Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə149/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   145   146   147   148   149   150   151   152   ...   159

627

N A D İ R   Ş A H   Ə F Ş A R

Nəqşicahan meydanında adamların gözü qar-

şısında bir neçə hindli, müsəlman, erməni tacir 

edam edildi. Fevral ayında Məşhədə  gələn Nadir 

şah burada bir çox dövlət məmurunu verdiyi hesa-

bata görə sorğu-sual etdi. Onların bəzisi ilə çox sərt 

danışdı… 

Uzun müddətli müharibələr, ölkədə baş verən xo-

şagəlməz hadisələr onun əsəblərini korlamışdı. Ələl-

xüsus da, ətrafındakıların riyakarlığı, nankorluğu onu 

çox hiddətləndirmişdi. 

Novruz bayramını Xorasanda qarşılayan Nadir 

şah türk səfiri Nazif Mustafa əfəndi ilə görüşmək 

üçün İraqi-Əcəmə yola düşdü. Qəzvinlə Tehran ara-

sında Sovucbulaqda – Kürdan adlı yerdə düşərgə qur-

du və burada sülh danışıqları aparmaq üçün İstanbul-

dan gəlmiş nümayəndələri təmtəraqla qarşıladı. 

Daş-qaşla bəzədilmiş libasında Təxti-Tavusda əy-

ləşən Şahənşahın iştirakı ilə şah sarayının əyanları və 

Osmanlı dövlətinin nümayəndələri arasında beş dəfə 

görüş keçirildi.

Nazif Mustafa əfəndi məzhəb məsələsində öz 

döv lətinin mənfi mövqeyini inkar etmədi, amma ərazi 

iddiası ilə bağlı  məsələnin hicri 1048-ci ildə bağlan-

mış Qəsri-Şirin müqaviləsinə

1

 əsasən həll olunmasını 



istədi.

Sərhəd məsələsində Nadir şah çox israr etmədi:

– Həsənəli xan, – deyə Nadir şah xitab etdi, – Na-

zif Mustafa əfəndi ilə danışıqları aparmaq səlahiyyəti 

sənə həvalə olunur. 

1

 1639-cu ildə.




628

S O N U N C U   FAT E H

Nadir şahın xoşməramlı mövqe nümayiş etdirməsi 

nəticəsində Rusiyanın iştirakı olmadan iki tərəf ara-

sında sülh müqaviləsi bağlandı və bu müqavilə bir ay 

sonra Bağdad valisi Əhməd paşa tərəfindən imzalan-

dıqdan sonra qüvvəyə mindi

1

.



Nadir  şah müqavilənin təsdiqlənmiş  mətnini 

müşaviri olmuş yaxın dostu Mustafa xan, tarixçisi 

Mirzə Mehdi və Osmanlı səfiri ilə birlikdə İstanbula 

yolladı. Onlar, həmçinin, Nadir şahın Osmanlı sulta-

nına hədiyyə kimi göndərdiyi Omman mirvarisi ilə 

bəzədilmiş qızıl taxt, «fili-rəqqasi» və başqa qiymətli 

əşyalar da apardılar

2

.



İstanbula çatan kimi Nazif Mustafa əfəndi Nadir 

şahın məktubunu Osmanlı sultanına təqdim etdi.

Məktubda Nadir şah, Səfəvilərin müxtəlif vaxtlar-

da bağlanmış müqavilələrlə Osmanlı dövlətinə güzəştə 

getdiyi torpaqlardan əl çəkdiyini bəyan edirdi.

Nadir şah məktubunu bu fikirlə tamamlayırdı:

«…Bahar cənnətinin xaqanı Dördüncü Sultan Mu-

rad xanın zamanında bağlanmış barışa  əsaslanaraq, 

bu işə həmin yolla əncam verilməsinə və onun yerinə 

yetirilməsinə ümid bəsləyir və Nadir şah dövlətini 

ayrı bilməyib, işlərin elə qayda ilə getməsini istəyirik 

ki, inşallah-təala, iki dövlət və iki həzrətin sələfləri ilə 

xələfləri arasındakı dostluq ilə birlik bu dünyada öz 

möhkəmliyini saxlasın. 

…Buna görə o həzrətin istədiklərini imzalayıb, 

xilafət sarayının guşənişinlərinin nəzərimizə çatdır-

1

 4 sentyabr 1746-cı ildə.



2

 1747-ci ilin əvvəlində.




629

N A D İ R   Ş A H   Ə F Ş A R

dıqları sülhnaməni  ən gözəl surətdə  qəbul etdik və 

Lətif  Əfəndini

1

 razı halda mürəxxəs buyurduq. Sə-



daqətin «Sad»ı, ülfətin «Lam»ı və məhəbbətin «Ha»sı 

bəni-Adəmin qəlblərindəki lövhələrə  təqdir qələmi 

ilə nəqş olunduğu kimi, inşallah-təala, bu sülh də bü-

tün aləmə yayılsın, qələm və lövhə naxışları ilə tarixə 

həmişəlik salınsın!».

Ərəb  əlifbasındakı bu hərflərin birləşməsindən 

«sülh» sözü əmələ gəlirdi. 

Müqavilənin  şəxsən Nadir şah tərəfindən im-

zalanmasına Sultan Mahmud ürəkdən sevindi. O, 

Kəsriyyəli  Əhməd paşanı böyük elçi təyin edib, 

min nəfərə yaxın nümayəndə heyəti və çox qiymətli 

hədiyyələrlə İsfahana göndərdi...



XƏYANƏT

N

adir şahın rusların iştirakı olmadan Osmanlı 



dövləti ilə sülh bağlaması, digər tərəfdən də 

Hindistanın fəthindən sonra Hind okeanına çıxması 

Rusiya ilə İngiltərə kimi böyük dövlətləri bərk nara-

hat edirdi. 

Bu nəhəng hərbi dühanı aradan götürmək üçün 

ölkənin daxilində də düşmənləri az deyildi. Hər cür 

çətin vəziyyətdən çıxış yolu tapan Nadir şah nə tale-

yin dönüklüyünü, nə  də yaxınlarının xəyanətini ağ-

lına belə  gətirmirdi. Qazandığı  şöhrət, fəth elədiyi 

ölkələrdən gətirdiyi sərvət dövlətin, ordunun təminatı 

1

 Əslində bir çox mənbələrdə bu ad Nazif Əfəndi kimi yazılır.




630

S O N U N C U   FAT E H

üçün kifayət etsə də, Şahənşah vergiləri günü-gündən 

artırırdı; bu isə, nəinki əhali, hətta məmurlar arasında 

da inamsızlığa səbəb olurdu. İş o yerə çatmışdı ki, ya-

xın qohumları da Nadir şahdan giley-güzar edirdilər. 

Söz yox ki, Şahənşahın  şəhər hakimləri də, vergi yı-

ğanları da yaxşı bilirdilər ki, dövlət vergisiz yaşaya 

bilməz. Lakin on illərdən bəri müharibələr aparan 

bir ölkədə bu qədər qələbələrdən sonra öz təbəələrini 

ağır vergilərə məhkum etmək heç bir hökmdara başu-

calığı gətirə bilməzdi. 

Təbrizdə,  Şəkidə, Lənkəranda və Azərbaycanın 

digər  şəhərlərində  şahlıq üsuli-idarəsinə qarşı xalq 

ixtişaşları başladı. Astarada baş verən qiyamın alovu 

Gilana sıçradı. Gürcüstanda ağır vergidən narazı olan 

Teymuraz və  oğlu  İrakli də silahlı üsyan qaldırmaq 

istədilər. Amma sonradan Teymuraz üsyan qaldır-

maqdansa, Nadir şahın hüzuruna yollanmağı üstün 

tutdu, çünki Şahənşahı vergiləri azaltmağa razı sala 

biləcəyinə ümid bəsləyirdi. 

1747-ci ilin martın iyirmi biri idi. Azərbaycanda 

allı-güllü Novruz şənlikləri keçirilirdi. Xalqın narazı 

zümrələri bir araya gəlib Təbriz şəhərində üsyana qalx-

dı, Sam Mirzəni Səfəvilər taxt-tacının vərəsəsi elan etdi. 

Novruz bayramını toy-düyün kimi keçirən təbrizlilər 

baharın ilk gününü Əfşarlar səltənətini devirmək üçün 

ən münasib gün kimi seçmişdilər. Adına pul buraxdı-

ran yeni varis Səfəvi taxt-tacına yiyələnmək istəyən o 

biri – yalançı Sam Mirzələrdən fərqlənirdi. 

Sistanda baş verən böyük üsyana da səbəb verği 

idi. Şahənşah İsfahanda olarkən, qardaşı oğlu Əliqulu 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə