Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   21   22   23   24   25   26   27   28   29

  
 
 
 
 
 
 
 
Prezident  İlham  Əliyev  Azərbaycanda  Dövlət  Bayrağı 
Gününün  elan  edilməsi  barədə  sərəncam  imzalayıb. 
Sərəncama  əsasən,  hər  il  9  noyabr  Azərbaycanda  Dövlət 
Bayrağı Günü kimi qeyd ediləcək. 
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı 
Əmək  Məcəlləsinin  105-ci  maddəsinə  əlavə  edilmiş  əlavəyə 
əsasən,  9  noyabr  Azərbaycanda  Dövlət  Bayrağı  Günü  elan 
olunur  və  bu  bayram  ölkədə  qeyri-iş  günü  olan  bayramların 
siyahısına daxil edilir. 
2010-cu  ilin  sentyabrın  1-də  Azərbaycan  Respublikasının 
Prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Komandanı  İlham 
Əliyev  tərəfindən  Dövlət  Bayrağı  Meydanının  -  Bakı 
şəhərinin  Bayıl  sahəsində  yerləşən  memorial  abidə-istirahət 
parkının təntənəli açılışı olmuşdur. 
162  metr  yüksəklikdə  dalğalanan  Azərbaycan  bayrağı 
dünyanın  ən  yüksək  bayrağıdır.  İnşa  olunmuş  dayağın 
hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin 
üst  hissəsinin  diametri  1,09  m-dir.  Qurğunun  ümumi  kütləsi 
220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 
2450  m²,  kütləsi  isə  təqribən  350  kq-dır.  Ginnes  Dünya 
Rekordları  Təşkilatı  2010-cu  il  mayın  29-da  Azərbaycan 
Dövlət  Bayrağı  Dirəyinin  dünyada  ən  hündür  bayraq  dirəyi 
olduğunu təsdiq edib. 
Meydanda  qurulmuş  Azərbaycan  Respublikasının  gerbi, 
dövlət  himninin  mətni  və  ölkəmizin  xəritəsi  qızıl  suyuna 
salınmış  bürüncdən  hazırlanıb.  Meydanda  Dövlət  Bayrağı 
Muzeyi də yaradılıb

 
 
 
 
 


  
 
 
 
 
 
 
 
12  NOYABR 
KONSTİTUSİYA   GÜNÜ 
 
     Azərbaycan  Respublikasının  Ümummilli  lideri  Heydər 
Əliyevin  dövlət  quruculuğu  sahəsində  başladığı  böyük  işi 
məntiqi  şəkildə  davam  etdirərək  müstəqil  Azərbaycan 
Respublikasının 
ilk 
Konstitusiyasının 
hazırlanmasına 
rəhbərlik etmişdir. Azərbaycanın siyasi tarixində yeni bir era 
açan  və  onun  dövlət  müstəqilliyinin,  cəmiyyətdə  insan 
azadlığının  və  demokratik  dəyərlərin  əsas  qarantına  çevrilən 
bu  Konstitusiya  1995-ci  il  noyabrın  12-də  referendum  yolu 
ilə qəbul edlmişdir. 
 
17   NOYABR 
MİLLİ  DİRÇƏLİŞ GÜNÜ 
      
1988-ci  il,  noyabr  ayının  17-də    Azərbaycan  xalqı  milli 
azadlığı uğrunda mübarizəyə qalxmışdır.  
      Bu  ümumxalq  hərəkatında  əsasən  tələbələr,  fəhlələr, 
ziyalılar  iştirak  etmişlər.  Məhz,  həmin  günlər  Azərbaycan 
Demokratik Respublikasının 1920-ci ildə endirilmiş üçrəngli 
bayrağı  ilk  dəfə  Azadlıq  meydanında  qaldırılmışdır.  Həmin 
tarix  –  17  noyabr  hər  il  ölkəmizdə  Milli  Dirçəliş  Günü  kimi 
qeyd olunur. 
 
31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ  
HƏMRƏYLİYİ GÜNÜ 
 
XX   əsrin  80-ci  illərinin  axırlarında  dünyada  baş  verən 
qlobal dəyişikliklərlə  əlaqədar bir çox xalqların, o cümlədən 
Azərbaycan  xalqının  özünüdərki,  həmrəylik  hissi  güclən-
di.   İctimai  həyatın  demokratikləşməsi  istiqamətində  geniş-
lənən  xalq  hərəkatı  zəminində  ilk  olaraq  Naxçıvan  Muxtar 


  
 
 
 
 
 
 
 
Respublikasında  1989-cu  ilin  noyabrında   Şimali  və  Cənubi 
Azərbaycan  arasında  humanitar,  mədəni,  iqtisadi  və  qohum-
luq   əlaqələrini  bərpa  etmək  məqsədilə   əsassız  çəkilmiş 
sərhəd  çəpərlərinə  qarşı  xalqın  etirazı  başlandı.  Beləliklə, 
"Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il 
dekabrın  31-də  azərbaycanlıların  həmrəylik  hərəkatına 
çevrildi.  1990-cı  il  noyabrın  3-5-də  Türkiyədə  keçirilən 
Birinci  Millətlərarası  Azərbaycan  Türk  dərnəkləri  qurultayı 
isə  Naxçıvan  Muxtar  Respublikasında  başlamış  hərəkatın 
davamı kimi milli birlik və həmrəylik yolunda atılan mühüm 
addım  oldu.  Qurultayın  qəbul  etdiyi  qərarda  31  dekabr 
gününün  hər  il  həmrəylik  günü  kimi  qeyd  edilməsi  zəruriy-
yəti  irəli  sürüldü.  Bütün  bunları  nəzərə  alaraq  ümummilli 
liderimiz  Heydər  Əliyevin  başçılıq  etdiyi  Naxçıvan  Muxtar 
Respublikasının  Ali  Məclisinin  1991-ci  il  16  dekabr  tarixli 
iclasında  31  dekabrın  Dünya  Azərbaycanlılarının  Həmrəylik 
Günü  elan  edilməsi  qərara  alındı.  Naxçıvan  MR  Ali 
Məclisinin bu qərarını  əsas tutaraq Azərbaycan Respublikası 
Ali  Sovetinin  Milli   Şurası  1991-ci  il  dekabrın  25-də  qərara 
gəldi  ki,  hər  il  dekabrın  31-i  dünyada  yaşayan  azərbaycan-
lıların həmrəylik günü kimi qeyd edilsin.  
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini 
daha  da  gücləndirdi.  Hazırda  YUNESKO-nun  məlumatına 
görə,  dünyada  40  milyondan  çox  azərbaycanlı  yaşayır. 
Onlardan  29  milyonu  Cənubi  Azərbaycanın,3  milyonu 
Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-
ın,  500  mini  Ukraynanın,  300  mini  Almaniyanın,  180  mini 
Fransanın,  175  mini  Kanadanın,  350  mini  Hindistan  və 
Pakistanın,  700  mini  İraqın,  430  mini  Əfqanıstanın  payına 
düşür. 
 
 
 


  
 
 
 
 
 
 
 
RAMAZAN   BAYRAMI 
 
Dünya müsəlmanlarının ən müqəddəs bayramlarından biri 
Ramazan  bayramıdır.  Bu  bayram    Hicri-  Qəməri  təqviminin 
doqquzuncu  ayı  olan  ramazanda  olduğuna  görə  Ramazan 
bayramı  adlanır.  Ramazan  ayı  öz  hikmətləri  ilə  Allah-təala 
tərəfindən  xüsusilə  seçilib.  Təsadüfi  deyil  ki,  bütün  səmavi 
kitablar    məhz  bu  ayda  nazil  olub.  İbrahim  peyğəmbərin 
(s.ə.v.)  səhifələri  Ramazanın  ilk  gecəsi,  “Tövrat”  altıncı 
gecəsi, “İncil” on üçüncü gecəsi,  “Zəbur” isə ayın on ikinci 
günündən  sonra  nazil  olub.  İnsanlığı  qaranlıqdan  qurtarıb 
aydınlığa aparan dinimizin müqəddəs kitabı Qurani-Kərim də 
Yer  üzünə  Ramazan  ayında  göndərilmişdir.  Həzrəti 
Məhəmmədə  (s.ə.v.)  peyğəmbərlik  də  bu  ayda  verilmişdir. 
Hədislərdən  birində  buyurulur  ki,  Allah-təala  Yer  üzünü 
Ramazan ayında yaratmışdır. 
Ramazan ayı möminlər üçün mənəvi dəyər, çox böyük  bir 
rəhmət mövsümüdür. Çünki bu ayda müsəlmanlar oruc tutur, 
özünü  günahlardan,  bəlalardan  qorumuş  olur.  Əfv  və 
bağışlanması  bol  olan  gözəl  Allah  qullarının  ibadətləri, 
elədikləri  yaxşılıqları  müqabilində  birə  on  mislindən  yeddi 
yüz  mislinə  qədər    mükafat  verəcəyini  bildirərək  buyur-
muşdur:  “Oruc  mənim  üçündür,  onun  mükafatını  da  mən 
verəcəyəm”. 
Oruc  tutmaq  insanların  iradəsini,  səbrini,  nəfsini  və 
Yaradana  inamını  sınamaq  üçün  imtahandır.  Onlar  səhərdən 
axşamadək  ac,  susuz  qalır,  bununla  kasıbların,  acların  necə 
əziyyət  çəkdiklərini  anlayaraq  belələrinə  kömək  etməyin 
vacib  olduğunu  başa  düşürlər.  Bundan  başqa,  Hicri-Qəməri 
təqvimi  hər  il  on  gün  irəli  çəkilir  ki,  bu  da  Ramazan  ayının 
bütün  fəsillərə  düşməsi  deməkdir.  Yəni  böyük  Yaradan  öz 
bəndələrini həm qaranlığın tez düşdüyü və suyun o qədər də 
çox  tələb  olunmadığı    qış  fəslində,  həm  də  atəş  saçan, 
susuzluğun torpağın bağrını cadar-cadar etdiyi yay dövründə 
sınağa  çəkir,  onların  iradəsini  yoxlayır.  Allah-təala  orucu 
əxlaq  gözəlliyi  hesab  edir,  onu  qalxana  bənzədir.  Yəni  oruc 
tutan özünü günahlardan bəlalardan, qorumuş olur. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə