvəl  məhz  bununla  müəyyən 
olunur. 
Real  həyatda  faktiki  münasibətlərin,  hüquq  normalannm  və  hüquq  münasibətlərinin  qarşılıqlı  əlaqəsi 
çoxşaxəlidir, lakin burada iki əsas tərəfi ayırmaq vacibdir. Birincisi, hüquq normalannm əmələ gəlməsi mexanizminə 
aiddir.  Məlumdur  ki,  onlar  bir  tərəfdən  mövcud  faktiki  münasibətlər  əsasında  təşəkkül  tapır,  digər  tərəfdən  isə  bu 
münasibətləri qanunvericilik iradəsinə uyğun olaraq, ictimai inkişafın meyllərini, cəmiyyətin və dövlətin ehtiyaclanm 
və vəzifələrini nəzərə almaqla özünəməxsus şəkildə əks etdirir. 
Hüquq  normalannm  həyatın  tələblərini  nə  dərəcədə  düzgün  əks  etdirməsi,  onların  real  vəziyyətə  uyğun 
olub-olmaması,  faktiki  ictimai  münasibətlərin  gələcək  inkişafına  zəmin  yaradıb-yaratmaması,  zəruri  münasibətləri 
təsbit  edib-etməməsi  və  sair  məsələlər  hüquq  normalannm  sosial  baxımdan  şərtləndiyini  göstərir  və  hüquqi 
münasibətlərin aynimaz tərkib hissəsi kimi çıxış edir. [265 - 266] 
Hüquqi münasibətlərlə faktiki ictimai münasibətlər arasındakı qarşılıqlı əlaqələrin ikinci tərəfi hüququn, onun 
institutlan  və  normalannm  sosial təsiri  və  sosial  səmərəliliyinin  öyrənilməsi  ilə bağlıdır.  Burada  həm  də  hüquq  və 
onunla tənzimlənən ictimai münasibətlər arasında olan əks əlaqə özünü büruzə verir. 
Hüququn sosial təsiri onun sosial amillərlə şərtlənməsinin öyrənilməsi ilə aynimaz surətdə bağlıdır. Bu iki 
hadisə  arasında  sıx  qarşılıqlı  əlaqə  mövcuddur.  Belə  ki,  bu  və  ya  digər  hüquq  norması  həyatın  tələblərindən  irəli 
gəlmirsə, onun tətbiqinin müsbət nəticə verəcəyinə inanmaq olmaz. Digər tərəfdən, yalnız hazırkı qanunvericiliyin 
səmərəliliyinin öyrənilməsi əsasında onun gələcək mövcudluğu ilə bağlı faydalı təkliflər irəli sürmək mümkündür. 
Hüququn sosial şərtlənməsi onun normalannm yaranması yollannm kim tərəfindən təklif edilməsi ilə bağlıdır. 
Burada həm də hüquq normalannm qəbul olunması və dəyişdirilməsi məsələləri, habelə bu dəyişikliyin hansı faktiki 
şərtlərdən irəli gəlməsi, qərarlarmı necə yerinə yetirilməsi (icrası və səmərəliliyi) mühüm yer tutur. 
Əslində hüquqyaratma prosesi və onun hər bir mərhələsi formaca hüquqi, məzmunca sosial-siyasi fəaliyyətdir. 
Məhz  bu  fəaliyyətdə  hüququn  təşəkkülü  qanunauyğunluqlan,  onun  sosial  şərtlənməsi,  tarixi  reallığın  obyektiv 
xüsusiyyətləri ilə qanunvericinin subyektiv təsəvvürləri arasındakı əlaqə konkret şəkildə üzə çıxır. 
Apanimış  sosioloji  tədqiqatlar  göstərir  ki,  qərarlarm  qəbulu  mexanizminin  fəaliyyətində  bir  çox  çətinliklər 
ortaya  çıxır.  Belə  ki,  XX  əsrin  90-cı  illərinin  əvvəllərində  Azərbaycanda  hüquq  yaradıcılığı  bir  sıra  səhvlər  və 
çatışmazlıqlarla müşayiət olunmuşdu. Bunlara misal olaraq, cinayət və mülki qanunvericiliyində qanunlann işlənib 
hazırlanması və hüquq-mühafizə orqanlarında islahatlann apanimasmm vahid konsepsiyasının olmamasını, islahatlann 
prioritetlərinin  bəzən  təhrif  olunmasmı,  onlann  birtərəfliliyini,  humanistləşdirilmə  [266  -  267]  ideyasının 
şişirdilməsini, qanunlann ümumpreventiv əhəmiyyətinin inkar edilməsini və s. göstərmək olar. Bu, ölkədə kriminal 
vəziyyətin xarakterində və dinamikasmda uyğunsuzluğa gətirib çıxardı. Cinayət hüququ normalannm ümumprofilaktik 
funksiyalannm zəif işləməsi, cəzasızlığm artması və cinayətkar aləmin sıralannm çoxalması, ictimai rəydə qanunun 
gücsüzlü5di,  mütəşəkkil  cinayətkarlığın  qarşısının  alınmazlığı  barədə  fikrin  formalaşması,  vətəndaşlarda  onlann 
hüquqlannm və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsinə inamsızlığın artması, cəmiyyətin kriminallaşması 
prosesinin güclənməsi də bu qəbildəndir. 
Hüquqyaratma  prosesində  həm  də  onun  subyektlərinə  bö5dik  əhəmiyyət  verilir.  Qərarlann  hazırlanması, 
müzakirəsi, qəbulu və icrasmda əhalinin geniş iştirakı bu aktlann məzmununda onlann maraqlı olmasını təmin edir. 
Belə ki, Azərbaycan Respublikasmm 12 noyabr 1995-ci il Konstitusiya layihəsinin müzakirəsində 4 milyondan artıq 
insan  iştirak  etmişdi,  8  min  məktub  alınmışdı.  Konstitusiya  layihəsinin  ayn-ayn  maddələrinin  dəqiqləşdirilməsi, 
təkmilləşdirilməsi və onlara əlavələr edilməsinə yönəlmiş 3 min təklif irəli sürülmüşdü (Bax: «Azərbaycan» qəzeti, 7 
noyabr 1995-ci il). 
Hazırda demokratik prosedurun və qərarlann qəbulu amili kimi ictimai rəyin əhəmiyyəti getdikcə artır. Söhbət 
rəylərin, dəyərlərin və göstərişlərin sadəcə mərkəzləşməsindən deyil, əhalinin müxtəlif sosial qruplannm mənafelərini, 
ehtiyaclanm ifadə edən səlahiyyətli ictimai rəydən gedir. Belə ki, müasir şəraitdə 17-27 yaşlı gənc 
106 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə