Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə68/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   64   65   66   67   68   69   70   71   ...   80

real  olaraq  həyata  keçirilməzdir,  onların  hetero- 
genliyi və aradan qaldırılması mümkün olmayan 
antinomikliyinin  dərk  edilməsi  və  qorunub  sax­
lanması  şərti  ilə  onlar  arasında  işgüzar  və  əməli 
münasibətlər  mümkündür  [84,  177].  Beləliklə 
qloballaşma  etnik  mədəniyyətlərin  qarşılıqlı 
əlaqəsini  və  qarşılıqlı  zənginləşməsini  şərtlən­
dirsə  də  mədəniyyətlərin  müxtəlifliyini  aradan 
qaldırmaq və onları eyniləşdirmək gücündə deyil­
dir.  Etnik hisslər və etnik özünəməxsusluğu  sax­
lamaq  səyləri  hər  bir xalqın  şüurunda  dərin  kök 
salmışdır.  S.Hantinqtonun  ehtimal  olunan  dün­
ya  müharibəsinin  dini  zəmində  sivilizasiyaların 
müharibəsi olacağı haqda fikri bu baxımdan yan­
lış  mülahizələrə  əsaslanır.  İndi  baş  verən  bütün 
lokal  toqquşmalar,  münaqişələrdə  dini  deyil,  et­
nik xarakter daşıyır.
Rusiya filosofu Ə.Hüseynov isə əksinə, Şərqlə 
Qərbi  ayırmaq,  qarşı-qarşıya  qoymaq  cəhdlərini 
reallıqdan  uzaq,  uğursuz  adlandıraraq  bu  iki  si­
vilizasiyanın  çoxdan  qovuşduğunu  iddia  edir. 
Bu  zaman  o  həm  tarixi  faktlara,  həm  də  müasir 
dünyada baş verən proseslərə (miqrasiya,  ticarət, 
kommunikasiya)  istinad  edir.  Doğrudan  da  xris­
tianlıq,  iudaizm  Şərq,  yoxsa  Qərbdə  yaranıbdır, 
hansı  sivilizasiyanın  əsasını  təşkil  edir?  Məgər 
"Qərb-Şərq  divanı"  Hötenin  yaradıcılıq  zirvəsini 
təşkil  etmirmi?  Konfusi,  Quran  və  Şərqin  digər 
müdrik mənbələri, Tolstoyun stolüstü kitabları ol- 
mayıbmı? Mahatma Qandi, Xo-Şi- Min Avropada
Sevda Ağamirzə qızı Əhədova
280
təhsil almayıblarmı? Belə ritorik suallar çoxdur.
Sivilizasiyalarda  çox  sayda  insanlar,  onların 
birlikləri  ilə  təmsil  olunur.  Sual  olunur:  Onların 
arasında  xüsusi  olaraq  özünü  sivilizasiya  ilə 
fərdiləşdirən,  onu  əlahiddə  təmsil  etmək  və  ya 
onun  admdan  damşmaq  hüququ  olan  kimsə 
varmı?  Məsələn,  bu  gün  kim  islan  sivilizasiyası 
adınan  daruşa  bilər.  Nə  dini xadimlər, nə  dövlət 
başçıları,  nə  də  mütəfəkkirlər  -   heç  kim.  Çünki 
islan,  sivilizasiyası  özü  vahid  deyildir,  islam 
dövlətləri,  cərəyanları  arasında  ziddiyyətlər hələ 
də  güclüdür.  Buna  görə  də  bəzi  Qərb  KİV-də 
guya  terrorçuların  islamı  təmsil  etdiyini  iddia 
edən  fikirlər  əslində  məsələyə  qərəzli  yanaşma­
nın təzahürüdür.  Bu gün Usama ben Laden dün­
ya  terrorizminin  simvoluna  çevrilmişdir.  Lakin 
o  və  onun  adamları  vaxtilə  Əfqanıstanda  sovet 
qoşunlarına  qaşı  vuruşmaq üçün ABŞ  tərəfindən 
xüsusi  olaraq  təlim  keçməmişdilərmi?  Bu  gün 
sərhədlər  tanımayan  terrorizm  bütün  dünyada 
sülhə  və  təhlükəsizliyə  əsas  hədəfdir.  Heç  bir 
xalq  terrorizmdən  özünü  müdafiə  olunmuş  he­
sab  edə  bilməz.  Qərbin  imperiyapərəst  ayrı-seç­
kilik siyasəti bu gün islamda radikal cərəyanların 
güclənməsinin  əsas  səbəblərindən  biridir.  Ona 
görə də terrorizmi islamla eyniləşdirmək cəhdləri 
birinci növbədə islamı bilməməkdən,  ona qərəzli 
münasibətdən  irəli  gəlir.  Zorakılıq  müqəddəs 
Qurani-Kərimin  bütün  müddəaların  ruhuna 
ziddir.  Digər  tərəfdən  müsəlmanların  özləri  bu
Müasir dünyada mədaniyyatlərarası münasibətlər
28!


gün  terrordan  ən  çox  əziyyət  çəkən  insanlardır. 
Nəhayət  islam  dünyası çox rəngarəngdir və bü­
tün  digər  dünya  ilə  qarşı-qarşıya  duran  tam  bü- 
. töv deyildir.
Bu  gün  neofaşistlər,  skinxedlər,  ultrana- 
sionalistlər  Avropa  sivilizasiyasını,  xristianlığı 
necə  təmsil  edirlərsə,  islam  dini  bayrağı  altmda 
fəaliyyət göstərən terrorçular, ekstremistlər də is­
lamı bir o qədər təmsil edirlər.
Sivilizasiyaların  qovşağında  yaşayan  insan­
lar  arasında  sivilizasiyon  fərqlərlə  bağlı  yaranan 
problemlər, çətinliklər, kolliziyalar, onlara şəxsiy­
yətin  mənəvi  aspektindən  yanaşılarsa  öz  uğurlu 
həllini tapa bilər [108, 57-62].
Ə.Hüseynov mədəniyyətlərin qarşılıqlı əlaqə­
sini  dialoq  rejimində  inkişaf etdirilməsi,  siviliza- 
siyalararası gərginliyin  aradan qaldırılması üçün 
bir-biri ilə qarşılıqlı əlaqəli ən azı üç məsələyə qa­
dağan  qoyulmasını zəruri  hesab  edir:  1)  Mədəni 
əsasda konfrantasiya, qarşıdurma ideyasından im­
tina. Mədəni özəlliklər və fərqlər zorakı hərəkətlər 
üçün əsas ola bilməz; 2)Mədəniyyətlərin bərabər­
liyi  hüququndan  çıxış  edərək  dəyər  kriteriyala- 
rma  görə  mədəniyyətləri  qarşı-qarşıya  qoymaq 
cəhdlərini  dialoq  çərçivəsindən  çıxarmaq,  başqa 
mədəniyyəti  aşağılayan  sözlərə,  hərəkətlərə, 
simvolik  işarə  təzahürlərinə  yol  verilməməli. 
Dialoq  mədəniyyətlərin  dünyagörüş  -   dəyər 
əsaslarından  başqa  bütün  mövzuları  əhatə  edə 
bilər; 3) Nəhayət, dialoqun baş tutması üçün onun
Sevda Ağamirzə qızı Əhədova
iştirakçıları öz mədəniyyətini daha üstün tutan if­
rat  iddialardan,  yalnız  onun  mütləq  həqiqəti  və 
ali məqsədləri təcəssüm etdirdiyini nəzərdə tutan 
fikirlərdən  birdəfəlik  əl  çəkməlidirlər  [106,  427- 
428].
Dünya çoxçalarlıdır və yaxm gələcəkdə eynili­
yin, həmahəngliyin, yeknəsəkliyin bərqərar olma­
sı  inandırıcı  görünmür.  Müxtəlif sivilizasiyaların 
bir sivilizasiyada qovuşacağı və sivilizasiyalarara- 
sı  fərqlər  əsasında  vahid  sivilizasiyanın  təşəkkül 
tapacağının  ciddi  əsaslan  yoxdur.  BMT  TŞ-nın 
56/6 saylı qətnaməsində qeyd edildiyi kimi; vahid 
bəşər  ailəsi  bütün  sivilizasiyalan  birləşdirir,  bu 
sivilizasiyalar  müxtəlifliyin  nailiyyətlərini  daha 
da yaymağa və  təşviq etməyə imkan verir və bir 
daha  təsdiq  edir ki,  sivilizasiyaların  nailiyyətləri 
bütün bəşəriyyətin kollektiv irsidir [110,13].
Müasir dünyada madaniyyətlararası münasibətlər
4 .4 .  M ə d ə n iy y ə tlə rin   d ia lo q u n d a  
tu riz m in   ro lu
B
əşərsivilizasiyasınınbütüntəkamülmərhə-
lələri qitələrarası,  regionlararası,  xalqlara- 
rası  əlaqələrin  genişlənməsi  və  dərinləşməsi  ilə 
səciyyələnir.  Qlobalizasiya  şəraitində  isə  çoxlu 
sayda  yeni  kommunikasiya  formaları:  miqrasi­
ya, üfüqi  təmaslar (xalq diplomatiyası), mütəxəs­
sislərin,  tələbələrin  mübadiləsi  və s.  əmələ  gəlir.


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə