Sona xəyal


            Sona Xəyal



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   11   12   13   14   15   16   17   18   19

64 

         



Sona Xəyal  

      

 

 

 

 



 

Yazıçı və şairlərə

 

 

 



 

 

CƏFƏR CABBARLIYA 

 

Alıb ilhamı göylərdən, yazıb dərya əsər Cəfər



Veribdir zirvələrdən, həm dərinlikdən xəbər Cəfər. 

 

Qısa olmuşsa da ömrü, fəqət mə’nalı keçmişdür, 



Yaşanmış bir günü bəlkə belə etmib hədər Cəfər. 

 

Hələ gənckən tapıb şöhrət, tanınmış bir sənətkar tək, 



Öz amalıyla göstərmiş misilsiz bir hünər Cəfər. 

 

Sevərmiş ali xilqət tək gözəl insanları daim, 



Fəqət alçaqlara hər an içirdərmiş zəhər Cəfər. 

 

Pisə qarşı qələm əldə qılınc çalmışsa da, lakin 



Yetirmib yaxşıya bircə əməllə bir xətər Cəfər. 

 

Odur yad eyləyir xəlqim gözəl övladıni hər il, 



Açıb süfrə, edər bayram bütün kənd, həm şəhər, Cəfər. 

 

Sona, bə’zən hər hansı bir ömür, tarix olur təkrar, 



Güman etmə, bu dünyayə yenə bir gün gələr Cəfər. 

 

Mart, 2000 



 

 

 


65 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

Xalq yazıçısı 

ANARA 

 

Fani dünyayə otuz yeddi-otuz doqquz ara gəldi Anar, 

Onun üçün də bütün Azəribaycan qəmini bildi Anar. 

 

Neçə illik əzabın, iztirabın, ayrılığın məhvi kimi 



Rəsul ilə Nigarın Tanrı yazan bəxtinə bir güldi Anar. 

 

Hər əlin qismətinə düşməyəcək bir qələmi aldı ələ, 



Hər başın anlamayan dərdlərini xəlqi ilə böldi Anar. 

 

O, “Qobustan” kimi bir toplu yaratdı, dilini hifz elədi, 



Xalqımız dilsiz olan vaxtda onunçün bir iti dildi Anar. 

 

Ermənistan, Qarabağ əhli gələndə Bakıya qan-qaysan, 



Bakıdan Moskvaya bir tək özü dərd aparan eldi Anar. 

 

Milli Məclisdə neçə ildi hərə bir tərəfə yelkən açır, 



Orada hər dəfə xalqın dediyi səmtə əsən yeldi Anar. 

 

Sona, bilmir səs ilə alver kimdi, ama xəlq deyir: 



Nə zaman gördü ki, sel oldu, onun göz yaşını sildi Anar.  

Noyabr, 2005 

 


66 

         



Sona Xəyal  

      

 

 

 

 

Xalq şairi 

FİKRƏT QOCAYA 

 

Ta min illər yaşayıbdır, ələnibdir bu cahan, 

Nəğməkar qəlbi ilə şölələnibdir bu cahan. 

 

Yetmiş il öncə gəlib dəhrə neçə şairimiz, 



Yetmiş ildə neçə yol nəğmələnibdir bu cahan. 

 

Neçə Fikrət yetirib şeirimizin gur bulağı, 



Neçə şair adına bəstələnibdir bu cahan. 

 

Bəxtinə düşdü təxəllüsdə “Qoca” gənclikdən, 



Qocanın eşqi ilə tazələnibdir bu cahan. 

 

Qırx beş ildir gecə-gündüz qələmə həmdəm olub, 



Vaxt olub şeiri ilə silkələnibdir bu cahan. 

 

Qırx beşin hər ilinə bəlkə bir kitab yazılıb, 



Fikrətin təbi ilə səhfələnibdir bu cahan. 

 

Şeirinə gəh Xirosimo, gəhi Berlin gətirib



Çün görüb qanına tez-tez bələnibdir bu cahan. 

 

Ha çevir sətrini, misrasını, insan görünür, 



Yer ilə göy arası cəbhələnibdir bu cahan. 

 

Fikrətin şeirini bir-bir oxuyub, tapdı Sona 



Ən böyük dərdi budur: hissələnibdir bu cahan. 

Dekabr, 2005  


67 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

Xalq şairi 

QABİLƏ 

 

Baxdı 75 ilin hökmü olan keçmişə Qabil

Bəlkə də qaldı təəccüb belə 75-ə Qabil. 

 

Yol alıb xatirələr ölkəsini gəzdi, bir azdan 



Keçdi dağlar, dərələr, həm neçə səhra, meşə Qabil. 

 

Gördü qabil eləyib Allah onu çox əmələ, 



Bir ömür nərdin açıb, oynadı yekdən şeşə Qabil. 

 

Kim olub dost-tanışı, düşməni, - bir-bir sınadı, 



Çox özündən deyəni səbrlə vurdu dişə Qabil. 

 

Hər paxıllıqdan, həsəddən, quru böhtandan uzaq



Könlünü verdi ləyaqətli olan hər işə Qabil. 

 

İnciyər yersiz olan haqlı, nahaq fəlsəfədən, 



Sanki bir körpə uşaqdır, ürəyi lap şüşə Qabil. 

 

Sona, gəl biz də baxaq şairə bu mərtəbədən, 



Demə 75-ə çatdı, de ki, beş 15-ə Qabil. 

2000 

  



68 

         



Sona Xəyal  

      

 

 

 

Yazıçı  

ƏLİ SƏMƏDLİYƏ 

 

Gəldi dünya evinə bir yaşıl ormanda Əli, 

Gözün açdı Göyçay adlı gözəl ünvanda Əli. 

 

Nə məşəqqət, nə bəla gəldisə taledən ona, 



Dözdü, gəl batmadı sevda dolu ummanda Əli. 

 

Gəzdi öz yurdunun hər dağ-dərəsin seyr elədi



Gəldi yorğunluğun aldı “nəhri-Arvan” da Əli. 

 

Böyüdü, gəncliyə çatdı, ona dar gəldi cahan, 



Arzularla Bakıya gəldi həmin anda Əli. 

 

Tək deyidi, Arif, İsgəndər, Əli tək dostlar, 



Qoymadı dərd çəkə, daim ola hicranda Əli. 

 

Ən yaxın dostu isə təkcə qələm-dəftər idi, 



Körpə dünyasını tərk etmədi bir an da Əli. 

 

Yazdığı şeir, hekayə, pyes, nağıllar ilə 



Tapdı şöhrət və şərəf, tanındı hər yanda Əli. 

 

Gəlsə ilham pərisi, təklik olar həmdəm ona



Fərqi yox yaz, qış, olar bağda – Mərdəkanda Əli. 

 

Açdı Göyçayda kitabxana-muzey körpələrə, 



Keçsə illər unudulmaz, yaşar “Arvan”da Əli 

 

Bu qəzəllə Sona bildirdi ona rəğbətini, 



Haqqı var ki, yaşasın Azəribaycanda Əli.  

2003 

 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə