Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   21   22   23   24   25   26   27   28   29

  
 
 
 
 
 
 
 
gözəl  bilicisi,  mahir  natiq  ulu  öndər  Heydər  Əliyevin  dilin 
qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 
Azərbaycan  SSR-in  1978-ci  il  Konstitusiyasında 
Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin 
dövr üçün əhəmiyyətli hadisə idi. 
1993-cü  ildə  Heydər  Əliyevin  Azərbaycanda  ikinci  dəfə 
hakimiyyətə  qayıdışından  sonra  Azərbaycan  dili  öz 
inkişafında  yeni  mərhələyə  qədəm  qoydu.  1995-ci  ildə 
ümumxalq  səsverməsi  yolu  ilə  qəbul  edilən  müstəqil 
dövlətimizin  ilk  Konstitusiyası  ilə  dövlət  dilinin  adı  bərpa 
edildi.  Bu,  ulu  öndərin  Ana  dilimizə  dəyişməz  mövqeyinin 
daha bir parlaq nümunəsi oldu. 
Bundan  sonra  hökumət  səviyyəsində  Ana  dilinin  inkişafı 
və  qorunması  istiqamətində  əhəmiyyətli  sənədlər  qəbul 
edildi.  “Dövlət  dili  işinin  təkmilləşdirilməsi  haqqında”  18 
iyun  2001-ci  il  tarixli  fərman,  yeni  əlifbaya  keçidin  2001-ci 
ilin avqustuna kimi ölkəmizdə bütünlüklə təmin edilməsi ulu 
öndərin  öz  doğma  dilinə  bağlılığını  bir  daha  təsdiq  etdi. 
Ümummilli  liderin  9  avqust  2001-ci  il  tarixli  fərmanı  ilə 
avqustun  1-i  ölkəmizdə  “Az-n  dili  və  Azərbaycan  əlifbası 
günü”  kimi  qeyd  olunur.  2002-ci  il  30  sentyabr  tarixdə 
“Azərbaycan  Respublikasında  Dövlət  dili  haqqında” 
Azərbaycan  Respublikasının  Qanununun  qəbul  edilməsi 
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, 
qorunması  və  inkişaf  etdirilməsi  istiqamətində  daha  bir 
addımdır.  Bu  sənəd  ümummilli  lider  Heydər  Əliyevin 
xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının 
parlaq  nümunələrindən  biridir.  Bu  ənənələri  ölkə  Prezidenti 
İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının 
müxtəlif  vaxtlarda  imzaladığı  “Azərbaycan  dilində  latın 
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 
“Azərbaycan  Milli  ensiklopediyasının  hazırlanması  haq-


  
 
 
 
 
 
 
 
qında”  sərəncamları  və  bu  istiqamətdə  görülən  işlər  də 
dilimizin inkişafına böyük qayğının təzahürüdür. 
   
BEYNƏLXALQ MƏKTƏB  KİTABXANALARI  GÜNÜ 
 
1999-cu  ildə  UNESCO-nun  təşəbbüsü  ilə  oktyabrın 
dördüncü  həftəsinin  bazar  ertəsi  günü  Dünya  Məktəb 
Kitabxanaları  Günü  kimi  təsis  edilmişdir.  Belə  bir  günün 
qeyd  olunacağını  Beynəlxalq  Məktəb  Kitabxanaları 
Assosiasiyasının prezidenti Blanş Vulz bəyan etmişdir. 2005-
ci  ildə  isə  həmin  assosiasiyanın  növbəti  prezidenti  Piter 
Genko bu bayrama rəsmi status verildiyini təsdiqləmişdir. 
2008-ci  ildən  etibarən  isə  bu  gün  bir  aylıq  silsilə 
tədbirlərlə  qeyd  edilir.  Bu  isə  hər  bir  məktəb  kitabxanasına 
aylıq  çərçivəsində  ən  münasib  tarixi  seçərək  bayramı  qeyd 
etməyə imkan verir. 
Kitabı  uşaqlara  ən  yaxşı  tanıdan  məktəb,  bir  də  onun 
kitabxanasıdır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, 
tarixə,  ədəbiyyata  dair  müxtəlif  kitabları,  ensiklopediyaları, 
bir  sözlə,  axtarılan  sualların  əksəriyyətinə  cavab  verəcək 
mənbələri tapmaq mümkündür. 
 
9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜ 
Azərbaycan  Respublikası  üzərində  dalğalanan  müqəddəs 
Dövlət  Bayrağımız-milli  bayrağımız  ilk  dəfə  1918-ci  il 
noyabrın  9-da  Bakıda,  Azərbaycan  Xalq  Cümhuriyyəti 
Nazirlər  Şurasının  yerləşdiyi  binada   qəbul  edilmiş  və 
qaldırılmışdır. 
Müstəqil  Azərbaycanın  dövlət  bayrağındakı  üç  rəngin 
ifadə  etdiyi  və  XX  əsrin   əvvəllərindəki  milli  istiqlal 
ideologiyamızın  üç  təməl  prinsipini  təşkil  edən  “Türkçülük, 


  
 
 
 
 
 
 
 
islamçılıq  və  müasirlik”  düsturunun  müəllifi  görkəmli 
Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. 
Azərbaycan  Respublikasının  dövlət  bayrağından  istifadə 
müstəqil  Azərbaycan  Respublikası  Konstitusiyasının  23-cü 
və  75-ci  maddələri,  “Azərbaycan  Respublikasnın   Dövlət 
bayrağı   haqqında”  Azərbaycan  Respublikasının  Qanunu, 
eləcə  də,  həmin  Qanunla  təsdiq  edilmiş  “Azərbaycan 
Respublikasının   Dövlət  bayrağı   haqqında  Əsasnamə” 
əsasında  tənzimlənir.  Azərbaycan  Respublikasının  Dövlət 
bayrağının  rəngli  və  sxematik  təsviri  adı  çəkilən  Qanun 
və  Əsasnamə ilə təsdiq edilmişdir. 
Əsasnaməyə  görə  Azərbaycan  Respublikasının  Dövlət 
bayrağı  eni  və  uzunluğu  bərabər  olan  rəngli  üç  üfüqi 
zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi 
rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. 
Bayrağın  hər  iki  üzündə  qırmızı  zolağın  ortasında  ağ  rəngli 
aypara  və  səkkizguşəli  ulduz  təsviri  vardır.  Bayrağın  eninin 
uzununa  nisbəti  1:2-dir.  Ayparanın  və  səkkizguşəli  ulduzun 
təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində 
yerləşir;  düzbucaqlının  diaqonalı  bayrağın  eninin  1/2-nə 
bərabərdir.  Ayparanın  təsviri  konsentrik  (eyni  mərkəzli) 
olmayan  iki  dairənin  hissələri  şəklindədir;  böyük  dairənin 
diametri  xarici  düzbucaqlının  eninə,  kiçik  dairənin  diametri 
isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi 
bayrağın  həndəsi  mərkəzindən  sol  tərəfdə,  bayrağın  eninin 
1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun 
təsviri  ayparadan  sağda  yerləşir,  ulduzun  xarici  dairəsinin 
diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 
1/12-ni təşkil edir. 
Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  onun 
təsviri,  ölçülərindən  asılı  olmayaraq  təsvirlərə  həmişə  dəqiq 
uyğun gəlməlidir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə