Səyyarə Məmmədova



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix07.11.2018
ölçüsü1,18 Mb.
#77940
1   ...   21   22   23   24   25   26   27   28   29

  
 
 
 
 
 
 
 
Dünyada  məhv  olmaq  təhlükəsi  ilə  üzləşən  dillərin 
qorunması  məqsədilə  hər  il  keçirilən  Beynəlxalq  Ana  dili 
günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla 
qürur  duymaq,  onu  qorumaq,  inkişaf  etdirmək  hüququ 
olduğunu  bir  daha  xatırladır.   Ən  sadə  şəkildə  desək,  dil 
ünsiyyət  vasitəsidir,  bununla  bahəm,  dil  millətin  simasını 
səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər 
hansı  bir  xalqın  varlığının  təzahürü,  onun  milli  sərvəti,  qan 
yaddaşıdır.  Bu  qənaət  tarixin  bütün  dövrlərində  bəşər 
övladlarının  qeyd-şərtsiz  qəbul  etdiyi,  sübuta  ehtiyac 
duyulmayan  aksiomadır.  Xalqın  taleyi,  onun  mənliyi, 
mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və 
inkişafı  ilə  birgə  yaranır,  tərəqqi  edir.  İnsanın  təkamülündə 
ana  dilinin  rolu  böyükdür.  İnsanın  doğumu  ilə  bərabər  bəxş 
olunmuş  bu  nemətin  hər  hansı  bəhanə  ilə  qadağan  olunması 
isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə 
qarşı  birləşməyə  səsləyir.  Millətin  dilinin  dövlət  statusuna 
yüksəlməsi  isə  tarixi  hadisə,  milli  dövlətçilik  tarixinin  qızıl 
səhifəsidir. 
 
8  MART 
BEYNƏLXALQ   QADINLAR    GÜNÜ 
 
Qadınlarımız ölkəmizin həyatının bütün sahələrində   
uğurla fəaliyyət göstərir, yeni cəmiyyət 
quruculuğuna öz töhfələrini verirlər. 
 
Heydər   ƏLİYEV 
 
Bütün  dünyada  olduğu  kimi  8  Mart  Beynəlxalq  Qadınlar 
Günü  Azərbaycanda  da  böyük  təntənə  ilə  qeyd  olunur. 
Respublikamızda  elə  bir  sahə  yoxdur  ki,  orada  qadınlar 
çalışmasınlar. Təkcə təhsil və səhiyyə sahəsində çalışanların 


  
 
 
 
 
 
 
 
50 faizdən çoxunu qadınlar təşkil edir. Tarixə  nəzər  yetirsək 
şahidi  olarıq  ki,  Azərbaycan  qadınları  çox  çətin  və  şərəfli 
yollar  keçiblər.  Tarixin  bir  çox  dövrlərində  onların  zəhməti 
layiqincə  qiymətləndirilməyib,  istedad  və  bacarıqları  üzə 
çıxarılmayıb.  Ancaq  bu  gün  müstəqil  Azərbaycan 
cəmiyyətində  xanımlarımızın  normal  fəaliyyəti  üçün  lazımi 
şərait  yaradılmış,  onlar  dövlət  səviyyəsində  diqqət  və  qayğı 
ilə  əhatə  olunmuşlar.  Xüsusilə  ümummilli  liderimiz  Heydər 
Əliyevin  ikinci  dəfə  ölkəmizə  rəhbərliyə  qayıdışından  sonra 
bu məsələ  diqqət mərkəzində olmuşdur. İmzalanmış bir neçə 
fərman  buna  əyani  sübutdur.  1995-ci  ildə  Heydər  Əliyevin 
imzaladığı  fərmanla  respublikamız  Birləşmiş  Millətlər 
Təşkilatının  “Qadınlara  münasibətdə  hər  cür  ayrı-seçkiliyin 
ləğv olunması” Konvensiyasına qoşulmuşdur. Digər fərmanla 
respublikamızda Qadın Problemləri üzrə Dövlət Komitəsinin 
yaradılması  bu  sahədə  atılmış  mühüm  addımlardan  biri 
olmuşdur.  1998-ci  ildə  müstəqil  Azərbaycanın  birinci 
qadınlar qurultayının keçirilməsi xanımlarımızın həyatında ən 
əlamətdar hadisələrdən birinə çevrilmişdir. Önəmli faktlardan 
ən  başlıcası  isə  2000-ci  il  mart  ayının  6-da  ümummilli 
liderimiz  Heydər  Əliyevin  “Azərbaycan  Respublikasında 
dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman 
imzalaması  olmuşdur.  Məhz  bu  fərman  Azərbaycan 
qadınlarının  respublikamızın  ictimai-siyasi  həyatında    və 
digər sahələrda fəallaşmasında xüsusi rol oynamışdır. 
 
 
 
 
 
 
 
 


  
 
 
 
 
 
 
 
 
 
20 – 21  MART 
NOVRUZ   BAYRAMI 
 
Azərbaycan    xalqı  özünün  erkən  əkinçilik,  maldarlıq 
təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu 
qaynaqlardan  süzülüb  gələn,  yaddaşlara  yoldaş  olan  bu 
bayramları  xalqımız  bir-birindən  oynaq,  şirin  və  lətafətli  
nəğmələr,  ibtidai  təsəvvürlərlə  bağlı  ayin,  etiqad,  ənənə  və 
mərasimlərlə  bəzəmişdir.  Yüzilliklər  dolabında  bu  xalq 
bayramlarının  nəğmə  və  sözünün  nəqşi  pozulanı  da  olub, 
bəndi  unudulanı  da...  Lakin  xalq  coşğun  bir  yaradıcılıqla 
bayram  nəğməsinin  pozulmuş  ahəngini,  el  sözünün  unudul-
muş bəndini cilalamış, onun özünün qüdrətli  mənəvi dünya-
sını  əks  etdirən  yallılar,  coşğun  rəqslər,  rəngarəng  oyunlar, 
açıq havada keçirilən meydan tamaşaları ilə bəzəmişdir. 
Xalqımızın  belə  bayramlarından  biri  də  “Novruz” 
bayramıdır. O həh il mart ayının 20-21- də keçirilir. 
“Novruz”  əkinçilik,  məhsul  bolluğu  etiqadları  ilə  bağlı 
yaranmış bayramlardandır. Bu byramı keçirmək Orta Şərq və 
Orta Asiya xalqları içərisində daha qədim ənənələrdən hesab 
olunur. 
 “Novruz”  haqqında  məlumat  verən  mötəbər  mənbələr 
içərisində  “Avesta”  mühüm  yer  tutur.  “Avesta”da  “Novruz” 
xalqın  bolluğa,  qüdsiyyətə  sitayiş  bayramı  hesab  olunur. 
Hətta  onun  əkinçilik  bayramı  olması  da  qeyd  edilir. 
“Avesta”da deyilir ki, “Novruz” əkin bolluğu bayramıdır. O, 
sağlamlığın, firavanlığın başlanğıcıdır. 
Zərdüştlərin  “Novruz”la  bağlı  çox  adət,  ənənə,  ayin  və 
etiqadları  daha  bütöv  halda  “Avesta”da  qorunub  saxlan-
mışdır.  Lakin  bu  da  bir  həqiqətdir  ki,  istər  Azərbaycanda, 
istərsə  də  “Novruz”u bayram  eləyən başqa xalqlar içərisində 


  
 
 
 
 
 
 
 
onun yaranması ilə bağlı müxtəlif rəvayətlər, miflər, əfsanələr 
mövcuddur. 
31  MART 
AZƏRBAYCANLILARIN   SOYQIRIMI   GÜNÜ 
 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  1998-ci  il  mart 
ayının  16-da  “Azərbaycanlıların  soyqırımı  haqqında” 
imzaladığı  fərmanla  hər  il  martın  31-i  ölkəmizdə  soyqırım 
günü kimi qeyd edilir, dövlət səviyyəsində müxtəlif tədbirlər 
həyata  keçirilir.  Məhz  bu  gün  keçirilən  tədbirlərdə  dünya 
ictimaiyyətinə  bir  daha  çatdırılır  ki,  1905-ci  və  1918-ci 
illərdən  başlayaraq  erməni  millətçiləri  dəhşətli  faciələr 
törətmiş,  azərbaycanlılara  qarşı  soyqırım  siyasətinin  həyata 
keçirilməsi  üçün  ən  amansız  vəhşiliklərə  əl  atmışlar.  Bunun 
nəticəsində  minlərlə  soydaşımız  öz  doğma  torpaqlarından 
didərgin  düşmüş,  tarixi  abidələrimiz  dağıdılmış,  insanlar 
vəhşicəsinə  qətlə 
yetirilmişdir.  Ümumiyyətlə,  erməni 
millətçilərinin  soyqırım  siyasətinin  iki  yüz  ilə  yaxın  tarixi 
var.  Bu  siyasətin  arxasında  isə  bir  məqsəd  dayanır:  Böyük 
Ermənistan yaratmaq xülyası. 
Tarixin 
bütün 
dövrlərində 
nankor 
qonşularımız 
Azərbaycana  qarşı  ərazi  iddiasında  olmuşlar.  1920-ci  illərdə 
Azərbaycanın  tarixi  ərazisi  olan  Zəngəzur  heç  bir  əsası 
olmadan  ədalətsizcəsinə  Ermənistana  verildi.  Beləliklə  də,  
Azərbaycanın  qədim  Naxçıvan  torpaqları  Vətənimizin  qalan 
hissəsindən  ayrı  düşdü.  Bununla  paralel  Dağlıq  Qarabağda 
erməni  muxtariyyətı  yaradıldı.  Növbəti  ədalətsiz  qərar  bu 
dəfə də erməni millətçilərinin xeyrinə işlədi. 1948 – 1953-cü 
illərdə  ermənilər  yüz  minlərlə  azərbaycanlının  öz  ata-baba 
yurdlarından deportasiyasına nail oldular. 
XX  əsrin  sonlarında  ermənilərin  ərazi  və  torpaq  iddiası 
özünü  daha  qabarıq  şəkildə  büruzə  verdi.  Dağlıq  Qarabağın 
Ermənistana  birləşdirilməsi  tələbi  əvvəlcə  nümayiş  və 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə