Sona xəyal


            Sona Xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

50 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

Akademik 

 ADİLƏ NAMAZOVAYA 

 

Çox olub dövran ara xoş baharı Adilənin,  



Məskəniydi Qarabağ laləzarı Adilənin. 

 

Körpə ikən dolaşıb hər qarışın gəzmişdir, 



İndi isə ora düşmür güzarı Adilənin. 

 

Bakını sevsə, ocaq çatsa da bir mənzildə



Var ürəkdə Qarabağ tək nıgarı Adilənin. 

 

Nə qədər əcnəbi ölkə gəzə, şöhrət qazana, 



Sağala bilməyəcəkdir azarı Adilənin. 

 

Hansı yurda gər ayaq bassa Azərbaycanda,  



Hər elatda tapılar bir asarı Adilənin. 

 

Ola təhlükədə bir körpə həyatı bir an,  



Etməsə çarəsin, olmaz qərarı Adilənin. 

 

Sona, Allah yetirə arzusuna millətimi,  



Alına düşmən əlindən diyarı Adilənin. 

2 mart, 1999 

 


51 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

Akademik 

MƏŞƏDİXANIM NEMƏTƏ 

 

Hər qadın eşqinin aləmdə bir ülviyyəti var

Hər kişi boynuna düşmüş analıq minnəti var. 

 

Götürək milliliyi, ya da ki İslam tərəfin, 



Bizim ellərdə əzəldən qadın hürriyyəti var. 

 

Bakının hər tərəfində qadın alimlərimiz, 



Zabratın da eləcə Məşədixanım Ne’məti var. 

 

Çevirib altını üstə o Azərbaycanın, 



Yetişib bircə nəfər, gör ki, nə keyfiyyəti var! 

 

Naxçıvan daşlarının sirrinə vaqif oldu, 



Çünki bilmişdi ora erməninin həsrəti var. 

 

Artırıb şöhrətini öz əməliylə Vətənin



Odu ki, cümlə cəhan içrə onun hörməti var. 

 

Sona söylər ki, kim öz xəlqi üçün xidmət edib, 



Özü dünyadə ola, olmaya ya, qiyməti var! 

3 mart, 1999 

 

 


52 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

Kimyaçi alim, aktrisa 

İZZƏT XANIMA 

 

Adətdi ki, insan sevilər xoş əməl ilə, 



Lazımdı görə hər işini ta düz əl ilə. 

 

Özül boş olarsa, yıxılar hər tikilən ev, 



Gər arif isən, tik onu möhkəm təməl ilə. 

 

Hər iş belədir, əvvəli məqsədsiz olarsa, 



Hər cür eləsən də bitəcək bir xələl ilə. 

 

Allah tərəfi insana qismətdisə şöhrət, 



Lazım dögü çatsın ona cəngü cədəl ilə. 

 

Həm elmi sevən, həm də sənət aşiqi İzzət, 



Hörmət tapıb Almaz və Sevil tək gözəl ilə. 

 

İzzət xanımın izzətini saxlayır ellər, 



Bildirdi Sona rəğbətini bir qəzəl ilə. 

 

25  fevral, 1999 



 


53 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

Professor  

ZƏHRA QULİYEVAYA 

 

Növbəhar oldu, gərək bağçaya ehya gəlsin,  



Eşqin izharı üçün bülbüli-şeyda gəlsin. 

 

Qorusaq eşqini Məcnunun əgər aləmdə,  



Gündə dünyayə gərəkdir neçə Leyla gəlsin. 

 

Çapıla dağ, salına yol, çəkilə arx bu gün,  



Yenə lazımdı Şirin tək güli-rəna gəlsin. 

 

İmtəhan etmək üçün Azəri Yusiflərini,  



Eybi yoxdur, arabir misli-Züleyxa gəlsin. 

 

Qoy hünərlə yaşaya Azəribaycanın izi,  



Elm ilə tarixinə bir yeni inşa gəlsin. 

 

Belə məclis qurula qoy Qarabağda bir gün,  



Azəri qızlarını təbrikə dünya gəlsin. 

 

Sona bilmirdi kimə söz verə ilkin sırada,  



Dedilər söz deməyə məclisə Zəhra gəlsin. 

 

4 mart, 1999 

 

                                  


54 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

Professor 

MİNİRƏ AĞAHÜSEYNOVAYA 

 

Dolanıb kürreyi-ərzi, olub hər yerdə Minirə!  



Tanınıb, həm tanıdıb yurdunu hər fərdə Minirə! 

 

Neçə ildir ki, cahan içrə alır ən uca adlar,  



Qazanıb hörməti çox xarici kişvərdə Minirə. 

 

Hara də'vət ola, ilkin sayılar izzətü cahı,  



Yazılar layiq olan bir yerə dəftərdə Minirə. 

 

Bu qədər yanğı, həvəs ki, sənə bəxşiş olunubdur,  



Belə atəş görünüb təkcə Səməndərdə, Minirə. 

 

Layiqün vardı ki, qismət eləyibdir sənə Tanrım,  



Verir əlbəttə ki, mərdanəliyi mərdə Minirə. 

 

Budur ondan dəxi sən barədə bir istəyimiz var:  



Edə xoşbəxt səni, heç salmaya bir dərdə, Minirə. 

 

Sona bir baxdı təvəllüd ilinə , bir işinə, 



Dedi ki, görməyib insan, sənə bənzərdə, Minirə! 

23 fevral, 1999 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə