Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə27/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   23   24   25   26   27   28   29   30   ...   80

yanaşı  mövcud  olan  müxtəlif  mədəniyyətlərin 
qarşılıqlı  əlaqəli  sistemi  kimi  baxmaq  daha  doğ­
ru  olardı.  Qlobal  mədəniyyət  milli  mədəniyyət­
lərin  harmonik  vəhdəti,  qlobal  müxtəliflik  mə­
dəniyyətidir.  Qlobal  mədəniyyət  anlayışına  bu 
yanaşma  mədəniyyətə  aid  bir  çox  beynəlxalq 
sənədlərdəki  fikirlərlə  həmahəng  səslənir.  Məsə­
lən,  "Mədəniyyət  sahəsində  siyasət  haqqında" 
Meksika  Bəyannaməsində  deyilir  ki,  sözün  ge­
niş  mənasında  mədəniyyət  cəmiyyəti  və  sosi­
al  qrupu  səciyyələndirən,  səlis  ifadə  olunmuş 
mənəvi  və  maddi,  intellektual  və  emosional  cə­
hətlər  məcmusudur.  Mədəniyyət  incəsənət  və 
ədəbiyyatdan  əlavə,  həyat  tərzinin,  əsas  insan 
mənbə  hüquqlarını,  dəyərlər  sistemini,  ənənə  və 
etiqadları  əhatə  edir".  Qeyd  olunur  ki,  istənilən 
mədəniyyət  təkrarolunmaz  və  əvəzedilməz  də­
yərlər məcmusu kimi, məhz öz ənənələri və ifadə 
formalan ilə özünü bütün dünyaya tamdır [140].
Hər  bir  mədəniyyət  öz  dəyər  strukturu­
na  və  mənəvi  köklərinə  əsaslanır.  Yad,  isteh­
lakçı  sivilizasiya  modellərinin  mədəniyyətlərə 
qəbul  etdirilməsi  ahəngdarlığın  pozulmasma, 
münaqişələrə  gətirib  çıxanr.  Əlbəttə,  əksər  milli 
mədəniyyətlərə ümumən xas olan dəyərlər möv­
cuddur. Bununlayanaşı mədəniyyət paradiqması 
bir çox hallarda təbii şəraitlə, etnik, dil, hətta yaş- 
cins strukturu ilə sıx əlaqədardır. Mədəniyyətlərin 
bu çoxcəhətliliyi nə psixi, nə də maddi planda va­
hid  sivilizasiya  modelinə,  vahid  məxrəcə  gətirilə.
аг
Sevda Ağamirzə qızı Əhədova
bilməz.  Bu  tip mədəniyyət modeli,  yalnız mono- 
kulturalizm bazasında yaradıla bilər.
Artıq  bir  çox  ölkələr  inkişafın  monomədəni, 
istehlakçı  modelinin  tətbiqinin  qurbanına  çevril­
məkdədir. Ona görə də bəşəriyyətin qarşısında du­
ran  əsas  məqsəd-mədəniyyətlərin  müxtəlifliyini 
qorunması,  onlara öz sivilizasiya  (inkişaf) mode­
lini  inkişaf  etdirmək  imkanının  yaradılmasıdır, 
cəmiyyətin  mənəvi  dayaqlarının  laxladılması 
onun labüd məhvi deməkdir.
Qlobalistlər  qərb  modelinin  həyatiliyini  tə­
min  etmək  üçün  demokratiya,  insan  hüquqla­
rı,  iqtisadi  inkişaf,  yoxsulluqla  mübarizə  kimi 
nəcib  ideyalardan  geniş  istifadə  edirlər.  Əslində 
isə  bunlar  bütün  dünyada  insanların  daha  da 
yoxsullaşmasına, var-dövlətin az sayda ölkələrdə 
və  əllərdə  cəmləşməsinə  gətirib  çıxarır.  Heç  bir 
dövlət  və  ya  dövlətlər  qrupu  demokratiya,  in­
san hüquqları  naminə  belə  özünün  yeni  imperi­
ya  məqsədlərini,  iradəsini,  mənəvi  prinsiplərini 
və  istehlakçı  etnik  normalarını başqalarına  diktə 
etdirməməlidir.
Qlobalizasiya  prosesinin  əsasında  elmin,  tex­
nikanın,  mədəniyyətin,  siyasətin  ümumi  inki­
şaf  qanunauyğunluqlarının  təsiri  nəticəsində 
müxtəlif  ölkələrin  və  mədəniyyətlərin  yaxınlaş­
ması və görüşməmiş intensivlik və miqyas almış 
dünya  informasiya  mübadiləsi  durur.  Qlobal­
laşmanın mühüm amili olan elektronika və rabitə 
texnologiyalarının  tərəqqisi,  qlobal  informasi-
из
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


ya  mühitinin  formalaşması  nəticəsində  planetin 
əhalisinin  çox  hissəsi  qlobal  informasiya  axınına 
qoşulmağa  başlamışdır.  Buna  həm  informasi­
ya  ötürücü  texniki  vasitələrin  (peyk  televiziyası, 
Internet)  sürətlə  inkişafı,  həm  də  kütləvi  kom­
munikasiya vasitələrinin nisbətən məhdud sayda 
özəl şirkətlərdə cəmləşməsi də səbəb olubdur. Bu 
gün ən ucqar kənddə yaşayan insanın ən müxtəlif 
informasiya  mənbələrinə  əli  çatır  və  bununla  o 
dünyada  baş  verən  hadisələri  real  vaxt  (online) 
rejimində izləmək imkanı qazamr.
Dövrümüzün  ən böyük  ziddiyyəti  də  qlobal­
laşmanın  təsiri  altında insan fəaliyyətinin maddi 
və  mənəvi  sahələri  arasında  dərinləşməkdə  olan 
ziddiyyətlərdir.  Əgər qloballaşmanın təsiri  altın­
da maddi həyat sahələri daha da inteqrasiya olu­
naraq  vəhdətləşirsə  mənəvi-mədəni  sahələr  ara­
sında dezinteqrasiya getdikcə dərinləşməkdədir.
Mədəniyyət  dünyası  çoxçalarlıdır  və  bu  onun 
üstünlüyüdür.  Yad  mədəniyyətlə  tanışlıq  insanın 
dünyagörüşünün  zənginləşməsinə,  xalqlar  arasın­
da qarşılıqlı hörmətin formalaşmasına gətirib çıxa­
rır.
Aydındır ki,  qloballaşmanın hamı üçün məq­
bul  modeli  odur  ki,  bütün  xalqlar  milli-mədəni 
özünəməxsusluğunu saxlamaqla bu prosesdə bə­
rabər iştirak etmək imkanına malik olurlar. Sosial- 
iqtisadi  cəhətdən  geridə  qalmış  xalqlara  onlara 
yad  mədəni  normaların  və  nümunələrin  qəbul 
etdirilməsi, digər ölkələrin mədəni məhsullarının
Sevda Ağamirzə qızı Əhədova
m
geniş  idxalı,  milli  mədəniyyətin  inkişafına  əngəl 
törədən  amillərin  artması  əsil  mədəni  müdaxilə 
olub, iqtisadi və siyasi mənfəət götürmək məqsədi 
daşıyır. Bu isə mədəni deyil, iqtisadi qloballaşma­
nın təzahürüdür. Çünki mədəniyyət burada satış 
üçün nəzərdə tutulmuş əmtəə rolunda çıxış edir. 
Hazırda  ABŞ  kino  sənayesi  məhsullarının  dün­
yada  geniş  yayılması  bunu  bir  daha  sübut  edir. 
Mədəni  qloballaşma  isə  təkcə  bazarın  tələblərini 
deyil həm də xalqların və insanların mənəvi ehti­
yaclarını  də  nəzərə  alır,  milli-mənsubiyyətindən 
və  yaşayış  yerindən  asılı  olmayaraq  hamıya 
mənəvi-mədəni inkişaf üçün bərabər şərait yara­
dır.
Mədəniyyətə  bazar  prinsiplərinin  şamil  edil­
məsi  cəmiyyətin  ekoloji  və  mənəvi  böhranının 
əsas  səbəblərindən  biridir.  Əgər  dünənə  qədər 
bu böhran nisbətən lokal xarakter daşıyır və milli 
ərazilərdən  kənara  çıxmırdısa,  transmilli  dünya 
bazarımn  formalaşması  ilə  o  qlobal böhran miq­
yasını almaqdadır. Bu böhranın əsas simptomları 
özünü xalqlar arasında təhsil və mədəni inkişafda 
bərabərsizliyin  dərinləşməsində,  müxtəlif  xalq­
lar,  ölkələr,  regionlar  üçün  informasiya  istehsalı 
və yayılması mənbələrinin, müasir texnologiyala­
rın əlçatmazlığında özünü göstərir.
Mədəniyyət  öz  mahiyyətinə  görə  alqı-satqı 
predmeti ola bilməz, o bərabər səviyyədə hər kəsə 
və hamıya  məxsusdur.  Mədəniyyət özəlləşdirilə, 
xüsusi  mülkiyyətə  çevrilə bilməz.  Əlbəttə  mədə­
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
1(5


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə