Sona xəyal


          Nəzirələr, təzminlər, ithaflar



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix08.07.2018
ölçüsü1,05 Mb.
#53901
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

37 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

 

 

 

ƏLİ FƏHMİDƏN 

 

Ey gül, ürəyimdə yaşayar böylə arizu, 

Bir gün görəm səni ki, edəm sənlə göftgu.  

 

Hicrinlə parə oldu cigər, tutmadın xəbər,  



Görsən üzümə qan süzülür, sorma nə iş bu.  

 

Ömründə bircə kərə rəhm edəsən yarına gər,  



Qəlbim qanını imkan ola, öz əlinlə yu.  

 

Eşqin də elmi var, onu gər öyrənən ola, 



Aşkar edə cünunluğu bu elm mubəmu.  

 

“Ərrəhman” ilə “layla” arasında bir ömür, 



Elmin yolunda sərf oluna, bir hünərdi bu. 

 

Hər kəs mənə sirr aça bir elmdən əgər, 



Səhra içində azmışa o sanki verdi su. 

 

Qalmış bu doğru söz Əli Fəhmidən, ey Sona, 



“Elm əhli ilə söhbət edən kamiyab olu” 

 

1995 



 


38 

         



Sona Xəyal  

      

 

 

 

 

 

 

 

HACI MAİLDƏN 

 

“Ariflik içrə keçsə ömür, var şərafəti, 

Qan olsun ol könül, yox ola elmə hörməti”. 

 

Hər kəs cahanda ömrü xürafatə sərf edə, 



Vermiş əlindən, hər nə qədər çəksə, zəhməti. 

 

Elmin işi gər təkcə «əlif-bey»lə bitməyir, 



Elm öylə bir şüadı, görünməz nəhayəti. 

 

Bir dəfə gəldi dəhrə Ərəstun elmilən, 



Tarix unutmamışdı bu gün də o ne’məti. 

 

Elmin dalıncaə, dərk eləyən, durmadan gedər



Dəryayi-elmdə hərənin vardı qisməti. 

 

Dəryayi-elmdə hələ çox incilər yatır, 



Arif olan fövt eləməz çün bu fürsəti. 

 

 Çoxlar deyir itiribdir Sona cavanlığın, 



Həsr eyləmişdir elmə həmən xeyli müddəti. 

 

2 mart, 1995 



 


39 

       



Nəzirələr, təzminlər, ithaflar   

   


 

 

 

 

TƏXMİSLƏR

 

 

 

 

XƏTAİDƏN

 

 



Dəhrdə bilməm yoxam mən, ya ki, varəm doğrusu,  

Ta əzəl gündən qəmü dərdilə zarəm, doğrusu.  

Ol səbəbdən xəstəvü bimarü xarəm, doğrusu,  

"Ey müsəlmanlar, əsiri-zülfi-yarəm, doğrusu,  

Bu siyəhkarın əlində biqərarəm, doğrusu".

 

 



Gördüyün aləmdə nə mülküm, nə varım var mənim,  

Gözlərə görsənməyən türfə nigarım var mənim.  

Qəbrəcən yandırmağa canı şərarım var mənim,  

Derdim ol dilbər yanında e'tibarım var mənim,  

Yoxladım, etdim yəqin, bie'tibarəm, doğrusu".

 

 



Mən cəhanə gəldiyim gün eşq düşmüş canımə,  

Ta əzəl Adəm babamdan irs keçibdir qanımə.  

Heç nəyə gəlmir gümanım, qoy baxım imkanımə, 

"Bir quru candan nolur, qurban edim cananımə,  

Ol pərirüxsardən çox şərmsarəm, doğrusu".

 

 



Ey Sona, gör adəmin həm kafərini, gəbrini,  

Görginən dinsizlərin müslimlərə hər cəbrini,  

Ol qədər fıkr etdi, dərd-qəm aldı artıq səbrini,  

"Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,  

Bar İlahi, əfv qıl, çün, tövbəkarəm, doğrusu".

 

 



 

 

 

 


40 

         



Sona Xəyal  

      

 

 

 

 

FÜZULİDƏN 

 

 

 

Yetər artıq, içim yandı, şərin mülkü talanmazmı?  

Mənə lazım olan tərzdə fələk çərxi dolanmazmı? 

Bu qədri dərdü möhnətdən bezib bir gün dayanmazmı? 

"Məni candan usandırdı, cəfadən yar usanmazmı?  

Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı?"

 

 

Edibdir könlümü viran, bu yandan möhnəti-hicran,  



O yandan naləvü əfgan, nə də yox dərdimə Loğman. 

Nə yarım çəkməyir səhman, nə də yoxdur tutan nöqsan,  

"Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,  

Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?"

 

 

Nə gülzarə gəlir hərdən, nə axşamdan, nə də erkən,  



Yağar möhnət mənə göydən, göyərdər min bəla yerdən,  

Şikayət bilmərəm əslən, nə ah-nalə, nə də şivən.  

"Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,  

Desəm ol bivəfa bilməm, inanarmı, inanmazmı?"

 

 

Mənim ey şahü sultanım, qədi sərvi-gülüstanım,  



Nola olsan nigəhbanım, məni tərk etməyə canım.  

Əcəl yoxsa kəsər yanım, gəl ol şəm'i-şəbistanım,  

"Şəb'i-hicran yanar canım, tökər qan çeşmi-giryanım,  

Oyadar xəlqi əfğanım, qəra bəxtim oyanmazmı?"

 

 

Bu dünya fani dünyadır, həyatı misli-rö'yadır,  



Bu yerdə qəm mühəyyadır, işi sirrü müəmmadır.  

Qazanmaq sud qovğadır, Sona, əmma nə imladır:  

"Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,  

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?"

 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə