Microsoft Word Baba ocaq Aylis 27. 10. 14. doc



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə1/57
tarix11.03.2018
ölçüsü1,75 Mb.
#31245
  1   2   3   4   5   6   7   8   9   ...   57



 Baba ocağı 
 
1
 
NİZAMİ MURADOĞLU 
 
 
 
 
 
 
 
 
 
BABA OCAĞI 
(roman) 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2014 
 


Nizami Muradoğlu 
 
2
 
 
Redaktor:    
Tahir Orucov
   
                     
filologiya üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
Nizami Muradoğlu. Baba ocağı 
Bakı, “Elm və təhsil”,  2014, 248 səh. 
 
 
“Baba  ocağı” romanı  müəllifin oxucularla  yeni gö-
rüşüdür. Əsərdə  baş verən hadisələr XX  əsrin əvvəllərin-
də,  Azərbaycanda    erməni      təcavüzünün    tüğyan  etdiyi  
illərdə,    əsasən,  Ordubad    rayonunun  Əylis  kəndində   
cərəyan edir. 
N.Muradoğlu  romanda  dövrün  ziddiyətli hadisə-
lərini,  ermənilərin  iç üzünü, mənəvi   puçluğunu  realist 
boyalarla,  təsirli  həyat  səhnələri  ilə  təsvir  etməyə  çalış-
mışdır.  
 
 
2014
098
4702000000

N
 грифли няшр
 
                       © «Åëì âÿ òÿùñèë», 2014 


 Baba ocağı 
 
3
 
 
PROLOQ ƏVƏZİ 
 
u  dünyada  Əylis  adında  bir  kənd  var.  Za-
man-zaman  başının  üstündə  qara  buludlar 
çalxalanıb,  dağlarının  ətəyində  səmum 
yelləri  əsibdi.  Bəzən  yağan  yağışlar  selə  dönüb 
ziyanlıq versə də, qar-boran qopsa da, tufan olsa da, 
Əylis yenə də yaşayıbdı, bu gün də yaşayır. Dağları 
insanların üzünə gülür, bəlkə elə ona görə də insan-
ları gülərüzlüdü. 
Hər tərəfdən çılpaq dağlar və yalçın qayalar ilə 
əhatə edilən Əylis həm də böyük bir daşlar diyarıdır. 
Əylis düzlərinə səpələnmiş göy, sarımtıl, ağ daşların 
qəribə bir dünyası var. Bu daşların arasında otların, 
çiçəklərin  baş  qaldırıb  dünyaya  naz  satdığını  görən 
insanın həyat eşqi, yaşamaq, yaratmaq eşqi bir qədər 
də artır. Düşünürsən, görəsən bu daşlar neçə milyon 
illərdir burada yurd salıbdı? 
 Əylisdə ara-sıra rast gəldiyimiz daş topaları da 
var.  Bu  daş  topaları  ətraf  ərazilərin  daşdan  təmiz-
lənib  yığılması  nəticəsində  əmələ  gəlibdir.  İpək 
xasiyyətli əylislilər daşları da yumşaldıb ipək xasiy-
yətli etməyə  çalışmışlar. Amma bəzi daşlar  yumşal-
mağa  meyilli  olmayanda  əylislilərin  də  qəzəbi  daşa 
dönmüş, daş daşa rast gəlmişdi. Daş ilə bağlı Əylisdə 
belə  bir  məsəl  də  yaranıbdı.  Deyərlər:  “Əylislilər 



Nizami Muradoğlu 
 
4
çörəyi  daşdan  çıxarır”.  Amma  o  daşdan  çıxan 
çörəyin dadından, ləzzətindən heç doymaq olmur.  
Bir də babalarımızdan eşitmişik ki, bu torpaqlar 
müqəddəs  torpaqlardır.  Allah-tala  bu  daşlı-kəsəkli 
yurda  elə  bir  gözəllik  bəxş  edib  ki,  insan  bir  ömür 
boyunca  bu  gözəlliyi  seyr  etməkdən  yorulmur, 
bezmir.  Həm  də  bu  yurdda  Əylis  meyvələri  kimi 
dadını,  ləzzətini  və  ləzizliyini  heç  yerdə  duya 
bilməyəcəyimiz  qədər  şirin  olan  Əylis  duyğusu, 
Əylis  ovqatı  var.  Bəlkə  də  bizi  o  yurda  daha  çox 
bağlayan o duyğu, o ovqatdır. 
Hərdən də insanın içindən bir sual gəlir. Görə-
sən Əylisin nə qədər yaşı var? Dünyanın yaşını bilən 
olmadığı  kimi  Əylisin  də  yaşını  bilən  yoxdu.  XIV 
əsrdən  etibarən  mövcud  xəritələrdə  bu  kənd  Əylis 
kimi  verilibdi.  Ona  qədər  Qoçtən  sözüylə  adlandığı 
haqqında  da  məlumatlar  vardır.  Bütün  bunlara 
baxmayaraq  bu,  bir  həqiqətdir  ki,  dünyada  belə  bir 
kənd  var  və  özündə  çox  böyük  tarixi  mədəniyyəti 
hifz edib saxlayır.  
Zaman-zaman  Əylis  və  əylislilər  haqqında 
danışılıbdı,  yazılıbdı,  bu  gün  də  danışılır  və  yazılır. 
Mən  bu  kənddə  doğulmuşam,  babalarım  da, 
nənələrim də bu kənddə doğulublar, bu yurd mənim 
babalarımın  yaşadığı,  işlədiyi  doğma  və  müqəddəs 
ocaqdır.  Babalarımın ruhu qarşısında  özümü  borclu 
bilirəm, bəzən onların haqqında deyilən nahaq sözlər 
qəlbimi  incidir,  ruhumu  sarsıdır.  Mənim  babalarım 


 Baba ocağı 
 
5
namuslu,  qeyrətli  olublar,  ömürboyu  öz  zəhmətləri 
ilə  yaşayıblar,  kimsənin  malına,  puluna  göz  dik-
məyiblər.  
Ümumiyyətlə,  əylislilər  mərd  və  qoçaqdırlar. 
Hər bir əylislinin süfrəsi qonaq üzünə açıqdı, hər bir 
əylislinin  qapısı  qonaq  gözləyir,  hər  bir  əylislinin 
ocağında  qızınmağa  yer  var,  hər  bir  əylisli  çörəyini 
ağlı, düşüncəsi və əlinin zəhməti ilə qazanır. Mən də 
bu  yazımda  Əylis  və  əylislilər  haqqında  danışmaq 
istəyirəm.  
 
 
 
 
 
 
  


Nizami Muradoğlu 
 
6
 
I HİSSƏ 
 
 
  
 
ÖVBƏ  
 
 
Tövbə, ət-tövbə rahinə getdiklərimə
Bilib etdiklərimə, bilməyib etdiklərimə. 
M.Ə.Sabir 
  
1906-cı  ilin  bir  yaz  gecəsiydi.  Dadaş  yatıb  bir 
yuxu  gördü.  Əylisçayın  kənarında  dayanmışdı. 
Birdən göy guruldadı, şimşək çaxdı, yağış yağmağa 
başladı. Yağış o qədər şiddətləndi ki, leysana döndü. 
Dadaşın  ayağının  altındakı  torpaq  sürüşdü,  Dadaş 
çayın  ortasına  düşdü,  dalğalar  onu  ağuşuna  alıb 
aparırdı.  Əylisçayın  suları  qan  rəngində  idi,  yox 
deyəsən Əylisçaya qan axırdı, qan sel kimi axırdı. O 
qan  Dadaşın  ağzından  qarnına  dolurdu,  Dadaş  qan 
içində boğulurdu. 
       Dadaş  yerindən  hövlnak  qalxdı,  qan-tər  içində 
idi. Əli ilə üzünü sildi, dodaqlarının qanı əlinə bulaş-
dı,  dişləri  dodağını  kəsmişdi.  Bir  xeyli  beləcə  qaldı, 
özünə  gələ  bilmirdi.  Nəhayət,  oturduğu  çarpayının 
qırağına əllərini dayaq verib yerindən qalxdı, həyətə 
çıxdı.  Su  qabından  su  götürüb  üzünə  çırpdı,  bir 
T


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə