Sevda ağAMİRZƏ qizi əHƏdova müASİr dünyada



Yüklə 259,82 Kb.
Pdf görüntüsü
səhifə6/80
tarix02.10.2017
ölçüsü259,82 Kb.
#2896
1   2   3   4   5   6   7   8   9   ...   80

şəkildə cəmiyyətin mənəvi dəyərlərində və struk­
turlarında  təcəssüm  olunur.  Sivilizasiya əhalinin 
müxtəlif etnik və mədəni qrupları, inkişaf etmiş və 
inkişaf  etməmiş  xalqlar  arasındakı  ziddiyyətləri 
aradan  qaldırır,  varislik  problemini  -   keçmiş- 
indi-gələcək zaman arasındakı nisbət problemini 
həll edir. O uzun sürən "ətalət"  və "sükunət"dən 
sonra yenidən dirçəlməyə imkan verən potensiala 
malikdir.  Məhz  sosial-mədəni  nizamlamanın 
çoxölçülülüyü  və  sistemliliyi  ictimai  proseslərin 
formalaşmasmda  sivilizasiyaların  əhəmiyyətini 
artırır  və  onu  bəşəriyyətin  tarixi  inkişafının  ən 
mühüm nailiyyətinə çevirir [122,187].
Sivilizasiya bir neçə mənada işlədilir. Birincisi: 
insanın  təbii  mühitdən  və  sosial  gerçəklikdən 
ayrılma  səviyyəsini  əks etdirən  və  həyatın urba­
nizasiyası  ilə  əlaqəli  olan,  barbarlıqdan  siviliza­
siyaya  doğru  xətti  hərəkəti;  ikincisi:  həyat  tərzi 
və  davranış  prinsiplərini,  mənəvi-etnik  dəyərlər 
sistemini  müəyyən  edən  spesifik  dini-mədəni 
ənənələr;  üçüncü:  daha  çox  mənəvi  fəaliyyətin 
obyektivləşdirilmiş  nəticəsi  olan  mədəniyyətin 
əksi  kimi  sivilizasiya  əsasən  insan  fəaliyyətinin 
maddi tərəfləri kimi də qəbul edilir.
Adi  həyatda  biz  "mədəniyyət"  və  "siviliza­
siya"  sözlərini  sinonimlər  kimi  işlədirik.  Ancaq 
bu məfhumların definisiyası heç də üst-üstə düş­
mür.  Fəlsəfi  ensiklopedik  lüğətdə  mədəniyyət 
geniş  mənada  "həyat  təzahürlərinin,  xalqm  və 
xalqlar  qrupunun  nailiyyətlərinin  və  yaradıcı­
Sevda Ağamirzə qızı Əhədova
26
lığının  məcmusu"  kimi izah edilir  [162,  229].  Bu 
lüğətdə  sivilizasiya  "texniki  nailiyyətlərin  və 
onunla  bağlı  olan  komfortun  məcmusu"  kimi 
müəyyənləşdirilir.  Sivilizasiya-mədəniyyət  mü­
nasibətləri  hissənin-tama  münasibəti  kimi  də 
səciyyələndirilir. Digər müəlliflər əksinə, siviliza­
siyanı  daha  geniş  və  çoxkeyfiyyətli  amil  kimi 
qəbul  edərək,  mədəniyyəti  onun  tərkib  hissəsi, 
komponenti kimi görürlər.
Bu iki sosial fenomen arasında fərqləri aydın­
laşdırmaq  baxımından  müxtəlif  müəlliflərin 
mülahizələri 
də 
mövqeyi 
də 
maraqlıdır. 
B. V.Markov "Mədəniyyət və sivilizasiya" əsərində 
mədəniyyəti insan fəaliyyətinin təşkili və inkişa­
fı sistemi kimi qəbul edərək bu məfhuma istehsal 
üsulu,  təbiətlə  qarşılıqlı  əlaqə,  şəxsiyyətlərarası 
ünsiyyət, idrak və mənəvi yaradıcılıq üsulu  kimi 
komponentləri daxil edir.
Mədəniyyəti  ilkin  olaraq  tərbiyəlilik kimi  qə­
bul  edən  yunanlar bununla  sivilizasiyalı  xalq ki­
mi  özlərini  barbarlardan  fərqləndirirdilər.  Orta 
əsrlərdə,  İntibah  dövründə,  mədəniyyət,  qanun­
lara riayət edən sivilizasiyalı davranış, humanitar 
biliklərə  və incəsənətə malik olma kimi başa dü­
şülürdü.
Sonralar, mədəniyyətliliyin daha geniş kıiteri- 
yaları təşəkkül tapmağa başlayır. Mədəniyyəti ra­
sional  texniki  nailiyyətlərlə  məhdudlaşdırmağın 
əleyhinə çıxanlar bu sosial fenomeni insanın əsas 
tələbatlarının  (maddi,  mənəvi,  fizioloji,  psixoloji
Müas/r dünyada mədəniyyətlərarası münasibətlər
27


və s.) təmin edilməsi üsulları sistemi kimi interp­
retasiya etməyə başlayırdılar. Bu isə mədəniyyətə 
münasibətdə  avrosentrik  yanaşmanın  tədricən 
aradan qaldırılmasına, "qeyri-sivilizasiyalı" xalq­
ların adət-ənənələrinə, həyat tərzinə də mədəniy­
yətin  bir  təzahür  forması  kimi  qəbul  edilməsinə 
gətirib çıxardı.
Mədəniyyətfaktorusivilizasiyalıcəmiyyətlərin 
dəyərlərinin mühüm  tərkib  hissəsi  olaraq sosial- 
siyasi  təməlləri,  inancları,  adət-ənənələri  özündə 
əks  etdirərək  xalqların,  millətlərin  identikliyi- 
nin  müəyyənləşməsində  və  inkişafında  mühüm 
rol  oynayır.  Sivilizasiya ilə  mədəniyyətin nisbəti 
ümumi  ilə  xüsusinin  nisbətidir,  hərçənd  ki,  adi 
halda  bu  sözlər  bir-birini  qarşılıqlı  əvəz  edən 
sözlər kimi  işlədilir. Sivilizasiyaların,  dövlətlərin 
təşəkkül  tapması,  onların  mədəni  məhsuldarlığı 
təkcə  digər  sivilizasiya  əraziləri  ilə  çulğaşması 
nəticəsində  deyil,  həm  də  mədəni  nailiyyətlərlə 
mübadilə, digər xalqlarla qarşılıqlı əlaqə, qarşılıqlı 
ticarət nəticəsində mümkün olmuşdur.  Qarşılıqlı 
əlaqə  həm  sivilizasiyalar  arasında,  həm  də  sivi­
lizasiya  daxilindəki  müxtəlif  mədəniyyətlər  ara­
sında,  dinc  və ya  münaqişə  formasında  baş  verə 
bilər.
Sivilizasiya  fenomeni  mədəniyyət  fenome­
nindən  daha  geniş  və  mürəkkəb  fenomendir. 
Sivilizasiyada  tarixi  amil  mühüm  rol  oynayır. 
Bu  zaman  sivilizasiya  "kənd  təsərrüfatının, 
əhalinin  yüksək sıxlığı,  ailə  və ya  tayfadan  daha
Sevda Ağamirzə qızı Əhədova
28
M ü a s ir dü nyada m ədəniyyətlərarası
 m ünasibətlər
yüksək  səviyyəli  siyasi  strukturları,  inzibati-di- 
ni  iyerarxiyanı,  sinfi-strafikasiya  və  urbaniza­
siyam  yaradan  cəmiyyətin  inkişafı  nəticəsində 
yaranmış  mürəkkəb  cəmiyyətin  növü"  kimi  də 
müəyyənləşdirilir.
Adətən  mədəniyyət  anlayışı  daha  geniş  mə­
nada işlədilərkən, o, "sivilizasiya" anlayışı ilə qar­
şılaşdırdın Antropologiyanın pionerlərindən olan 
Edvard  Teylor  özünün  "Primitiv  mədəniyyət" 
(1871-ci il)  əsərində yazırdı ki, mədəniyyət və ya 
sivilizasiya insanın cəmiyyətin üzvü kimi əldə et­
diyi  bilikləri,  inancları,  incəsənəti,  mənəviyyatı, 
ənənələri, adətləri özündə ehtiva edən mürəkkəb 
vahiddir.  Bununla  da  o  bu  iki  termin  arasında 
fərq qoymadığını göstərirdi.
Mədəniyyət  dar mənada  işlədilərsə,  onda  si­
vilizasiyanın bir neçə mədəniyyətlərdən ibarət ol­
duğunu göstərmək olar. Bəşər tarixi sübut edir ki
dünyada  müxtəlif sivilizasiyalar mövcud  olmuş­
dur. Bir çox antropoloqlar sivilizasiyaların tipolo­
giyası ilə məşğul olmuşlar. İstehsal üsulunun əsas 
götürüldüyü bir təsnifata görə sivilizasiyalar kənd 
təsərrüfatı,  sənaye  və  postsənaye  sivilizasiya- 
lanna bölünür. Digər tipologiya dini prinsipi əsas 
götürür və sivilizasiyaları  islam,  xristian,  yəhudi 
və  digər  sivilizasiyalara  bölür.  Milli  amilə  görə 
sivilizasiyaların bölgüsünə də  (Çin,  İran,  fransız, 
türk, rus-slavyan, ərəb və s.) rast gəlmək olar. Bir 
tipologiya isə dünya sivilizasiyasım qərb və şərq 
sivilizasiyasına bölür.


Yüklə 259,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə