Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə22/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   ...   18   19   20   21   22   23   24   25   ...   80

şəkildə  inkişaf  edə  bilməz.  Milli  mədəniyyət 
yalnız  digər  mədəniyyətlərlə  qarşılıqlı  əlaqəyə 
girərək,  qarşılıqlı  şəkildə  zənginləşərək,  özgün- 
lüyünü  saxlamaqla,  ümumbəşəri  mədəniyyət 
səviyyəsinə  qalxa  bilər.  Bu  baxımdan  milli  və 
ümumbəşəri  mədəniyyətləri  tamm  və  hissələrin 
münasibətləri kimi də səciyyələndirmək olar.
Müasir  dünyada  biz  milli  özünüdərkin,  mil­
li  identikliyi  inkişafının  şahidi  oluruq.  Milli 
dəyərlərə  sadiqlik,  məxsus  olduğu  millətin, 
xalqın, etnosun sosial, iqtisadi,  siyasi,  mənəvi in­
kişafına nail olmaq arzusu, digər millətin mənəvi 
dəyərlərinə hörmət etməklə, milli bərabərlik prin­
sipinə riayət etməklə mümkündür.  Əks halda bu 
məxsus  olduğunu  xalqm  mənafeyinin  və  ma­
raqlarının  mütləqləşdirilməsinə,  milli  eqoizmə, 
milliyyətçiliyə  gətirib  çıxarır.  V.S.Malaxova  görə 
etnik  millətçilik  üçün  öz  xalqının  dəyərlərinin, 
imperativlərinin,  ümumi  tarixinin,  linqvistik 
və  mədəni  homogenlik  haqqında  miflərinin 
şişirdilməsi  kimi  keyfiyyətlər  xasdır.  Etnik  mil­
lətçi üçün onun mədəniyyəti, dili, adət-ənənələri, 
həyat  tərzi  digər millətlərinkindən mütərəqqi  ol­
duğundan  üstün  tutulmalıdır.  Milli  müstəsnalıq 
iddiası,  etnik  lovğalıq  son  nəticədə  etnik  müna­
qişələrə,  regional  müharibələrə  gətirib  çıxarır 
ki,  bundan  da  nəinki  qonşu  xalqlar,  elə  birinci 
növbədə etnomillətçilik xəstəliyinə  tutulmuş xal­
qm özü zərər görür.
Etnik millətçiliyin ən mühüm təzahürlərindən
Sevda Ağamirzə qızı Əhədova
biri nəyin bahasına olursa olsun öz dövlətçiliyinə 
nail  olmaq  iddiasıdır.  Onların  nəzərincə  dövlət 
yalnız bir millətin  nümayəndələrindən  ibarət ol­
malıdır.  Dövlətçiliklə  bir  etnik  millətin  sərhəd­
lərini  uyğunlaşdırmaq  tələbləri  təhlükəli  vəziy­
yətlərə  və münaqişələrə,  məcburi  deportasiyaya, 
genosidə  gətirib  çıxarır;  polietnik  dövlətdə  ya­
şayan  bütün  digər xalqları  tabe  vəziyyətinə  salır 
[175,  209].  Qafqazda  erməni  millətçiliyinin  200 
illik tarixi, Qarabağ hadisələri bunun əyani sübu­
tudur.
Qloballaşma  xalq  mədəniyyəti,  elitar  mədə­
niyyətlə  kütləvi  mədəniyyətin  qarşılıqlı  müna­
sibətlərində  də köklü dəyişikliklərə gətirib çıxar­
mışdır.  Bir yandan,  biz  birinci  tip  mədəniyyətin 
statusunun  getdikcə  aşağı  düşməsi  meylləri  ilə 
rastlaşırıq,  digər  tərəfdən  kütləvi  mədəniyyətin 
postindustrial  cəmiyyətin  mədəniyyətin  sistemi­
nin əsas elementinə çevrildiyini müşahidə edirik.
Formalaşmaqda  olan  qlobal  mədəniyyətə  bir 
sıra  hallarda  milli  mədəniyyətlərin  qlobal  qərb- 
ləşməsi  (vestemizasiya)  prosesi  kimi  baxırlar,  bu­
nun  da  əsasında  qərb  həyat  və  davranış  tərzinin, 
təfəkkür formalarının qlobal hücumu, qərb, əsasən 
Amerika  mədəniyyət  nümunələrinin  geniş  yayıl­
ması  durur.  "Universal  sivilizasiya"  konsepsiyası 
da məhz qərbin mədəni ağalığına bəraət qazandır­
maq məqsədi güdür. P.Berqer,  R.Robertcon, U.Век 
və  b.  mədəni  qloballaşmanın  məhz  bu  neqativ 
nəticələrini vurğulayırlar.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər


Qərbləşmə  ən parlaq  təzahürünü kütləvi  mə­
dəniyyət  fenomenində  göstərir.  Əsasən  kütləvi 
informasiya  vasitələrinin  köməyi  ilə  yayılan 
Amerika  kütləvi  mədəniyyətinin  təsiri  altında 
"yerli  istehlak  mədəniyyəti"  (Smirnova  N.M.) 
formalaşır  ki,  o  özündə  ənənəvi  milli-mədəni 
elementlərlə  yad,  gətirilmə  elementləri  çulğaş- 
dırır.  Bunun  ən  bariz  nümunəsi  kimi  son  vaxt­
lar  bir  çox  ölkələrdə  geniş  tətbiq  edilən  popul­
yar  teleproqramların  lisenziyasının  alınmasının, 
oxşar  süjetli  kinofilmlərin,  remix  -   mahnıların 
sayının  artmasıdır.  Rusiya  kulturoluqlarının 
qeyd  etdiyi  kimi, vesternləşmə  Qərb,  hər şeydən 
əvvəl  Amerika  mədəniyyətinin  bu  mədəniyyətə 
heyrətamiz tələbatın (dəbin) artması ilə müşayiət 
olunan  məqsədyönlü  qəbul  etdirilməsidir  ki,  bu 
da  qərbləşən  tərəfin  öz  mədəni  müxtəlifliyini 
itirməsinə  səbəb  olur.  Sonuncu  isə  sosial  eti­
raz,  qərb  mədəniyyətinə  düşmən  münasibətin 
yaranmasına gətirib çıxarır [130, 576].
Kütləvi 
mədəniyyətin  sürətlə  yayılması 
ənənəvi  milli  mədəniyyətlər  üçün  əsil  təhlü­
kə  yaradır.  XXI  əsrdə  bu  meyl  getdikcə  geniş­
lənməkdədir.  Qloballaşma  proseslərinin  təsiri 
nəticəsində  mədəniyyətin  əmtəəyə,  xidmətə 
çevrilməsi  təhlükəsi  də  artmaqdadır.  Kütləvi 
mədəniyyətin  nəticəsi  olan  unifikasiyaya  (ey­
niləşməyə)  qarşı özünü  qorumaq  reaksiyası kimi 
mədəni separatizm meyli ortaya çıxmaqdadır.
Qərb  təcrübəsi  ən  optimal  universal  bəşəri:
П
Sevda Ağamirzə qızı Əhədova
təcrübə kimi qələmə verilir. Ancaq müasir dünya 
qütbləşməkdədir. ABŞ tədricən öz müstəsna lider­
liyini  itirir,  yeni  güc  mərkəzləri  (Çin,  Hindistan, 
Cənub-Şərqi Asiya, T ürkiyə) yaranır.
Həyat tərzlərinin, mədəni simvolların eyniləş- 
məsi,  bəsitləşməsi  nəticəsində  universallaşma 
prosesi  sürətlənir  və  genişlənir.  Qloballaşma 
qərb  və  amerikan  dəyərlərini,  normalarını,  hə­
yat  tərzini  bütün  dünyaya  yaysa  da,  onlar  di­
gər  mədəniyyətləri  əvəz  etmək  iqtidarında  de­
yillər.  Nəticədə  mədəniyyətlərin  toqquşması, 
münaqişəsi təhlükəsi yaranır.
R.Mehdiyev  qloballaşmanın  məhz  bu  meyl­
lərini  nəzərdə  tutaraq  qeyd  edir  ki,  qloballaşma 
mili mədəniyyətin və ənənələrin üstünlüyünü da­
ğıdır,  mili  üzgünlükdən uzaqlaşmanı gücləndirir 
və  coğrafi,  iqtisadi  vəziyyətindən,  siyasi  quru­
luşundan,  mili  mentalitetindən  asılı  olmayaraq, 
cəmiyyəti qərbləşdirir [62, 35].
Qlobalizasiya  milli-mədəni  identiklik  proble­
mini  daha  da  mürəkkəbləşdirir,  bir  çox  xalqları 
"biz kimik"?  sualma  cavab  axtarmağa  sövq edir. 
Bu  gün  demək  olar  ki,  bütün  ölkələr  identiklik 
böhranı  ilə  üzləşiblər.  Bu  problem  daha  geniş 
miqyasda  sosializm  sistemindən  çıxmış  ölkələr 
üçün  xasdır.  Elə  Azərbaycanın  özündə,  70-ci  il 
ərzində milli mədəniyyət üzərində saysız-hesab­
sız  eksperimentlər,  milli  mənlik  şüurunu  so- 
vetləşdirmək  yolu  ilə  onun  təməl  prinsiplərini 
məhv  etmək  məqsədi  güdmürdümü?  Bu  gün
Müasir dünyada mədaniyyətlərarası münasibətlər


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə