Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə7/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   2   3   4   5   6   7   8   9   10   ...   80

Mədəniyyət sivilizasiyanın mənəvi zənginliyi­
ni  müəyyən edən əsasıdır,  onun digər üzvi kom­
ponentlərinin  vəhdətini  və  sistemliliyini  təmin 
edən  vasitədir.  Mədəni  dəyişikliklərin  əsas  məq­
sədlərindən  biri  də  məhz  xalqlar  arasında  sülhə 
və qarşılıqlı anlaşmaya nail olmaqdır. Mədəniyyət 
mənəviyyat,  etika,  hüquq  vasitəsilə  insan­
lar,  xalqlar,  dövlətlər  arasındakı  münasibətləri 
humanistləşdirməyə qadiridir.
Dialoqun əsas  vəzifəsi bir mədəniyyət nüma­
yəndələrinin  digər  xalqın  ənənələri  ilə  tanış  et­
məkdən,  xalqlar  arasında  anlaşmanı,  qarşılıqlı 
əlaqələri  möhkəmləndirməkdən  ibarətdir.  Öz 
mənəvi-etik  prinsiplərini  saxlamaqla,  mədəni 
ənənələr  müxtəlif  xalqların  mədəniyyətlərini 
zənginləşdirməyə xidmət etməlidir.
Alfred 
Veber  sivilizasiyaya 
elmi-texniki 
nailiyyətlərin  məcmusu  kimi  baxır,  mədəniyyəti 
isə  incəsənət,  din,  fəlsəfə və  cəmiyyətin  digər bu 
cür  fəaliyyətinin  məhsulu  kimi  başa  düşürdü. 
Makayer  isə  mədəniyyətlə  sivilizasiya  arasın­
da  səlis  xətt  çəkərək,  sivilizasiyam  mədəniyyətə 
konkret  fayda  verməyə  yönəlmiş  hissəsi  kimi 
götürməyi  təklif  edir.  Markuze  mədəniyyətin 
insan  azadlığının  və  məhsuldar  fəaliyyətinin 
daha  yüksək  səviyyəsi,  sivilizasiyanı  isə  yalnız 
zərurət sahəsi kimi qəbul edir. Maks Veberə görə 
sivilizasiya bir xətt üzrə,  daim inkişaf edən dina­
mik  mütərəqqi  prosesdir,  mədəniyyət  isə  yalnız 
hadisələr zənciridir [116, 290].
Sevda Ağamirzə qızı Əhədova
30
Hazırda  sivilizasiya  anlayışı  maddi  və  qeyri- 
maddi mədəniyyətlərin məcmusu kimi işlədilməsi 
ilə də rastlaşmaq mümkündür.
Sivilizasiyaların  çoxluğu  haqqında  möv­
cud  ideyalar  yeni  deyildir.  Hələ  XIX  əsrdə 
N.Danilevski,  O.Şpenqler,  A.Toynbi  bu  haqda 
fikirlər  söyləmişlər,  sivilizasiyanın  bütün  bəşə- 
riyyətin  mövcudluğunun  vahid  və  universal 
üsulu  olması  ideyasını  əsassız  hesab  etmişlər. 
A.Toynbiyə görə sivilizasiyanın vəhdəti haqqında 
tezis sosial mühitin təsiri altmda olan tarixçilərin 
başındakı  yanlış  konsepsiyadır.  Onun nəzərincə, 
beləyanaşmanmmənbəyimüasirqərb sivilizasiya­
sının  təsirinin  nəticəsi  olaraq  dünyanın  iqtisadi 
və  siyasi  eyniləşməsi  (unifikasiyasıdır).  Qərbin 
ekspansionist siyaşətinin nəticəsi olan bu eyniləş- 
məni heç də vahid sivilizasiyanın yaranması kimi 
təqdim etmək olmaz, çünki məhz Qərbin hegemo- 
niyası  ölkələrin və xalqların mədəni özəlliklərini 
nəzərə almır [160, 81].
Göründüyü  kimi,  Toynbi  məhz  mədəni  as­
pektləri  əsas  götürərək  iqtisadi  qloballaşmanı 
vahid  və  universal  sivilizasiya  kimi  qəbul  et­
məyi  rədd  edir.  Bu  zaman  Toynbi  sivilizasiya­
ya  mədəniyyətin  sinonimi  kimi  yanaşaraq  hər 
sivilizasiyanın  (o  cümlədən  də  Qərb  siviliza­
siyasının)  unikal  və  əbədi,  onların  arasındakı 
baryerlərin keçilməz olduğunu düşünür. Bu təbii 
sərhədləri aradan qaldırmaq cəhdləri isə siviliza­
siyaların  toqquşmasına,  Qərblə  digər  regionlar
Müasir dünyada mədaniyyətlərarası münasibətlər


arasında gərginliyin artmasına, beynəlxalq terro­
rizmin və hətta nüvə müharibəsinə gətirib çıxara 
bilər.  Bu  yanaşmalar  antiqlobalizm  hərəkatının 
əsas ideya mənbəyidir.
Universal sivilizasiya ideyasını müdafiə edən­
lər  də  qloballaşmaya  istinad  edir,  qloballaşma 
prosesi  ilə vahid  sivilizasiyanın  təşəkkül tapması 
arasında birbaşa əlaqə olduğunu göstərirlər [147].
Çoxlu  sayda  sivilizasiyaların  mövcudluğu 
haqqında mif günümüzün ən geniş yayılmış yan­
lışlıqlarından  biridir.  Əlbəttə,  keçmişdə  müxtəlif 
cəmiyyətlər  həqiqətən  bir-birindən  müstəqil  ola­
raq  mövcud  olmuşlar.  Lakin  yeni  dövr  bu  avto- 
nomluğu  tamamilə dəyişmişdir.  XX əsrdə ümumi 
texnologiyaya,  ümumi  problemlərə  və  təməl  də­
yərlərə malik vahid sivilizasiya yaranmışdır. Lakin 
bu vahid sivilizasiya çox milli və çoxmədəniyyətli 
(polikultur)  dünyada  mövcuddur.  Antiqloba- 
lizmin  müsbət  tərəflərindən  biri  də  məhz  sosial 
bərabərsizliyə, mədəni fərqlərin aradan qaldırılma­
sına, bütün dünyanı qərbin kütləvi mədəniyyətini 
primitiv  standartlarına  uyğunlaşdırmaq  cəhdlə­
rinə  qarşı  etirazdır.  Xalqların  tarixi  ənənələrini 
və  həyat  tərzlərinin  müxtəlifliyinə  əsaslanan 
dünyanın  çoxçalarhğını  qoruyub  saxlamaq  üçün 
məhz  polikulturalizm  (çoxmədəniyyətlilik)  ən 
optimal  forma  hesab  edilə bilər.  Bəşəriyyəti səna­
yeyə  qədərki  keçmişə  və  dini  dözümsüzlüyə 
qaytarmağa  çalışan  fundamentalizmdən  fərqli 
olaraq,  polikulturalizm  gələcəyə  və  beynəlxalq.
Sevda Ağamirzə qızı Əhədova
əməkdaşlığa yönəlmişdir.
Əgər  sivilizasiyanın  struktur  vahidini  etnos­
lar, xalqlar, dövlətlər təşkil edirsə, mədəniyyətdə 
bu qisimdə insanın özü çıxış edir.
Sivilizasiya  prosesinin  müasir  mərhələsi  in­
kişafın  ekstensiv  tipindən  intensiv  tipinə  keçdi­
yini sübut edir.  Ərazi işğalı, qonşu xalqlara qarşı 
təcavüz nə mənəviyyata, nə də beynəlxalq hüquqa 
uyğun  hərəkət  hesab  edilir.  Ölkənin böyüklüyü, 
ərazisinin ölçüləri, əhalinin sayı, hərbi qüdrəti ilə 
deyil, texnoloji, mənəvi, intellektual potensialı ilə 
müəyyən edilir.
Azərbaycan  filosofu  Səlahəddin  Xəlilov  ■"si­
vilizasiya"  və  "mədəniyyət"  anlayışları  arasında 
fərq qoyulmasının zəruriliyinə diqqəti cəlb edərək 
vurğulayır  ki,  əslində  müxtəlif  sivilizasiyalar 
yoxdur,  sivilizasiya bütün bəşəriyyət üçün eyni­
dir  və  bəşəriyyət  də  onu  qoruyub  saxlamalıdır. 
Mədəniyyətlərə  gəlincə  isə,  S.Xəlilovun  fikrincə, 
onlar  tarixi  prosesləri  ayrica  götürülmüş  hər bir 
xalqm  milli  mənlik  şüuru  ilə  bağlı  hadisələri 
özündə  əks  etdirir.  Bu  mənada  dialoq  sivilizasi­
yalar arasında deyil, yalnız mədəniyyətlər arasın­
da gedə bilər [31].
S.Xəlilov  "sivilizasiya"  anlayışına  münasibət 
bildirərkən  onun  yalnız  dini  dəyərlərlə  əlaqə­
ləndirilməsinə  qarşı  çıxış  edir  və  göstərir  ki, 
belə  halda  müxtəlif  dinlərə  uyğun  olan  müxtəlif 
dinlərdən  danışmaq lazım  gələrdi.  O sivilizasiya­
nın  təşəkkül  tapmasının  ilkin  şərtinin  şəhərlərin
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
д?


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə