Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə24/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   20   21   22   23   24   25   26   27   ...   159

102

S O N U N C U   FAT E H

At sahibi dedi: 

– Yəhərin qiyməti ayrıdır ha. Özü də xalis Sə mər-

qənd yəhəridir.

– Yaxşı da, qoy Səmərqənd yəhəri olsun. Üçü nə 

qədər eləyir?

– Cavan oğlan, – at sahibi dedi, – görürəm özbək 

deyilsən, türkmən də deyilsən. Danışığından qızılba-

şa oxşayırsan. Kimsən, nəçisən, nə sənətin sahibisən, 

atları hansı niyyətlə alırsan, məni  əsla maraqlandır-

mır. Beh versən, nə vaxt istəsən gəlib həyətdən atları 

yəhərləyib apara bilərsən. 

Nadir dedi:

– Bu cür mərd-mərdanə danışığına görə çox sağ 

ol. Bizdə məsəl var, deyərlər ki, «Zatını danan haram-

zadadır».  Əslinə qalanda, eyni kökdənik. Yəni eyni 

ağacın qol-budaqlarıyıq. Hələ, üstəlik, Allahımız bir, 

dinimiz bir, peyğəmbərimiz də birdir…

– Ona qalanda, külli-aləm bir-birinə qohumdur, 

ulu babamız Adəm, ulu nənəmiz də Həvvadır. 

– Hə, görürəm, bir-birimizi başa düşürük. İki  di  -

nar da yəhərlərə görə verərəm. Gedərik, evini gös-

tərərsən. Özün evdə oldun-olmadın, tapşırarsan, nə 

vaxt gəlsək, bəlkə də lap gecə gəldik, pulun qalanını 

alıb, bizi yola salarlar. Hələlik, mən sənə beh kimi bir 

qızıl dinar verirəm. Vəssalam, artıq heç bir söz-söhbət 

olmayacaq. Əl verirmi?

– Verir, – deyə at sahibi əlini irəli uzatdı. Bir-

birilərinin əlini sıxdılar. At sahibi dedi: 

– Gedək bizə, evimizi tanı. Yaxındadır. Bir piyalə 

çayımızı da iç...




103

N A D İ R   Ş A H   Ə F Ş A R

* * *

...Beləliklə, at məsələsi həll olundu. 



Nadir gəlib əhvalatı Əmirquluya danışanda, hə yə-

candan üz-gözü qıpqırmızı qızardı. Ürəyi hövl elədi.

– Nə cür elədin, necə behləşdin? – deyə soruşdu.

– Özünü ələ al, Əmirqulu, sonra, inşallah, yolda 

deyərəm. 

– Yəni o günü görəcəyik?

– Sən hələ də buna şəkk edirsən?

– Allah, Məhəmməd, ya Əli! – deyə  Əmirqulu 

əllərini göyə açdı. – Ey Xudavəndi-aləm, bizi darda 

qoyma, niyyət edirəm, sağ-salamat gedib elimizə-oba  -

mıza çıxaq,  İmam Rza əleyhissəlamın ziyarətgahına 

gedib, qurban kəsib, fəqir-füqaraya paylayacağam.

Axşam ikisi də sevinc və həyəcandan yata bilmir-

di lər. Allaha yalvarırdılar ki, Buxaralı Qəmbərlə arva dı 

yenə harasa getsinlər. Bunu gözləmək də səbir is təyirdi. 

Buxaralı Qəmbər hər gün harasa gedirdi. Am ma arva-

dı həmişə evdə olurdu. Qonşulara gedəndə də çox qal-

mırdı, necə deyərlər, «ciç» eləməmiş qayıdıb gəlirdi.

Günlər keçirdi. Nadirin səbri tükənirdi. Bilmirdi nə 

etsin. Çünki aralarında, heç olmasa, yarım günlük məsa-

fə lazım idi ki, arxadan gəlib onlara çata bil mə sinlər.

Nadir arada girəvə tapıb, at satan adama baş 

çəkmişdi, bu günlərdə amanatını  gəlib aparacağını 

demişdi. Kişi gülümsəyib atları həvəslə sığallayan Na-

diri süzsə də, bir söz deməmişdi… Nadir də, bəhanə 

tapmış kimi, atları  qəsdən özünə öyrəşdirirdi ki, sa-

bah yola çıxanda ortaya bir əngəl çıxmasın. 



104

S O N U N C U   FAT E H

Axır ki, bir gecə Nadirgil xəlvəti qaçıb getməyi 

qərara aldılar. Gündüz bu işin çətin olacağını yaxşı 

anlayırdılar... Arxadan gəlib onları haqlaya bilərdilər. 

Amma qaçmaqları gecə baş tutsaydı, sözsüz ki, saba-

ha qədər atları çapardılar, səhər də Buxaralı Qəmbər 

xəbər tutanda artıq gec olardı. Doğrudur, yenə dalla-

rınca gələ bilərdilər. Lakin çətin ki, çataydılar...

Həmin gün Nadir ilə  Əmirqulu sürünü otlaqdan 

evə tez gətirdilər. Buxaralı Qəmbərlə arvadı evdə yox 

idi lər. Zöhrə ata-anasının uzaq qohumlarına baş çəkə-

cəyi ni  demişdi. Hava bir balaca qaralan kimi, Zöhrənin 

açıq qoyduğu qapıdan sivişib çıxdılar. Əvvəlcə yaxın-

lıqdakı dükana gedib, yemək-içmək və bir bardaq su 

götürdülər, sonra at satan adamın evinə getdilər. Qa-

pını döyüb içəri girdilər. At satan adam aşağı enib:

– Hə, deyəsən, səfər vaxtı çatıb, – dedi. Və tövləyə 

gedib, atları  yəhərlədi, yüyənlərindən tutub gətirdi. 

Nadir onun ovcuna beş qızıl dinar qoydu. Kişi qızıl di-

narları bir-bir işığa tutdu və dişlədi, sonra gülümsəyib 

dedi:


– Barı yolu tanıyırsınızmı?

– Göydəki ulduzları tutub gedəcəyik. 

– Özünüzü heyvandan, qaçaq-quldurdan qoru-

maq üçün bir şeyiniz varmı?

– Üçümüzə bir xəncərimiz var.

– Hə, bu da igid adam üçün kifayətdir. Cavan, 

güclü oğlanlarsınız. Bir azdan Ay doğacaq. Karvan yo-

lu nu tutub gedərsiniz. Yoldan sapmayın, yoxsa azar-

sınız. Atları çox yormazsınız. Unutmayın ki, atının 

qədrini bilən igid mənzil başına sağ-salamat çatar. 




105

N A D İ R   Ş A H   Ə F Ş A R

Görüşüb ayrıldılar.

Nadir,  Əmirqulu və  İbrahim  şəhərdən çıxan 

kimi atları mahmızlayıb, elə sürət götürdülər ki, 

deyirdin, bəs, yel olub uçurlar. Dördnala çapdıq-

ları atların ayaqlarından toz qalxırdı. Nadir atının 

yalmanına yatıb, Zöhrənin onlar qapıdan çıxan-

da arxalarınca baxaraq, necə  ağladığını xatırladı. 

Qızın  əlini bir az qaldırıb, barmaqlarını asta-asta 

tərpətməsi – bu vida səhnəsi onun beynində ömür-

lük həkk olundu... 

Atları bir xeyli çapandan sonra, Nadir əlini qaldı-

rıb, Əmirquluya və İbrahimə tərəf qışqırdı: 

– Bir az yüyəni dartın, bu cür çox çapa bilmərik. 

Əmirqulu da çığırdı:

– Atların özləri çapmaq istəyirlər. 

– Hə, axı, bunlar vətən atlarıdır, qəribsəyiblər, 

yurd-yuvanın iyini alan kimi oyur-oyur oynadılar, 

bir də, tövlədə çox qalıblar, ona görə... Amma yorğa 

getsələr yaxşıdır. Tərlədib tələf edərik. 

Beləliklə, atların yüyənini bir az dartıb, yorğa sür-

məyə başladılar.

Nadirin arada gəlib tez-tez atları sığallaması, üzü-

nü onların üzünə sürtüb, alnını alınlarına söykəməsi 

öz bəhrəsini vermişdi. Heyvanlar artıq onun iyinə 

alışmışdılar. Bir də, həmişə bir yerdə olan atlar yenə 

bir yerdə olduqlarını görüb həvəslə yorturdular. 

Əmirqulu ilə İbrahim bir az qabaqda, Nadir də on-

ların arxasınca gedirdi. Bayaqdan yolu təxmini tutub 

çapırdılar. Sonra Ay doğdu, tabaq kimi yumru Ayın 

ziyası yolu işıqlandırdı, hər şey aydın göründü. 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə